KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22)
2017
Azərbaycan Partiyasının banisi, Yeni Azərbaycanın qurucusu”, “Ata
Yurdumuzun Atatürkü” adlanan ayrıca başlıqlar həsr olunmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi böyük quruculuq
və abadlıq işləri, xalqımızın parlaq gələcəyinə istiqamətlənmiş islahatlar
proqramı və milli təəssübkeşlik fəaliyyəti kitabın “Heydər Əliyev - zaman və
məkan anlayışlarından ucada duran azərbaycanlı dahi” və “Heydər
Əliyev
ideyalarının zəfər yürüşü” bölmələrində tədqiq edilmişdir.
Kitab Heydər Əliyev irsini, onun inkişaf strategiyasını müasir mərhələdə
uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətini öyrənən tarixçilər,
həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Kitabın elmi
redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.
Bu gün dahi liderin xatirəsinə onlarca sanballı kitablar həsr olunur,
Heydər Əliyev irsi öyrənilir və təbliğ edilir, gələcək nəsillərə ötürülür.
Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdiyi “Heydər
Əliyev və
mədəniyyət” (üç cilddə) kitabında Heydər Əliyevin 1969-2003-cü illərdə
Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanın mədəniyyət, incəsənət və
ədəbiyyat xadimləri - yazıçı, şair, rəssam, heykəltəraş, memar, xanəndə,
bəstəkar, aktyor və s. ilə çoxsaylı
görüşləri, yubiley mərasimində sənət
adamları ilə onların öz sənət dilində söhbətləri, ədəbi-mədəni irsimiz haqqında
çıxış və nitqləri toplanmışdır. Bu zəngin materiallar bir tərəfdən Heydər
Əliyevin ədəbi-mədəni mənəvi dəyərlərimizə sıx bağlı olmasını, ardıcıl
nümayiş etdirirsə, ikinci tərəfdən dövlətimizin müstəqillik
tarixini yaradan
Heydər Əliyevin yüksək intellektə, dərin zəkaya, fenomenal bədii təfəkkürə
və təxəyyülə, geniş dünyagörüşünə malik olduğunu sübut edir [18, s.536].
“Görkəmli adamların həyatı” seriyası
ilə Viktor Andriyanovun və
Hüseynbala Mirələmovun “Heydər Əliyev” kitabı “Nurlan” nəşriyyatı
tərəfindən 2008-ci ildə nəşr olunmuşdur.
Heydər Əliyev Sovet İttifaqı hökumətində ikinci şəxs və Sov.İKP MK
Siyasi Bürosunun üzvü idi. Qərəzli və ədalətsiz istefadan sonra o, böyük
siyasətə qayıtmağa və doğma Vətəni müstəqil Azərbaycana rəhbərlik edib onu
bəlalardan qurtarmağa özündə güc tapdı. Yazıçılar Viktor Andryanov və
Hüseynbala
Mirələmov arxiv mənbələrində, Heydər Əliyevin yaxınlarmm və
doğmalarının, silahdaşlarının və yoldaşlarının xatirələrinə əsaslanıb, bu böyük
şəxsiyyət haqqında dolğun və müfəssəl məlumat verirlər.
Yazıçı Hüseynbala Mirələmov araşdırmalarını davam etdirərək, kitabın
rus dilində ikinci nəşrinin Azərbaycan dilində tərcümə edilmiş bu nəşrinə bir
sıra yeni, sənədli materiallar əlavə etməklə əsəri
daha da zənginləşdirmiş və
bu dahi şəxsiyyətin gerçək, bitkin obrazını oxuculara çatdırmağa çalışmışdır.
Kitabda Heydər Əliyevin ailə arxivindəki, Naxçıvandakı Heydər Əliyev
muzeyinin, Heydər Əliyevin şəxsi fotoqrafları R.Bağırovun, Y.Qrabilinin
Dostları ilə paylaş: