Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə40/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

 99
da əməllərin ən xeyirlisi yazı ilə, nəşriyyat ilə, kafirlərə, məzhəbsizlərə cavab ver-
mək, Əhli-sünnət etiqadını yaymaqdır. Belə cihad edənlərə pul ilə, mal ilə, bədən 
ilə yardım edənlər də bunların qazandıqları savablara ortaq olarlar. Ayəti-kərimə-
lər, Hədisi-şəriflər namazın, zəkatdan, sədəqədən daha qiymətli olduğunu göstərir. 
Lakin ölüm halında olana bir şey verib, onu ölümdən qurtarmaq, namaz qılmaqdan 
daha qiymətli olar. Demək ki, başqa hallar, şərtlər içində, başqa şeylər daha qiy-
mətli olur).  
6. Cabir bin Abdullah xəbər verir: Rəsulullah “sallallahü aleyhi və  səlləm” 
buyurdu ki, “İnsan ilə küfr arasındakı sərhəd, namazı tərk etməkdir.” Çünki 
namaz insanı küfrə düşməkdən qoruyan pərdədir. Bu pərdə aradan qalxınca qul 
küfrə düşər. Bu hədisi-şərif “Müslim”də yazılmışdır. Bu hədisi-şərif namazı tərk 
etmənin çox pis olduğunu göstərir.  Əshabi-kiramdan çoxusu namazı üzrsüz tərk 
edən kafir olar, dedilər. Şafii və maliki məzhəblərində kafir olmazsa da, öldürülmə-
si vacibdir. Hənəfi məzhəbində namaz qılana qədər həbs olunur və döyülür.  
7. Übadə bin Samit “radıyallahü anh” xəbər verir. Rəsulullah “sallallahü aləy-
hi və səlləm” buyurdu ki, “Allahü təala beş vaxt namaz qılmağı əmr etdi. Bir 
kimsə gözəl dəstəmaz alıb, namazlarını vaxtında qılarsa və rükülərini, huşula-
rını tamam edərsə, Allahü təala onu əfv edəcəyini söz vermişdir. Bunları et-
məyən üçün söz verməmişdir. Bunu istəyərsə  əfv edər, istəyərsə  əzab edər”. 
Bu Hədisi-şərifi İmamı Əhməd, Əbu Davud və Nəsai bildirmişdir. Görünür ki, na-
mazın şərtlərinə, rükü və səcdələrinə diqqət etmək lazımdır. Allahü təala sözündən 
dönməz, doğru namaz qılanları mütləq əfv edər.  
8. Əbu Əmaməi Bahili “radıyallahü anh” bildirir. Rəsulullah “sallallahü aley-
hi və səlləm” buyurdu ki, “Beş vaxt namazınızı qılın! Bir ayınızda oruc tutun! 
Mallarınızın zəkatını verin! Başınızda olan rəhbərlərinizə itaət edin! Rəbbini-
zin Cənnətinə girin!” Görünür ki, hər gün beş vaxt namaz qılan, Ramazan ayın-
da oruc tutan, malının zəkatını verən və Allahü təalanın yer üzündə xəlifəsi olan 
rəhbərlərin islamiyyətə uyğun əmrlərinə itaət edən bir müsəlman Cənnətə gedə-
cəkdir. Bu hədisi-şərif imamı Əhməd və Tirmüzi bildirmişdilər.  
9. Əshabi-kiramın məşhurlarından Büreydəi Əsləmi “radıyallahü anh” xəbər 
verir. Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki, “Sizinlə aramızda olan 
əhd namazdırNamazı tərk edən kafir olar”. Görünür ki, namaz qılanın müsəl-
man olduğu anlaşılır. Namaza əhəmiyyət verməyən, namazı birinci vəzifə qəbul et-
mədiyi üçün qılmayan kafir olar. Bu Hədisi-şərifi imamı Əhməd, Tirmüzi, Nəsai 
və İbni Macə bildirmişdir.  
10. Əbu Zəri Qifari deyir ki, payız günlərindən birində Rəsulullah “sallallahü 
aləyhi və səlləm” ilə bərabər küçəyə çıxdıq. Yarpaqlar tökülürdü. Bir agacdan iki 
budaq qopartdı. Bunların yarpaqları dərhal töküldü. “Ey Əba Zər! Bir müsəlman 
Allah rızası üçün namaz qılınca, bu budaqların yarpaqları töküldüyü kimi, 
günahları tökülür” buyurdu. Bu Hədisi-şərifi imamı Əhməd xəbər verdi.  
11. Zeyd bin Xalid Cühəmi xəbər verir. Rəsulullah “sallallahü aləyhi və səl-
ləm” buyurdu ki, “Bir müsəlman, doğru olaraq və huşu ilə iki rükət namaz qı-


 100
lınca, keçmiş günahları əfv olar.” Yəni Allahü təala onun kiçik günahlarının ha-
mısını əfv edər. Bu Hədisi-şərifi İmamı Əhməd bildirdi.  
12. Abdüllah bin Amr-ibni As xəbər verir. Rəsulullah “sallallahü aləyhi və 
səlləm” buyurdu ki, “Bir kimsə namazı  əda edərsə, bu namaz qiyamət günü 
nur və burhan olar və Cəhənnəmdən qurtulmasına səbəb olar. Namazı müha-
fizə etməzsə, nur və burhan olmaz və nicat tapmaz. Karun, Firon, Haman və 
Übey bin Haləf ilə birlikdə olar.”  
Görünür ki, bir kimsə namazı fərzlərinə, vaciblərinə, sünnətlərinə və ədəblərinə 
uyğun olaraq qılarsa, bu namaz qiyamətdə nur içində olmasına səbəb olar. Belə na-
maz qılmağa davam etməzsə, qiyamət günü adı keçən kafirlərlə bərabər olar. Yəni 
Cəhənnəmdə şiddətli əzab çəkər. Übey bin Haləf, Məkkə kafirlərinin azğınlarından 
idi. Uhud savaşında, Rəsulullah “sallallahü aləyhi və səlləm” mübarək əli ilə onu Cə-
hənnəmə göndərdi. Bu Hədisi-şərifi, imamı Əhməd, Beyhəki ilə Darimi bildirmişdir. 
 13. Tabeinin böyüklərindən Abdüllah bin Sakik deyir ki, “Əshabə-i kiram 
“radıyallahü anhüm” ibadətlər içində yalnız namazı  tərk etmənin küfr olduğunu 
söylədilər”. Bunu Tirmüzi bildirdi. Abdüllah bin Şakik, Ömərdən, Əlidən, Osman-
dan və Aişədən “radıyallahü anhüm” Hədisi-şəriflər rəvayət etmişdir. Hicrətin 108-
ci ilində vəfat etmişdir.  
14.  Əbüddərda “radıyallahü anh” deyir ki, çox sevdiyim biri mənə dedi ki, 
Parça-parça parçalansan, atəşdə yandırılsan belə, Allahü təalaya heç bir şeyi 
şərik qoşma! Fərz namazlarını  tərk etmə! Fərz namazlarını bilə-bilə  tərk 
edən, müsəlmanlıqdan çıxar.  Şərab içmə!  Şərab bütün pisliklərin açarıdır”. 
Bu Hədisi-şərifi İbni Macə bildirdi. Görünür ki fərz namazlara diqqət etməyib tərk 
edən, kafir olar. Tənbəlliklə tərk edən kafir olmaz isə də, böyük günah olar. İsla-
miyyətin bildirdiyi beş üzrdən biri ilə tərk etmək günah deyildir. Şərab və spirtli 
içkilərin hamısı ağlı aparar. Ağlı olmayan hər yamanlığı edə bilər.  
15. Əli “radıyallahü anh” xəbər verir. Rəsulullah “sallallahü aleyhi və səlləm” 
buyurdu ki, “Ey Əli! Üç şeyi etməyi gecikdirmə: Vaxtı gələn kimi dərhal namazı 
qıl! Cənazə hazırlanan kimi dərhal namazını qıl! Bir qızın küfvünü (bərabər, tay) 
tapan kimi tez evləndir. Bu hədisi-şərifi Tirmüzi “rahimə-hullahü-təalə” bildirdi. 
Cənazə namazını gecikdirməmək üçün məkruh olan üç vaxtda da qılınmalıdır.  
[Görünür ki, qadını, qızı küfvünə, yəni tayına vermək lazımdır. Küfv demək, 
varlı olmaq, gəliri çox olmaq demək deyildir. Küfv olmaq, kişinin saleh müsəlman 
olması, Əhli-sünnət etiqadında olması, namaz qılması, içki içməməsi, yəni islamiy-
yətə tabe olması və nafaka (ailənin ehtiyacları) qazanacaq qədər iş-güc sahibi olması 
deməkdir. Kişinin ancaq varlı olmasını, var-dövlət sahibi olmasını istəyənlər qızları-
nı fəlakətə, Cəhənnəmə atmış olurlar. Qızın da namaz qılması, başı, qolu açıq küçə-
yə çıxmaması, məhrəm olmayan qohumu ilə belə tək qalmaması lazımdır.] 
16. Abdullah ibni Ömər “radıyallahü anhüma” xəbər verir. Rəsulullah “sallal-
lahü aləyhi və səlləm” buyurdu ki, “Namazlarını vaxtları  gəlincə dərhal qılan-
lardan Allahü təala razı olar. Vaxtlarının sonunda qılanları da əfv edər”. Bu 
Hədisi-şərifi Tirmüzi “rahimə-hullahü-təalə” bildirdi. 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə