KOMPYUTER TEXNİKASININ ƏSASLARI - EHM və onun yaranma tarixi
Kompyuter nədir? Kompyuter (ingiliscə “computer”) – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir, “hesablayıcı” deməkdir.
İlk hesablayıcı kimi Romada əlin barmaqlarından istifadə etmişlər. Sonradan bu məqsədlə daşlardan istifadə etməyə başlamışlar.
Hesablama vasitələrinin inkişaf tarixi B.e.ə. V – IV əsrlərdə ən qədim hesablama vasitəsi – yunanların “abak” adlandırdığı “salamin lövhəsi” yaradılmışdır.
Hesablama vasitələrinin inkişaf tarixi Çində – suan-pan (VI əsr)
Hesablama vasitələrinin inkişaf tarixi
Hesablama vasitələrinin inkişaf tarixi
Hesablama vasitələrinin inkişaf tarixi
Hesablama vasitələrinin inkişaf tarixi Ada Avqusta Lavleys İngiltərə
Hesablama vasitələrinin inkişaf tarixi Proqramla idarə olunan ilk kompyuter – Z3 1941-ci il
Hesablama vasitələrinin inkişaf tarixi
İllər: 1950 – 1959 Element bazası: elektron lampalar Qabarit ölçüləri: çox böyük İş etibarlılığı: az Yaddaş tutumu: çox kiçik İşləmə sürəti: çox kiçik Hesablama məhsuldarlığı: 1 san. bir neçə 10 000 əməliyyat
Birinci nəsil kompyuterlər Kompyuterlərin tətbiq sahəsi çox məhdud olmuşdur. Əsasən riyazi məsələlərin həlli üçün istifadə olunmuşdur.
Birinci nəsil kompyuterlər
İkinci nəsil kompyuterlər İllər: 1960 – 1969 Element bazası: yarımkeçirici, tranzistor (diod) İş etibarlılığı: nisbətən böyük Yaddaş tutumu: nisbətən böyük İşləmə sürəti: nisbətən böyük Hesablama məhsuldarlığı: 1 san. bir neçə 100 000 əməliyyat
İkinci nəsil kompyuterlər Giriş-çıxış qurğuları təkmilləşdirilmişdir. Böyük tutumlu xarici yaddaş (maqnit lentində) qoşulmuşdur. Mətn informasiyasının emalı mümkün olmuşdur. Alqoritmik dillərin tətbiqi geniş istifadə olunmağa başlanmışdır. Xarici qurğularla əsas qurğuların paralel işlənməsi təmin edilmişdir.
İkinci nəsil kompyuterlər
Üçüncü nəsil kompyuterlər İllər: 1970 – 1985 Element bazası: mikroelektronika, inteqral sxemlər Qabarit ölçüləri: nisbətən kiçik İş etibarlılığı: nisbətən böyük Yaddaş tutumu: nisbətən böyük İşləmə sürəti: nisbətən böyük Hesablama məhsuldarlığı: 1 san. bir neçə on milyon əməliyyat
Üçüncü nəsil kompyuterlər Aparat və proqram vasitələrindən birgə istifadə olunmağa başlanmışdır. Əməliyyat sistemləri yaradılmışdır. Qabarit ölçülər kiçilmişdir. Multiproqram rejimi mümkün olmuşdur. Müxtəlif tipli xarici qurğuların qoşulmasına imkan yaranmışdır. Xarici yaddaş kimi maqnit disklərindən istifadə edilmişdir.
Üçüncü nəsil kompyuterlər
Dördüncü nəsil kompyuterlər İl: 1985 – indiyə qədər Element bazası: Böyük inteqral sxemlər və çox böyük inteqral sxemlər (BİS və ÇBİS) Qabarit ölçüləri: 10-100 dəfələrlə kiçik İş etibarlılığı: böyük Yaddaş tutumu: böyük İşləmə sürəti: böyük Hesablama məhsuldarlğı: 1 san. bir neçə 100 milyon əməliyyat
Dördüncü nəsil kompyuterlər BİS və ÇBİS yaradılmışdır. Əməli yaddaş inteqral sxemlərdə qurulurdu. Əməli yaddaşın işləmə sürəti və tutumu xeyli artmışdır. Fərdi kompyuterlər yaradılmışdır.
Dördüncü nəsil kompyuterlər
Beşinci nəsil kompyuterlər Bu günün və gələcəyin kompyuterləri
Beşinci nəsil kompyuterlər təkmilləşdirilmiş insan-maşın interfeysinin yaradılması (nitqin, səsin, obrazların və s. tanınması); Biliklər bazasının və süni intellekt sistemlərinin yaradılması üçün məntiqi proqramlaşdırmanın inkişaf etdirilməsi; Hesablama texnikasının istehsalında yeni texnologiyaların yaradılması; Kompyuterlərin və hesablama komplekslərinin yeni arxitekturalarının yaradılması.
Kompyuterlərin təsnifatı Qabarit ölçülərinə və məhsuldarlığına görə kompyuter aşağıdakı siniflərə bölünür:
Böyük kompyuterlər Tarixən ilk dəfə böyük kompyuterlər yaranmışdır. Onların element bazaları elektron lampalardan başlayaraq inteqral sxemlərə qədər təkmilləşdirilmişdir. Bu sinif kompyuterlərə IBM firmasının bir sıra modellərini – IBM 360, 370, 390 və onların analoqları olan EC 1040, 1045, 1050, 1055 aid etmək olar.
Böyük kompyuterlər
Super (çox böyük) kompyuterlər Geniş sahədə planlaşdırma və proqnozlaşdırma, nüvə energetikası, hərbi müdafiə sahələrində böyük kompyuterlərin məhsuldarlığı kifayət etmirdi. Bu səbəbdən super kompyuterlərin yaradılmasına ehtiyac yarandı. Super kompyuterlərdə hesablamaların paralel aparılması hədsiz işləmə sürəti almağa imkan verir. Buna misal olaraq EC-1065, EC-1066, Elbrus və Cray Research kompyuterlərini göstərmək olar.
Super kompyuterlər
Super kompyuterlər
Orta kompyuterlər Orta kompyuterlər böyük kompyuterlərə nisbətən az imkanlara malikdirlər, lakin nisbətən ucuzdurlar. Bu kompyuterlərə EC sinfinin bəzi modellərini (EC-1036, EC-1130 və s.) aid etmək olar. Xaricdə orta kompyuterlər IBM, DEC (Digital Equipment Corporation), HP, Comparex və s. firmalarında istehsal olunur.
Orta kompyuterlər
Mini (kiçik) kompyuterlər Mini kompyuterlər ölçülərinin və qiymətlərinin böyük kompyuterlərə nisbətən kiçik olmasına baxmayaraq, universal imkanlara malikdirlər. Mini kompyuterlər 60-cı illərdə yaradılmış və sonradan böyük sürətlə inkişaf etmişlər. Mini kompyuterlərə misal olaraq DEC firmasının istehsal etdiyi PDP və VAX kompyuterləri və onların analoqları olan CM tipli maşınları göstərmək olar.
Mini kompyuterlər
Mini kompyuterlər
Mikro-kompyuterlər Mikroprosessorların və mikro-kompyuterlərin inkişafındakı nailiyyətlər istifadəçilərə fərdi xidmət üçün və kompyuter texnikası sahəsində mütəxəssis olmayan istifadəçilərin müxtəlif məsələlərin həllinə yönəlmiş fərdi kompyuterlərin (FK) yaradılmasına gətirib çıxardı. Bu kompyuterlərin əsas istehsalçıları IBM, DEC, HP, Apple, Compac, Comparex, Siemens, ICL və b. firmalardır.
Mikro-kompyuterlər
Kompyuterin arxitekturası və strukturu Kompyuter arxitekturasında Con Fon Neymanın 40-cı illərdə təklif etdiyi prinsiplər əsas götürülür.
Kompyuterin arxitekturası və strukturu Neyman arxitekturalı hər bir kompyuter iki hissədən ibarətdir:
Mərkəzi hissə Mərkəzi hissəyə aşağıdakılar daxildir:
Periferiya hissəsi
Neyman arxitekturası
Mikroprosessor Mikroprosessor kompyuterin əsas qurğusu olub, DYQ-da saxlanan hesab və məntiq əməliyyatlarını yerinə yetirir və kompyuterin ümumi işini idarə edir.
Kompyuterin yaddaşı Kompyuterin yaddaşı funksional baxımdan iki hissəyə bölünür:
Daxili yaddaş Daxili yaddaş proqramların və emal olunan verilənlərin saxlanması üçündür və iki hissədən ibarətdir:
Əməli yaddaş Əməli yaddaş (RAM – Random Access Memory, operativ yaddaş, müvəqqəti yaddaş) elektrik enerjisindən asılı olan yaddaşdır, informasiyanın müvəqqəti saxlanılması üçün istifadə edilir. Müasir EHM-də əməli yaddaş Gbaytlarla ölçülür.
Daimi yaddaş Daimi yaddaş (ROM – Read Only Memory, sabit yaddaş) elektrik enerjisindən asılı olmayan yaddaşdır, informasiyanın daimi saxlanılması üçün istifadə edilir. Burada əməliyyat hissəsinin bir bölməsi – daxiletmə və xaricetmənin baza sistemi (BIOS), kompyuterin düzgün işləməsini yoxlayan proqramlar və s. saxlanılır.
Xarici yaddaş Xarici yaddaş informasiyanın uzun müddət saxlanması üçün istifadə edilir. Bu yaddaş enerjidən asılı olmayan daşıyıcılarda qurulur.
Daxiletmə-xaricetmə qurğuları Daxiletmə-xaricetmə qurğuları informasiyanın kompyuterə daxil edilməsi və kompyuterdən xaric edilməsi, həmçinin istifadəçi ilə kompyuter arasında ünsiyyətin təmin edilməsi üçün istifadə olunur.
Kompyuterin arxitekturası və strukturu
Kompyuterin əsas xarakteristikaları Kompyuterin əsas xarakteristikaları aşağıdakılardır:
Kompyuterin əsas xarakteristikaları Kompyuterin işləmə sürəti prosessorun bir saniyədə yerinə yetirdiyi sadə əməliyyatların sayı ilə təyin olunur. Yaddaş tutumu (və ya həcmi) kompyuterin yaddaşında saxlana bilən informasiyanın maksimum miqdarı ilə təyin olunur.
Kompyuterin əsas xarakteristikaları Hesablama dəqiqliyi ədədlərin təsviri üçün istifadə olunan mərtəbələrin sayından asılıdır. Əmrlər sistemi prosessorun yerinə yetirə bildiyi əmrlər toplusudur.
Kompyuterin əsas xarakteristikaları Kompyuterin qiyməti işləmə sürətindən, yaddaş tutumundan, əmrlər sistemindən asılıdır. Kompyuterin iş etibarlılığı müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində öz xassələrini saxlamaq qabiliyyətidir.
Dostları ilə paylaş: |