30
zehni və fiziki hərəkət normalarına düzgün əməl olunması da olduqca
mühüm əhəmiyyətə malikdir.
Fiziki tərbiyənin təlim işlərinin istənilən səviyyədə təşkilində
ikinci meyar
şagird və müəllimlər üçün tədris və ev tapşırıqlarına sərf
etmək üçün qoyulmuş vaxta, vaxt bölgüsünə düzgün riayət
edilməsidir. Həmin tələbələrin nəzərə alınması şagird və müəllimlərin
normadan artıq yüklənməsinin qarşısını alır. Fiziki tərbiyənin təlimində
bir neçə meyardan eyni vaxtda istifadə etmək mümkündür. Bir cəhəti
də
unutmaq olmaz ki, tədris prosesinin həddindən artıq
intensivləndirilməsi növbəti hərəki bölmə mövzularının mətinlərinin
şagirdlər tərəfindən mənimsənilməsini çətinləşdirir. Buna görə də
şagirdlərin qüvvələrini düzgün sərf etməklə tədris prosesini səmərəli
təşkil etmək lazımdır. Bu məqsədlə pedaqoji vasitələrin də tətbiqinə
ehtiyac vardır. Fiziki tərbiyədə o variant müvafiq hesab olunur ki, eyni
şəraitdə eyni vaxt sərf etməklə tətbiq olunan
təlim-tərbiyə vasitə və
priyomları daha yaxşı nəticə vermiş olsun. Burada qüvvənin qənaətlə
sərf edilməsi də mühüm şərtdir. Təhsil və tərbiyənin hazırki tələbatında
fiziki tərbiyənin tədrisinin səmərəliliyi onun nəticəsi və sərf olunan
vaxtla sıx surətdə bağlıdır. Çünki, səmərəlilik bədən tərbiyyəsi
müəllimindən qısa vaxt ərzində az əmək sərf etməklə təlim-tərbiyə
işlərində daha böyük müvəffəqiyyətlər qazanmasını tələb edir.
Təlim-
tərbiyə də nailiyyətlərin əldə edilməsində
bədən tərbiyəsi müəlliminin işinin səmərəli qurulması təşkil edir ki,
bunlarda tədrisdə buraxılmış nöqsanların aradan qaldırılması,
çatışmazlıqlara yol verilməməsi və müəllimin boş-boşuna vaxt
itirməməsinə səbəb olur. Bu təlim prosesinin daha effektli olması ilə
nəticələnir.
Qeyd etməliyik ki, fiziki tərbiyənin
təlimi bir neçə mərhələdən
keçdikdən sonra yeni daha təkmil mərhələ də başlayır. Bu zaman
şagirdlərin artma inkişafının səviyyəsi təxmini planlaşdırılır. Bundan
sonra tədris-tərbiyə sistemi üzrə müvafiq tədbirlər müəyyən olunur.
Şagirdlərin xarakterindəki dəyişikliklər də qiymətləndirilir. Nəticə
etibarı ilə sərf olunan vaxt və tədrisin düzgün təşkil olunma imkanları
nəzərə alınaraq təlim tərbiyə sahəsində əldə edilmiş nailiyyətlərin
nəticəsi digəri ilə müqayisə olunur.
Hər yaş dövrü üçün müəyyən
olunmuş normalar və tətbiq edilmiş tədbirlər sistemi də nəzərdən
keçirilir. Fiziki tərbiyə təliminin təşkilində əvvəlcə bir meyar tətbiq
edilirsə bu müvəffəqiyyətlə nəticələnirsə onda 2-ci stimul yaradan
31
variantdan da istifadə olunur. Bu da təlimin daha səmərəli təşkilinə
təkan verir. Şagirdlərin fiziki və zehni cəhətdən qüvvələrinin diqqətdə
olmasının və bunun gün rejimində (şagirdlərin
qidalanma, zehni,
hərəkətetmə) düzgün bölgüsünün gün ərzində normal fəaliyyət
göstərməyə köməyi vardır.
Ümumtəhsil nəticələrinə müsbət təsir göstərən meyarlardan
Dostları ilə paylaş: