L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə23/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   227
Muteherrik ve eylenceli oyunlar

uğurlu dərs strukturunun
seçilməsi və tətbiqi
stimullaşdırıcı şərtlərdən sayıla bilər. Bura 
daxildir: müsahibənin ardıcıllığı, yeni materialların öyrənilməsi, zehni 
tapşırıqlar, möhkəmləndirmə, fiziki və oynun ev tapşırıqları, 
ümumiləşdirmə işləri və sair.
Tədrisin təşkilində istifadə olunan bu üsullar təlimdə sistemli və 
ardıcıllığı təmin edən prinsiplərə əsaslanır. Təlimdə lazımi stimul 
yaratmaqda müəllimin tədris-tərbiyə üzrə qarşıda duran vəzifələrin 
həlli üçün daha 
səmərəli metodlardan və təlim vasitələrindən
istifadə etməsi mühüm yer tutur. Bunun üçün də bədən tərbiyəsi 
müəlliminin müxtəlif təlim metodlarının imkanlarını bilməsi zəruridir. 
Xüsusən, söz əyani, praktik, fəal, interaktiv, nroduktiv, axtarıcılıq, 
müstəqil işlər metodları, şagirdlərin fəallığının stimullaşdırılması, 
nəzarət, özynə nəzarət və sairə misal göstərmək olar.
Fiziki 
tərbiyə və idman üzrə tədris materiallarının 
mənimsənilməsi çevikliyinin və surətliliyinin artırılmasında təlimdə 
şagirdlərə 
diferensial və fərdi yanaşmaq
olduqca əhəmiyyətlidir. Bu 
təlimin ümumsinif, yarımqruplar üzrə və fərdi təlim formalarının 
optimal qurulmasının mühüm şərtlərindən biridir. Həmin üsullar 
didaktik prinsiplərin tələblərinə istinad olunmaqla həyata keçirilir. 
Diferensial 
yanaşma 
şagirdlərin 
müxtəlif 
qabiliyyətlərinə, 
istedadlarına, bir-birindən fərqlənməsinə, yaddaş tiplərinə, ətraf mühiti 
qavramalarına, yüksək təfəkkür keyfiyyətlərinə malik olmasına görə və 
həm də əvvəlki təlim təcrübəsi zəruriliyindən irəli gəlir. Doğrudur, 
təlim-tərbiyədə bunlardan istifadə olunarkən müəyyən çətinliklərlə 
qarşılaşmalı olursan. Bu çətinliklər, hər şeydən əvvəl uşaqların sinif 
daxili qruplara bölünməsində özünü biruzə verir. Uşaqların dərketmə 


35 
qabiliyyətinə və imkanlarına görə siniflərə bölünməsi tədris ilinin 
əvvəlində, əsasən birinci sinifdən etibarən aparılır. Xarici ölkələrdə isə 
bu məsələyə başqa cür yanaşılır. Yəni şagirdləri adətən müvafiq testlər 
əsasında sınaqdan keçirir, siniflərə bölürlər. Məsələn A, B, V, və i.a. 
Və beləliklə, şagirdlər istedadlarına və qabiliyyətlərinə görə ayrı-ayrı 
siniflərə bölünürlər. Həmin siniflərdə zehni və fiziki qabiliyyətlər 
nəzərə alınaraq mürəkkəbləşdirilmiş və ya nisbətən asanlaşdırılmış 
tədris proqramları tətbiq olunur. Bu zaman hətta bəzi şagirdlər tam 
məqsədəuyğun təhsil almaq imkanlarından məhrum olurlar. Müəllim 
isə proqram materialının şagirdlər tərəfindən lazımi səviyyədə 
mənimsənilməsinə zəruri kömək göstərmir. Bu cür məktəbləri bitirən 
şagirdlər ali məktəblərə qəbul olmaq imkanlarını itirirlər. Bizim 
məktəblərdə belə diferensial təlimdən istifadə olunmur. Bütün şagirdlər 
eyni proqram üzrə təhsil alır. Onların ali məktəblərə daxil olması 
məqsədi ilə eyni məzmunu və həcmi olan proqramlar əsasında 
hazırlanmış test banklarından istifadə olunur. Bütün şagirdlər 
ümumtəhsil və ali təhsil alma hüququna malik olurlar.
Ümumtəhsil məktəblərində diferensial təlimə başqa cür yanaşılır. 
Diferensiyanın başlıca prinsipi təhsilin məzmununu sadələşdirmək 
deyil (birini sadələşdirmək, digərini mürəkkəbləşdirmək), müəllim 
tərəfindən şagirdlərin diferensiyasına kömək göstərməkdir. Bəzi 
şagirdlərin köməyə böyük ehtiyacı var, digərlərinin adi qayda da 
(normada) köməyə ehtiyacı var. Üçüncü qrup şagirdlər isə köməyə 
ehtiyacı minimumdur. Köməyə daha çox ehtiyacı olanlarla iş daimi 
deyil, müəyyən vaxt ərzində aparılır.
Şagirdlərin imkanları daxilində tədris işi aparılarsa, onların 
köməyə ehtiyacı az olur. Bu növ diferensiyada ən mürəkkəb tapşırıqlar 
müvəqqəti olaraq azaldıla bilər. O vaxta kimi müəllim tərəfindən 
göstərilən köməyə şagirdlər adaptasiya olmayıblar. Müəyyən vaxt 
keçdikdən sonra şagirdlərin təlimdə müstəqilliyini genişləndirmək 
məqsədilə göstərilən kömək yavaş-yavaş azaldılır. 
Tədris prosesində daha yüksək hazırlıqlı şagirdlərə diferensial 
yanaşmaq xüsusi əhəmiyyət kəsb edir. Bu həmin şagirdlərin fərdi 
tapşırıqlar almaq vasitəsilə öz qabiliyyətlərini inkişaf etdirməyə xidmət 
edir. İstedadlı şagirdlər üçün fakültətiv məşğələlərin, şagird 
cəmiyyətinin və s. təşkili də onların təlimdə daha sürətlə 
mənimsəmələrinə zəmin yaradır. Tədris işlərinin təşkilinin kollektiv 
formaları da mövcuddur. Ümumsinif, qruplar və fərdi formada təlimin 


36 
təşkili şagirdlərin sayına əsaslanır. Belə formalardan istifadə edərkən 
təlim prosesi müəllimin təsiri altında keçir. Təlimin kollektiv formada 
təşkilində isə qrup və ümumsinif forma demək olar ki, şagirdlərin təsiri 
altında olur. Tədris prosesinin kollektiv formada təşkili şagirdlərin 
kollektivçilik qabiliyyətinin formalaşmasına kömək edir. Məşğələnin 
kollektiv formada, qruplar, ümumsinif formada təşkilində fəaliyyətin 
məqsədi, onun inkişaf yolları seçilir. İşdə qarşılıqlı kömək göstərilir, 
onun nəticəsi kollektiv tərəfindən təhlil olunur, müvafiq nəticə 
çıxarılır, təkliflər irəli sürülür və həyata keçirilir. 
Təlimin stimullaşdırılmasın, həm də 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə