L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


 Fiziki tərbiyənin tədrisində fəal (interaktiv) təlimin



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə26/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   227
Muteherrik ve eylenceli oyunlar

1.4. Fiziki tərbiyənin tədrisində fəal (interaktiv) təlimin 
tətbiqi mexanizmləri 
Müstəqil Azərbaycanın yeni təhsil sistemi qlobal dünyanın 
müvəffəqiyyətlərini qəbul edir. Şəxsiyyətyönümlü milli təhsil 
sisteminə doğru istiqamətlənməklə yanaşı, həm də zəruri islahatları da 
həyata keçirir. Təhsil sahəsində aparılan islahatlar ümumtəhsil fənləri, 
o cümlədən fiziki tərbiyə təliminin qarşısında interaktiv məzmun 
standartlarını, müasir təlim strategiyalarını, təlim nailiyyətlərinin 
qiymətləndirmə 
mexanizmlərini, 
saglamlığın 
qorunması 
və 
reabilitasiyasını, təlimin pedaqoji təşkilini və digər parametrlərin 
uyğun tələbatlarını özündə əks etdirir. Buna görə də ənənəvi və müasir 
ümumbəşəri texnologiyaların tətbiqinə səy göstərməklə yeni 
resursların hazırlanmasından ötrü məqsədyönlü iş aparılır. İlk növbədə 
təhsilin Azərbaycan Respublikasının müstəqilliyinin qorunub 
saxlanması və inkişaf etdirilməsi üçün təlim-tərbiyənin məzmununun 
zənginləşdirilməsinə, müdafiə qüdrətinin artırılmasına yönəldilmiş 
tədbirlər görülür. Belə ki, dövlət təhsil standartlarına əsaslanaraq ayrı-
ayrı idman fənləri üzrə tədris proqramı, dərslik, dərs vəsaiti və metodik 
tövsiyələrin hazırlanması tələbatını irəli sürür. Xüsusən, fiziki 
mədəniyyət vasitələrinin səmərəli təşkili məqsədilə ənənəvi təlimlə 
bərabər, fəal-interaktiv təlimində mexanizmlərinin hazırlanması və 
tətbiqi nəzərdə tutulur. Çünki, gələcək nəslin sağlamlığının 
möhkəmləndirilməsi milli vətənpərvərlik ruhunda boya-başa 
çatdırılması və şəxsiyyət kimi formalaşdırılmasını onların hərtərəfli və 
harmonik inkişafını təmin edən idraki, informatik-kommunikativ
psixomotor 
bacarıqlara dünya texnologiyalarını yaradıcılıqla 
mənimsəyib tətbiqi zamanı yiyələnmək mümkündür. 
Müxtəlif idman növləri üzrə keçirilən bədən tərbiyəsi dərsləri 
pedaqoji prosesin mühüm formalarından olduğu üçün, onların 
təşkilində fəal (interaktiv) təlim metodundan istifadə maraqlı, önəmli 
və həmdə zəruri pedaqoji prosesdir.


40 
Müşahidələrdən və ədəbiyyatın təhlilindən məlum olmuşdur ki, 
bu vaxta qədər fiziki tərbiyənin təlimi prosesində müəllim (öyrədən) və 
şagirdlərin (öyrənənin) qarşılıqlı təsirinin üç forması mövcuddur: 
1) Əsrlərdən bəri təlim prosesində daha çox işlənən passiv-
ənənəvi metod. 
2) Pedaqoqların diqqət mərkəzində olsada kifayət qədər istifadə 
olunmayan fəal metod. 
3) Texnologiyanın inkişafı dövründə təlimdə tətbiqinə çox böyük 
ehtiyac duyulan interaktiv metod . 
Müşahidələrdən aydın olur ki, hazırki dövrdə fiziki tərbiyənin 
təlimində şagirdlərə nəzəri biliklərin mənimsədilməsi prosesində və 
istərsə də ayrı-ayrı fiziki hərəkətlərin texnikasının öyrədilməsində hər 
üç təlim metodlarından istifadə edən müəllimlər vardır. Bunlardan 
bəziləri 1-ci, bəziləri 2-ci, bəziləri də 3-cü formaya istinad edərək 
bədən tərbiyəsi dərslərini, sinifdənxaric və məktəbdənkənar kütləvi 
idman sağlamlıq tədbirlərini təşkil edirlər. Həmin təcrübələrə 
əsaslanaraq göstərilən təlim metodlarının səciyyəvi xüsusiyyətlərini 
açıqlamağı öyrədən və öyrənənlərin fəaliyyətində nəzərə alınmasını 
faydalı hesab edir və bunların qısa olsada şərhini veririk.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə