Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə41/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

 101
Şafii və hənbəlidə hər namazı vaxtının əvvəlində qılmaq yaxşıdır. Maliki məz-
həbi də buna yaxındır. Ancaq çox istidə tək qılanın zöhrü gecikdirməsi yaxşı olar. 
Hənəfi məzhəbində də sübh və işa namazlarını gecikdirmək və isti vaxtlarda zöhrü 
havanın sərinlənən vaxtlarında qılmaq daha yaxşıdır. (Lakin zöhrü imameyn (iki 
imam) qavlinə görə əsr vaxtı girmədən, əsri və işanı da imamı-azama görə vaxtı girən 
kimi qılmaq yaxşı olar, ehtiyatlı olar. Təqva əhli olanlar hər işində ehtiyatlı olurlar.  
17. Ümmi Fərvə “radıyallahü anhə” xəbər verir. Rəsulullaha “sallallahü aləy-
hi və səlləm” hansı əməlin üstün olduğu soruşuldu. “Əməllərin üstünü vaxtının 
əvvəlində  qılınan namazdır”  buyurdu. Bu Hədisi-şərifi, imamı Əhməd, Tirmizi 
və Əbu Davud bildirdilər. Namaz ibadətlərin ən üstünüdür. Vaxtı girər-girməz qı-
lınca, daha üstün olur. 
18. Aişə “radıyallahü anhə” deyir ki, “Rəsulullahin namazını axır vaxtında 
qıldığını, iki dəfə görmədim”. Yəni bütün ömründə, bir dəfə, bir namazı vaxtının 
sonunda qılmışdır.  
19. Ümmi Habibə “radıyallahü anhə” xəbər verir. Rəsulullah “sallahü aleyhi 
və səlləm” buyurdu ki, “Bir müsəlman qul hər gün fərz namazlardan başqa on 
iki rəkat tətavvu olaraq namaz qılarsa, Allahü təala ona Cənnətdə bir köşk 
verər.” Bu hədisi-şərif “Müslim”də yazılmışdır. Görünür ki, hər gün beş vaxt fərz 
ilə qılınan sünnət namazlara Rəsulullah “sallahü aleyhi və səlləm” tətavvu, yəni na-
filə namaz deməkdədir.  
20. Tabinin böyüklərindən Abdullah bin Şakin “rahimə-hullahü-təalə” deyir ki, 
Rəsulullah “sallahü aleyhi və  səlləm” tətavvu namazlarını, yəni nafilə namazlarını 
həzrəti Aişədən “radıyallahü anhə” soruşdum, ”Zöhr fərzindən əvvəl dörd, sonra iki
şamın və işanın fərzlərindən sonra iki, sübh namazlarının fərzindən əvvəl rəkat qılar-
dı”-dedi. Bu xəbəri Müslim və Əbu Davud “rahimə-hümallahü-təalə” bildirdilər. 
 21. Aişə “radıyallahü anhə” dedi ki, “Rəsulullahın “sallallahü aləyhi və səlləm” 
nafilə ibadətlərdən ən çox davam etdiyi, sabah namazının sünnəti idi”. Bu xəbər həm 
Buxari”də, həm də “Müslim”də yazılıdır. Görünür ki, Aişə “radıyallahü anhə”, beş 
vaxt namazın fərzləri ilə bərabər qılınan sünnət namazlara, nafilə namaz deməkdədir. 
 [Böyük islam alimi, Allah adamlarının öndəri, yolunu azmışlara, məzhəbsiz-
lərə qarşı Əhli-sünnətin ən qüvvətli himayəçisi, Allahü təalanın seçdiyi çox sevdiyi 
dini yayan, bidətləri yıxan böyük mücahid, İmam-i Rabbani mücəddid-i əlf-i sani 
Əhməd bin Abdül-əhad Faruki Sərhəndi “rahmətullahi aleyh”, islam dinində bir 
bənzəri yazılmayan, “Məktubat” kitabının birinci cildi, 29-cu məktubunda buyu-
rur ki: “Allahü təalanın razı olduğu işlər, fərzlər və nafilələrdir. Fərzlərin yanında 
nafilələrin heç qiymətləri yoxdur. Bir fərzi vaxtında qılmaq min il dayanmadan na-
filə ibadət etməkdən daha qiymətlidir. Hər növ nafilə, məsələn namaz, zəkat, oruc, 
zikr, fikr həmişə belədir. Hətta bir fərzi yerinə yetirərkən bunun sünnətlərindən bir 
sünnəti və ədəblərindən bir ədəbi etmək də başqa nafilələri etməkdən qat-qat daha 
qiymətlidir. Əmir-ül-möminin Ömər-ül-Faruq “radıyallahü anh” bir gün sabah na-
mazını qıldırdıqdan sonra camaat arasında bir nəfəri görməyib səbəbini soruşduq-
da, o hər gecə nafilə ibadət edir, bəlkə yatmış, camaata gələ bilməmişdir, dedilər. “ 


 102
Kaş bütün gecəni yatıb, sübh namazını camaat ilə qılsaydı daha yaxşı olardı” bu-
yurdu. Görünür ki, bir fərzi yerinə yetirərkən ədəblərindən bir ədəbi etmək və bir 
məkruhundan çəkinmək, zikr, fikr və mürakəbədən qat-qat daha qiymətlidir. Bəli, 
bunlar o ədəbləri etməklə  və  məkruhlardan çəkinməklə  bərabər edilərsə,  əlbəttə 
çox faydalı olar. Lakin onlarsız olunca, bir şeyə yaramazlar. Bunun üçün bir lirə 
zəkat vermək, minlərcə lirə nafilə sədəqə verməkdən daha yaxşıdır. O bir lirəni ve-
rərkən bir ədəbinə diqqət edərək, məsələn, yaxın əqrəbaya vermək də o nafilə sədə-
qədən qat-qat daha yaxşıdır.” (Gecə namazı qılmaq istəyənlərin qəza namazı qılma-
ları lazım olduğu buradan aydın olur. Allahü təalanın əmrlərinə “fərz”, qadağaları-
na “haram”, Peyğəmbərimizin əmrlərinə “sünnət”, qadağalarına “məkruh”, bun-
ların hamısına “Əhkamı-islamıyyə” deyilir. Tənbəllik edərək əhkamı-islamiyyəyə 
tabe olmayan müsəlmana “fasiq” deyilir. Bir fərzə, bir harama riayət etməyən fa-
siq Cəhənnəmə gedəcəkdir. Bunun etdiklərinin heç biri və sünnətləri qəbul olmaz, 
savab verilməz. Bir manat zəkat verməyənin milyonlar verərək etdiyi xeyir və fay-
dalı işlərin heç biri qəbul olunmaz. Tikdirdiyi məscidlərə, məktəblərə, xəstəxana-
lara xeyr cəmiyyətlərinə etdiyi yardımlara savab verilməz. İşa namazı qılmayanın 
təravih namazı qəbul olunmaz. Fərzlərdən və vaciblərdən başqa edilən ibadətlərə 
“Nafilə” deyilir. Sünnətlər nafilə ibadətlərdir. Bir tərifə görə qəza namazları qılan 
sünnət də qılmış sayılır. Bir fərzi yerinə yetirməyin, bir haramdan çəkinməyin sa-
vabı milyonlarla nafilə savabından çoxdur. Bir fərzi yerinə yetirməyən, bir haramı 
işləyən Cəhənnəmdə yanacaq. Nafilə ibadətləri onu Cəhənnəmdən qurtara bilməz. 
İbadətlərdə edilmən dəyişikliklərə  “bidət”  deyilir.  İbadət edərkən bidət işləmək 
haramdır və ibadətin pozulmasına səbəb olur. Hədisi-şərifdə “bidət işləyənin heç 
bir ibadəti qəbul olunmaz” buyuruldu. Fasiqin, məsələn xanımı, qızı təsəttürə ria-
yət etməyənin və bidət sahibinin, məsələn ibadətlərdə mikrofon istifadə edənin ar-
xasında namaz qılmamaq, moizələrini, din üzərində uydurma nitqlərini dinləmə-
mək və kitablarını oxumamaq lazımdır. Dosta da, düşmənə də gülər üz, şirin dil 
göstərməli, heç kəslə münaqişə etməməlidir. Hədisi-şərifdə “axmağa cavab veril-
məz” buyuruldu. İbadətlər qəlbin təmizliyini artırır. Günahlar qəlbi qaraldır, feyz-
ləri ala bilmir. Hər müsəlmanın imanın şərtlərini, fərzləri və haramları öyrənməsi 
fərzdir. Bilməməsi üzr deyil. Yəni bilib inanmamaq kimidir.] “Məktubat” kitabı 
farscadır. Tərcüməsi burada tamam oldu. İmamı Rabbani həzrətləri 1034-cü (m. 
1624) ildə Hindistanda, Sərhənd şəhərində vəfat etdi.  
 
 
NAMAZIN HƏQİQƏTİ 
 
Böyük islam alimi Abdüllahi Dəhləvi “rahmətullahi aleyh” “Məkatibi şərifə” 
kitabının 85-ci məktubunda buyurur ki:  
“Namazı camaat ilə qılmaq və “Tümaninət” ilə qılmaq, rüküdən sonra “Kav-
” etmək və iki səcdə arasında “Cəlsə” etmək, bizlərə Allahın Peyğəmbəri tərə-
findən bildirildi. Kavmənin və cəlsənin fərz olduğunu bildirən alimlər vardır. Hə-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə