KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22)
2017
təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamlarına əsasən,
milyonlarla ədəbiyyat nəşr olunmuş və ölkə kitabxanalarına
hədiyyə
edilmişdir. Yeni nəşrlər kitabxana fondlarını və onlardan istifadə imkanlarını
xeyli genişləndirmişdir.
Bu nəşrlər sayəsində gənc nəslin latın qrafikası ilə çap olunmuş bədii və
elmi
ədəbiyyata
ehtiyacının
ödənilməsi
istiqamətində
mühüm
işlər
görülmüşdür. Lakin həmin kitabların satışının nəzərdə tutulmaması və kitab
həvəskarlarının öz şəxsi kitabxanalarını latın qrafikasında
nəfis şəkildə nəşr
olunmuş ədəbiyyat nümunələri ilə zənginləşdirmək məqsədilə Dünya
ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr
edilməsi
də təqdirəlayiq bir iş, ulu öndərin başladığı işin davamı kimi
qiymətləndirilməlidir.
Azərbaycanın kitabçılıq işi sahəsində strateji əhəmiyyətə malik olan
proqram xarakterli bu məsələlər professor Abuzər Xələfovun məlum
monoqrafiyasında elmi müstəvidə əsaslı surətdə təhlil olunmuşdur [17, s.
312].
Heydər Əliyev. “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin “Azərnəşr”
tərəfindən çapdan buraxılmış 42-ci cildində
- ümummilli lider Heydər
Əliyevin 2002-ci ilin oktyabrın 14-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin dövlət başçılarının İstanbulda keçirilmiş VII zirvə görüşündəki nitqi
də yer almışdır.
Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin
oxuculara təqdim olunan bu cildində İstanbulda İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin dövlət başçılarının VII
zirvə görüşündə ulu öndərin
çıxışları, dövlət və hökumət başçıları ilə danışıqları, Azərbaycana gələn bir
sıra xarici dövlət və hökumət nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər,
beynəlxalq təşkilatların rəhbərləri ilə yüksək səviyyəli görüşlərinə dair
materiallar, KİV-ə verdiyi bəyanat və müsahibələr dərc edilmişdir.
Kitabda,
həmçinin Ulu öndərin Azərbaycan ədəbiyyatının
görkəmli
nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin ev-muzeyinin açılış
mərasimində, Bakı M etropoliteninin 35 illik yubileyinə həsr olunmuş təntənəli
mərasimdə nitqləri, ölkəmizin sosial-iqtisadi inkişafı və ictimai-siyasi
həyatından
bəhs edən materiallar, Şəkiyə səfəri zamanı şəhər sakinləri ilə
görüşlərdəki nitq və çıxışları, Dağlıq Qarabağ probleminə dair prinsipial
mövqeyi öz əksini tapmışdır.
ƏDƏBİYYAT
Dostları ilə paylaş: