L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə15/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   227
Muteherrik ve eylenceli oyunlar

optimal yanaşmanın 
da özünəməxsus yeri vardır. 
Burada ayrı-ayrı fiziki hərəkət və oyunlar öyrədilərkən istər hərəkət 


24 
texnikasının və istərsə də oyunların nə məqsədlə icra olunduğu və 
keçirildiyinə aydınlıq gətirmək tələb edilir. Bu onunla əlaqədardır ki, 
məqsəd və vəzifələrin aydınlığı şagirdlərin təlimə həvəsini artırmaqla 
onun hərtərəfli və düşüncəli surətdə qavranılmasına kömək edir.
Optimal yanaşmada 
əyanilik
mühüm pedaqoji prinsiplərdən olub 
fiziki hərəkətlərin, fəndlərin və oyunların öyrənilməsində əvəzedilməz 
və zəruri rol oynayır. Hərəkətlərin göstərilməsi (canlı, şəkil, 
illüstrasiya, demontrasiya, sxem, nəticəni göstərən cədvəl, test sualları 
və s.) ilk növbədə şagirdlərin diqqətlərini təlimə toplayır, təlimi daha 
maraqlı edir və beləliklə onlar hərəki cəhdlərə inamla, şüurlu olaraq, 
yüksək fəallıqla və əhval-ruhiyyə ilə yanaşır, nəticədə gözlənilən 
nailiyyətləri daha asan əldə etmək imkanları qazanırlar.
Fiziki tərbiyə təliminin 
nəticəyönümlülüyü
hazırda təhsil 
sistemində ciddi şəkildə tələb olunur. Bu işə diqqət, qayğı günbəgün 
artırılır. Fiziki tərbiyədə nəticəyönümlülüyü təmin edən amillər 
araşdırılır və daha da təkmilləşdirilir. Bu məsələdə təlim metod və 
vasitələrinin düzgün seçilməsi, bir-biri ilə inteqrasiya olunması və 
tətbiqinin təmini həyatı əhəmiyyət daşımaqla, həmçinin mühüm təhsil 
mahiyyətinə malikdir.
Sürətli inkişafı təmin edən bacarıqların, məqsədin, məzmunun və 
təlim vəzifələrinin yerinə yetirilməsinin tədris şəraiti onun imkanları 
ilə uyğunlaşdırılması təlimin reallaşdırılmasında əlverişli imkanlar 
yaradır. Məzmunun səciyyəvi xüsusityyətlərinin, öyrədən və
öyrənənin təlim
imkanlarının nəzərə alınması da hərəki təlimin səmərəliliyinin 
artırılması üçün optimal şəraiti təmin edir. Əgər təlim məqsədilə 
seçilmiş metodlar və vasitələr təhsil-tərbiyə vəzifələrinə, məzmuna və 
şagirdlərin mənimsəmə imkanlarına cavab vermirsə, standart 
vasitələrdən, metodlardan kor-koranə istifadə olunursa, bu təlimə öz 
mənfi təsirini göstərərək mənimsəmə imkanlarını aşağı səviyyəyə salır. 
Təlim tərbiyə prosesinin təlimin vəzifələrinə və məzmununa uyğun 
gəlməsi, onlara müvafiq metod və vasitələrdən düzgün istifadə 
edilməsi, şagirdlərin dərketmə və hərəkətləri icraetmə qabiliyyətlərinin 
nəzərə alınması fiziki hərəkətlər üzrə tədris materiallarının düşüncəli, 
yüksək idrakı fəallıqla öyrənilməsinə təkan verir. 
Fiziki tərbiyə prosesinin müvəffəqiyyətlə nəticələnməsi təlimin 
hansı 
formada
təşkilindən də sıx surətdə asılıdır. Fiziki tərbiyənin 
təşkili formalarına dərs, sinifdən və məktəbdənxaric keçirilən tədbirlər, 


25 
səhər gigiyenik gimnastikası, fasilələrdə təşkil olunan oyun və 
əyləncələr və s. daxildir. Məqsəd isə sağlamlığı möhkəmləndirmək və 
fiziki inkişafı təmin etməkdən ibarətdir. 
Ümumtəhsil məktəbləri şagirdlərinin fiziki tərbiyə işləri əsasən 
dərs formasında yerinə yetirilir. Konkret desək, qarşıya qoyulmuş 
başlıca məqsəd və vəzifələr bədən tərbiyəsi dərsi formasında həyata 
keçirilir. Bu sahədəki nailiyyətlərin də mərkəzində durur. Şagirdlərə 
dərs zamanı mühüm fiziki bilik, bacarıq öyrədilir, vərdişlər aşılanır. 
Bədən tərbiyəsi dərsləri isə frontal, yarım qrup, potok və s. formalarda 
təşkil olunur. 
Frontal
formada sinif şagirdləri hərəkətləri və yaxud fəndləri 
eyni vaxtda birlikdə icra edirlər. Şagirdlər yarım qruplara bölünmək 
üsulu ilə də tapşırıqları yerinə yetirirlər. 
Dairəvi
üsulda isə qurulmuş 
alət və avadanlıqlar üzərində hərəkətlər şagirdlər tərəfindən növbə ilə 
icra olunur. Yəni hər hansı bir alət üzərində hərəkətlər icra olunduqdan 
sonra şagird dəstələri növbə ilə digər alətlər üzərində dairəvi üsulla bir-
birini əvəz edirlər.
Fərdi
üsulla da isə müəllimin tapşırığı ilə şagirdlər 
müvafiq hərəkətləri yerinə yetirirlər. Potok üsuli ilə (axın) şagirdlər 
hərəkət və ya fəndləri dəstələrə bölünərək növbə ilə icra edir, əvvəlki 
yerinə qayıdır öz növbəsini gözləyir. Dərsin hansı formada təşkilindən 
asılı olmayaraq onun tənzimlənməsində bədən tərbiyəsi müəlliminin 
rolu əvəzedilməzdir, məsuliyyəti isə daha yüksəkdir.
Bədən tərbiyəsi dərslərində bu və ya digər formalardan ustalıqla 
istifadə etmək çox vacibdir. Fiziki təhsil və tərbiyə məsələlərinin 
həllində frontal və dairəvi məşq üsulundan daha geniş şəkildə istifadə 
olunması faydalı hesab olunur. Materialların məzmunu və qarşıda 
qoyulmuş didaktiv vəzifələr hər hansı bir formanın tətbiqini tələb 
edirsə ola bilsin ki, digər tədris materialının məzmunu və vəzifələri 
başqa bir təşkili formadan istifadə edilməsini məqsədyönlü hesab edir.
Hər hansı təlim metodu və vasitələri yarım qruplara bölünmə və 
fərdi icra etməni tələb edirsə, digəri isə dairəvi məşq üsulunun 
tətbiqinə, frontal formada dərsin təşkilinə daha üstünlük verir. 
Müşahidələr göstərir ki, hətta hər hansı bir qrupda tətbiq olunan 
formalardan, metod və vasitələrdən paralel siniflərdə eyni ilə istifadə 
edilməsi qənaətləndirici olmur.
Buna gərə də təlimin formalarından düzgün istifadə etməli, əsas 
diqqəti şagirdlərin fiziki hazırlığına, inkişafına, sağlamlığının 
möhkəmliyini təmin etməyə, hərəki qabiliyyətlərin yüksəlməsinə, bilik, 


26 
bacarıq və vərdişlərin mənimsənilməsinə yönəldilməlidir. Belə olduqda 
həmin prosesdə ideya-siyasi, mənəvi və vətənpərvərlik hissləridə 
inkişaf edir, şagirdlərin fəal həyat mövqeyi və elmi dünyagörüşünün 
formalaşmasına imkanlar açılır, onlar şəxsiyyət kimi tədricən 
formalaşır, zehni, fiziki baxımdan təkmilləşirlər. 
Müəyyən 
olunmuşdur 
ki, 
bədən 
tərbiyəsi 
təliminin 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə