KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22)
2017
•
İnformasiyanın bütövlüyünün pozulmasına yönələn təhlükələr;
•
Əlyetənliyin pozulmasına yönələn təhlükələr (DoS
hücumlar, Denial
o f Service - xidmətdən imtina).
Konfidensiallıq informasiyanın subyektiv m üəyyən olunan xassəsidir.
Verilən informasiyaya müraciət icazəsi
olan subyektlərin siyahısına
məhdudiyyət
qoyulmasının
zəruriliyini
göstərir.
Konfidensiallığın
pozulmasına yönələn təhlükələr məxfi və ya gizli informasiyanın üstünün
açılmasına yönəlib. Belə təhlükələrin reallaşması halında
informasiya ona
müraciət icazəsi olmayan şəxslərə məlum olur.
Bütövlük - informasiyanın təhrifsiz şəkildə mövcudolma xassəsidir.
İnformasiyanın
bütövlüyünün
pozulmasına
yönələn
təhlükələr
onun
dəyişdirilməsinə və ya təhrifinə yönəlib ki, bunlar da onun keyfiyyətinin
pozulmasına və tam məhvinə səbəb ola bilər. İnformasiyanın
bütövlüyü
bədniyyətli tərəfindən qəsdən və ya sistemi əhatə edən mühit tərəfindən
obyektiv təsirlər nəticəsində pozula bilər.
Əlyetənlik - yolverilən vaxt ərzində tələb olunan informasiya xidmətini
almaq imkanıdır. Həmçinin əlyetənlik - daxil olan sorğulara xidmət üçün
onlara müraciət zəruri olduqda uyğun xidmətlərin həmişə hazır olmasıdır.
Əlyetənliyin pozulmasına yönələn təhlükələr elə şəraitin yaradılmasına
yönəlib ki, bu zaman müəyyən qəsdli hərəkətlər ya sistemin iş qabiliyyətini
aşağı salır, ya da sistemin müəyyən resurslarına girişi bağlayır.
İnformasiya təhlükəsizliyi yalnız
kommersiya şirkətlərini deyil, böyük
şirkətlərlə müqayisədə aşağı səviyyədə olan ictimai təşkilatları və qeyri-
kommersiya təşkilatlarını da maraqlandırır [1]. İnternetin
təmin etdiyi
vasitələrlə birlikdə kitabxanaların uzaqdan əlçatan hala gəlməsi, istifadəçilər
baxımından bir çox üstünlüklər təmin
etməklə birlikdə, məlumat sistemlərinin
informasiya hücumlarına məruz qalmasına da imkan vermişdir. Thompson
qeyd edir ki, bəzi qrup istifadəçilər kitabxananın verilənlər bazalarına
asanlıqla
m üraciət edib, digər istifadəçilərin şəxsiyyət, ünvan, e-poçt və
telefon məlumatlarına çata bilərlər [4]. Zimerman
kitabxanalarda olan
kompüterlərin fiziki ziyana məruz qala bilmələri ilə bərabər, pis niyyətli
istifadəçilərin hücumlarına qarşı da son dərəcə zəif olduqlarına
diqqət çəkir
[5]. Həmçinin kitabxanalarda çalışan əməkdaşların informasiya təhlükəsizliyi
haqqında kifayət qədər məlumatlı olmadıqları da vurğulana bilər [4].
Kitabxanalar baxımından informasiya təhlükəsizliyinə kifayət qədər
önəm verilmədiyinə diqqət çəkən Newby məlumat təhlükəsizliyinin yalnız
kompüter təhlükəsizliyini təmin etməklə məhdudlanmadığını
irəli sürərək
təhlükəsizliyin təmin edilməsində təsirli ola biləcək tədbirləri belə sıralayır:
•
Kitabxanaçılar arasında informasiya təhlükəsizliyinin təmin edilməsi
istiqamətində bir iş bölümünün təyin edilməsi;
Dostları ilə paylaş: