KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22)
2017
“Trud” qəzetinin və müəlliflərin arxivlərindəki
fotoşəkillərdən istifadə
olunmuşdur [19, s.562].
Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru,
professor V aqif Abbasov “Liderlik fəlsəfəsi” kitabında liderlik haqqında
olduqca maraqlı fikirlərini sistemli şəkildə oxuculara təqdim edir.
Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində ölkənin hərtərəfli inkişafına,
tərəqqisinə
nail olan, onu bütün dünyaya tanıdan, müstəqil Azərbaycanın
qurucusu, dövlətçiliyimizin qarantı, ümummilli liderimiz Heydər Əliyev
fenomeninin sosiologiya və politologiya elmində liderliyi müəyyənləşdirən 21
qanuna əsasən məharətlə tədqiqi kitabın ana xəttini təşkil edir. M üəllif Heydər
Əliyevin titanik fəaliyyətini tarixin prizmasından keçirərək onu dünyanın
tanınmış siyasətçiləri, sərkərdələri və dahi şəxsiyyətləri
ilə müqayisəli şəkildə
təhlil və tədqiq edir.
Vaqif Abbasov Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən
İlham Əliyevin xalqın etimadını qazanaraq prezident seçilməsinin də
qanunauyğunluq olduğunu elmi və məntiqi əsaslarla
hərtərəfli təhlil etmişdir
[20, s.204].
“Heydər Əliyev və Milli-mənəvi dəyərlər” kitabı 2011-ci ildə nəşr
olunmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin uzun
illər rektoru olmuş, Əməkdar incəsənət xadimi
filologiya elmləri doktoru,
professor Timuçin Əfəndiyevin bu kitabı ulu öndər, ümummilli liderimiz
Heydər
Əliyevin
çoxcəhətli
mədəniyyət
nəzəriyyəsinin
təhlilinə
həsr
olunmuşdur. Müəllif tarixilik prinsipinə əsaslanaraq
dünya şöhrətli siyasi
xadimin mədəniyyət konsepsiyasını şərh etməyə çalışır. O, belə bir fikri
metodoloji əsas kimi götürür ki, Heydər Əliyev
istər çoxəsrlik zəngin
ədəbiyyatımız, istərsə də qədim və bədii cəhətdən kamil mədəniyyət və
incəsənətimizin ayrı-ayrı sahələrindən bəhs edərkən bütün bunlara dövlətçilik
nöqteyi-nəzərindən, azərbaycançılıq fəlsəfəsinin məxəzləri kimi yanaşmışdır.
Kitabda ulu öndərin milli-mənəvi xəzinəmiz
olan adət və ənənələrimiz,
dini inanclarımız, ədəbiyyatın, incəsənətin müxtəlif sahələri ilə bağlı söylədiyi
fikirlər yer almışdır. Həmçinin Heydər Əliyevin sənət xadimləri ilə unudulmaz
görüşləri, onlara göstərdiyi qayğısı, diqqəti tədqiqatda xüsusi qeyd olunur.
Kitab
elmi-konseptual
xarakterdə
olduğundan
tədqiqatçı-alimlər,
ziyalılar, tələbələr, magistrlər və doktorantlar üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2007-ci
il
tarixdə
imzaladığı
“Azərbaycanda
kitabxanaların
fəaliyyətinin
yaxşılaşdırılması haqqında” Sərəncamında deyilir: “Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” 2004-cü il 12 yanvar və “2005-2006-cı illərdə
Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının
Dostları ilə paylaş: