Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə42/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   38   39   40   41   42   43   44   45   ...   56

 103
nəfi məzhəbinin müftülərindən “Kadixan” bu ikisinin vacib olduğunu, ikisindən 
birini unudunca “Səcdəi-səhv” etmək vacib olduğunu və bilərək etməyənin namazı 
təkrar qılmasını bildirmişdir. Müəkkəd sünnət olduqlarını bildirənlər də vacibə ya-
xın sünnət demişdirlər. Sünnətə əhəmiyyət verməyərək tərk etmək küfrdür. Nama-
zın kıyamında, rüküsunda, kavməsində, cəlsəsində, səcdələrində və oturulduğu za-
manında ayrı-ayrı, başqa-başqa keyfiyyətlər, hallar hasil olar. Bütün ibadətlər na-
maz içində toplanmışdır. Qurani-Kərim oxumaq, təsbeh söyləmək [yəni sübhanallah 
demək], Rəsulullaha salavat söyləmək və günahlara istigfar etmək və ehtiyacları 
yalnız Allahü təaladan istəyərək Ona dua etmək namaz içində toplanmışdır. Agac-
lar, otlar namazda durulan kimi dik dururlar. Heyvanlar rükü vəziyyətində, cansızlar 
da namazda “Qadə”də oturan kimi yerə sərilmişdilər. Namaz qılan bunların ibadət-
lərinin hamısını edir. Namaz qılmaq mirac gecəsi fərz oldu. O gecə mirac etməklə 
şərəflənən Allahın sevgili Peyğəmbərinə uymağı düşünərək namaz qılan hər bir mü-
səlman O uca Peyğəmbər kimi Allahü təalaya yaxınlaşdıran məqamlarda yüksəlir. 
Allahü təalaya və Onun Rəsuluna qarşı ədəbi riayət edərək hüzur ilə namaz qılanlar 
bu mərtəbələrə yüksəldiklərini anlayarlar. Allahü təala və Onun Peyğəmbəri bu üm-
mətə mərhəmət edərək böyük ehsan etmişdilər, namaz qılmağı fərz etmişdilər. Bu-
nun üçün Rəbbimizə həmd və şükr olsun! Onun sevgili Peyğəmbərinə salavat və tə-
hiyyat və dualar edirik! Namaz qılarkən hasil olan səfa və hüzur təəccüblü şeydir. 
Üstadım [Mazhər-i Can-ı Canan] buyurdu ki, “Namaz qılarkən Allahü təalanı gör-
mək mümkün deyil isə də, görür kimi bir hal hasil olur”. Bu halın hasil olduğunu tə-
səvvüf böyükləri söz birliyi ilə bildirmişdilər.  İslamiyyətin başlanğıcında namaz 
Qüdsə qarşı qılınırdı. Beyt-ül-müqəddəsə qarşı qılmağı buraxıb, İbrahim-əleyhissə-
lamın qibləsinə dönmək  əmr olunduğu zaman Mədinədəki yəhudilər hirsləndilər. 
“Beyt-ül-müqəddəsə qarşı qılmış olduğunuz namazlar nə olacaq?” dedilər. Bəqara 
surəsinin 143-cü ayəti-kəriməsi gələrək, “Allahü təala imanlarınızı  zay etməz!” 
buyuruldu. Namazların qarşılıqsız  qalmayacaqları bildirildi. Namaz iman kəlməsi 
ilə bildirildi. Bundan anlaşılır ki, namazı sünnətə uyğun olaraq qılmamaq İmanı zay 
etmək olar. Rəsulullah  əfəndimiz “sallAllahü təala aləyhi və  səlləm”, “Gözümün 
nuru və  ləzzəti namazdadır” buyurdu. Bu Hədisi-şərif, “Allahü təala namazda 
zuhur edir, müşahidə olunur. Beləcə gözümə rahatlıq gəlir”, deməkdir. Bir Hədisi-
şərifdə, “Ya Bilal “radıyAllahü təala anh”! Məni rahatlandır!” buyuruldu ki, “Ey 
Bilal! Azan oxuyaraq və namazın qamətini söyləyərək məni rahata qovuşdur”, de-
məkdir. Namazdan başqa bir şeydə rahatlıq axtaran bir kimsə  məqbul deyildir. 
Namazı zay edən, əldən qaçıran başqa din işlərini daha çox qaçırır.  
 
 
NAMAZDAKI ÜSTÜNLÜKLƏR 
 
İmamı Rabbani “rahmətullahi aleyh” “Məktubat” kitabının birinci cild, 261-
ci məktubunda buyurur ki:  
Bu hissəsi mütləq bilinməlidir ki, namaz İslamın beş şərtindən ikincisidir. Bü-
tün ibadətləri özündə cəmləmişdir. İslamın beşdə bir parçası olsa da, bu toplama-


 104
sından dolayı, təkbaşına müsəlmanlıq demək olmuşdur. İnsanı Allahü təalanın sev-
gisinə qovuşduran işlərin birincisi olmuşdur. Aləmlərin Əfəndisi və Peyğəmbərlə-
rin “aləyhi və aləyhimüssaləvatü vəssəlam” ən üstünü olana mirac gecəsi, Cənnət-
də nəsib olan rüyət şərəfi dünyaya endikdən sonra dünyanın halına uyğun olaraq, 
özünə yalnız namazda nəsib olmuşdur. Buna görə də: “Namaz möminlərin mira-
cıdır” buyurulmuşdur. Bir Hədisi-şərifdə, “İnsanın Allahü təalaya  ən yaxın ol-
ması namazdadır” buyurulmuşdur. Onun yolunda, tam izində gedən böyüklərə o 
rüyət dövlətindən bu dünyada böyük pay yalnız namazda olur. Bəli, bu dünyada 
Allahü təalanı görmək mümkün deyildir. Dünya buna əlverişli deyildir. Lakin ona 
tabe olan böyüklərə namaz qılarkən rüyətdən bir şeylər nəsib olur. Namaz qılmağı 
əmr buyurmasaydı, məqsədin, qayənin gözəl üzündən pərdəni kim qaldırardı? 
Aşiqlər məşuqu necə tapardı? Namaz kədərli ruhlara ləzzət verəndir. Namaz xəstə-
lərin rahat edənidir. Ruhun qidası namazdır. Qəlbin  şəfası namazdır. “Ey Bilal, 
məni fərəhləndir!” deyə azan oxumasını  əmr edən Hədisi-şərif bunu göstərir
“Namaz qəlbimin nəşəsi, gözümün bəbəyidir” hədisi-şərifi bu arzunu işarət edir. 
Zövqlər, vəcdlər, bilgilər, bacarıqlar, məqamlar, nurlar, rənglər, qəlbdəki təlvinlər 
və  təmkinlər, anlaşılan və anlaşıla bilməyən təcəllilər, sifətli və sifətsiz zühurdan 
hansı namaz xaricində hasil olarsa və namazın həqiqətindən bir şey anlaşıla bilməz-
sə, bu hasil olanlar həmişə zildən, əksdən və surətdən meydana gəlmişdir. Bəlkə də 
vəhm və xəyaldan başqa bir şey deyildir. Namazın həqiqətini anlamış olan bir kamil 
namaza durunca, sanki bu dünyadan çıxıb axirət həyatına girər və axirətə məxsus 
olan nemətlərə qovuşur. Araya əks, xəyal qarışmadan,  əsldən həzz və pay alar. 
Çünki dünyadakı bütün kəmalat, nemətlər zildən, surət və görünüşdən hasil olur. 
Zil, görünüş arada olmadan, doğruca əsldən hasil olmaq axirətə məxsusdur. Dünya-
da əsldən ala bilmək üçün mirac lazımdır. Bu mirac möminin namazıdır. Bu nemət 
yalnız bu ümmətə  məxsusdur. Peyğəmbərlərinə tabe olmaq sayəsində buna qovu-
şurlar. Çünki bunların Peyğəmbəri “sallallahü aləyhi və səlləm” Mirac gecəsi dün-
yadan çıxıb axirətə getdi. Cənnətə girdi və rüyət səadəti, neməti ilə şərəfləndi. Ya 
Rəbb! Sən o böyük Peyğəmbərə “sallallahü aləyhi və  səlləm” bizim tərəfimizdən 
Onun böyüklüyünə yaraşan yaxşılıqları ehsan et! Bütün Peyğəmbərlərə də “ala nə-
biyyina və aləyhimüssaləvatü vəttəslimat” xeyirlər, yaxşılıqlar ver ki, onlar insanları 
səni tanımağa və razılığına qovuşmağa çağırmış və bəyəndiyin yolu göstərmişdir.  
Təsəvvuf yolunda olanların bir çoxu, özlərinə namazın həqiqəti bildirilmədiyi 
və ona məxsus kəmalat tanıdılmadığı üçün dərdlərinin dərmanını başqa  şeylərdə 
axtardı. Məqsədlərinə qovuşmaq üçün başqa şeylərə sarıldı. Hətta bunlardan bəzisi 
namazı bu yolun xaricində, məqsəd ilə əlaqəsiz sandı. Orucu namazdan üstün bildi. 
Namazın həqiqətini anlaya bilməyənlərdən bir çoxu da, iztirablarını təskin və ruh-
larını fərəhləndirməyi, sima və nəğmədə, yəni musiqidə, vəcdə gəlməkdə, özündən 
keçməkdə axtardı. Məqsədi, məşuqu, musiqi pərdələrinin arxasında sandı. Bunun 
üçün rəqsə, dansa sarıldılar. Halbuki “Allahü təala haramda şəfa təsiri yaratma-
mışdır” hədisi-şərifini eşitmişdilər. Bəli, boğulmaqda olan bir xam üzgüçü hər sa-
man çöpünə yapışar. Bir şeyin eşqi aşiq olanı kar və kor edər. Bunlara əgər nama-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə