L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə18/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
 
1.2.Fiziki tərbiyə üzrə ümumitəlim nəticələrinin 
reallaşdırılmasının başlıca meyarları 
Fiziki tərbiyə təliminin lazımi səviyyədə təşkili və keçirilməsi 
elmi, pedaqoji-metodik proses olmaqla onun reallaşdırılması yüksək 
məsuliyyət və vacib hazırlıq işləri görülməsini tələb edir. Bu baxımdan 
fiziki 
tərbiyə prosesi elə təşkil olunmalıdır ki, təlimin 
intensivləşdirilməsi üçün vacib olan reallıqlar həqiqi mənada onun 
əlamətləri və ünsürləri öz əksini tapmış olsun. Bu isə müasir təhsil 
sisteminin həyata keçirildiyi bir dövrdə müəllim və şagirdlərin 
fəaliyyətlərinin tənzimlənməsinin real imkanlarının nəzərə alınmasını 
və tədris şəraitinin yaradılmasını tələb edir. Bütün bunlar isə müvafiq 
meyarlara əsaslanmalıdır. Tədris prosesində tətbiq olunan bu 
meyarlarlar konkret olmalı, sadədən mürəkkəbə doğru iş prinsiplərinə 
riayət edilməlidir. Yəni müəllim və şagirdlərin öyrətmə və öyrənmə 
qabiliyyətləri, ikincinin dərketmə, qavrama imkanları nəzərə alınmaqla 
fiziki 
tərbiyədən tədris materialları tədricən çətinləşdirilərək 
öyrədilməlidir. 
Təlimdə nailiyyətlər qazanılmasının özü tədrisin intensiv 
təşkilinin meyarlarından sayıla bilər. Mənimsəmənin ilk baxışda 
müvəffəq olmasını təlimin başlanğıc dövrü üçün məğbul hesab etmək 
olar. Təlmin sonrakı mərhələlərində isə fiziki tərbiyədən bilik və 
bacarıqlara yiyələnmək və bu sahədə lazımi vərdişlərin aşılanması 
tələbatı nisbətən artırılır, mənimsəmə keyfiyyətinin yüksəldilməsinə 
diqqət yetirilir. Həmin dövrdən başlayaraq şagirdlər bilik səviyyələrinə 
görə əla, yaxşı, kafi oxuyanlara və qeyri-kafi alanlara bölünürlər.
Şagirdlərin müvəffəqiyyəti yalnız bununla tamamlanmır, tədris 
prosesində şagirdlərin qarşısında daha ciddi və məsuliyyətli tələblər 
qoyulur. Xüsusən, fiziki tərbiyə prosesində şagirdlərin tərbiyə 
olunması, fiziki baxımdan inkişaf etdirilməsi mühüm vəzifə kimi 
qarşıda durur və bu işə tələbat yüksəldilir. 
Şagirdlərin 
mənimsəmə 
müvəffəqiyyətləri, 
onların 
tərbiyələndirilməsi və şəxsiyyətyönümlü inkişafı fənn müəllimi, sinif 
rəhbəri, məktəb direktoru tərəfindən öyrənilir. Şagirdlərin 


29 
nailiyyətlərinin öyrənilməsi müşahidə, müvafiq sorğular keçirilməsi və 
s. yollarla aparılır. Onların bədən tərbiyəsi və idman sahəsindəki 
nailiyyətləri isə kütləvi bədən tərbiyəsi sağlamlıq tədbirlərinin 
keçirilməsi, müxtəlif masştablı yarışların, oyunların və əyləncələrin, 
«Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi kompleks 
hərəkətlərinin normativlərinin qəbulu zamanı yoxlanılır eləcə də üzə 
çıxır. Göründüyü kimi, tədris prosesinin intensivliyinin təşkilində real 
tədris imkanlarının öyrənilməsi, şagirdlərin tərbiyə olunması və 
inkişafından ötrü müəllimlər tərəfindən sadə və əlverişli formaların 
seçilməsi və məqsədyönlü tətbiqi həll edici əhəmiyyət kəsb etməklə 
özünü biruzə verir.
Bütün bunlardan belə bir qənaətə gəlmək olur ki, bədən tərbiyəsi 
təliminin intensivləşdirilməsinin nəticəsi olaraq onun 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə