61
Mütəhərrik oyunların pedaqoji mahiyyəti və təşkili yolları
PLAN
3.1. Mütəhərrik oyunların əhəmiyyəti
3.2. Görkəmli pedaqoqlar oyunlar haqqında
3.3. Oyunların təşkili yolları
ƏDƏBİYYAT
1.H.H.Ağayev.
Azərbaycan mütəhərrik oyunları. Bakı,
Uşaqgəncnəşr, 1958-ci il.
2.E.F.Acalov. Azərbaycanda bədən tərbiyəsi və idmanın
inkişaf
tarixi. Bakı, «Maarif» nəşriyyatı, 1985-ci il.
3.R.Y.Rəsulov, R.M.Baxşəliyev. İbtidai siniflərdə mütəhərrik
oyunları. Bakı, 1985-ci il.
4.B.S.Quliyev. Fiziki tərbiyənin nəzəri-metodik və praktik
işlərinin əsasları. Bakı, «ADPU» nəşriyyatı, 2010-cu il.
5.L.V.Bıleeva,
İ.M.Korotkov.
Podvijnıe
iqrı.
Moskva,
«Fizkulğtura i sport», 1982-ci il.
6.Fiziçeskaə kulğtura v şkole metodika urokov v I-III klassax
(Q.P.Boqdanova -nın ümumi redaktəsi ilə), Moskva, «Prosvehenie»
nəşriyyatı, 1971-ci il.
III FƏSİL
Mütəhərrik oyunların pedaqoji mahiyyəti və
təşkili yolları
3.1. Mütəhərrik oyunların əhəmiyyəti
Mütəhərrik oyunların sağlamlıq əhəmiyyəti.
Orta
əsrlərdə
yaşamış böyük mütəfəkkir, filosof-alim və şairlərimizdən Xaqani,
62
Nizami, Əhvədi, Tusi, Nəsimi, M.Naxçıvani və başqaları, dünyada
şöhrət qazanmış klassik əsərlərində qəhrəmanlarının
əqlən və fiziki
cəhətdən kamilləşməsi, sağlam düşüncəyə malik olması sahəsində
qorxmazlıq, cəsurluq, hünər və vətənpərvərlik göstərməsini xüsusi bir
həvəslə qələmə almışlar.
Böyük Nizami «bədənin əsasının möhkəm olması»na görə «əldə
qələmin düzgün işləməsi»ni göstərmiş,
fiziki cəhətdən möhkəm və
sağlam adamların «halldəyişməz», «həvəsi yerində», «damağı çağ»
olar demişlər. Nizami fiziki möhkəmliyi saf idrakla qoşa görür. Şər
qüvvələrə qalib gəlməkdə onların vahidliyini təsdiqləyərək yazır:
Sanki həmcins imiş bu iki qüvvət,
Nə çıxsa qarşıya, məhv edər əlbət.
O, fiziki tərbiyəyə dərin fəlsəfi, tibbi məna verir, sağlam bədəndə
sağlam ruh olar deyirdi:
Bədən sağlam olsa, saf olar söz də,
Süst adam süst olar, bədən də, söz də.
Bədən xəstə olsa, belədir sonu,
Sərv olsa da, azar yatırar onu.
Neyləyir özünə özü xəstənin,
Xəstə olar, fikri, sözü xəstənin.
(«Xosrov və Şirin»).
Uşaqların fiziki tərbiyəsinin tərkib hissəsi olan oyunlar, onların
sağlamlığını möhkəmləndirir.
Mütəhərrik oyunlarla məşğul olmaq orqanizmin düzgün
inkişafına
kömək edir, qamətin formalaşmasına zəmin yaradır.
Bundan
əlavə,
mütəhərrik
oyunlar
sümük-bağ
aparatını
möhkəmləndirir, əzələləri çevikləşdirir, oynaqların mütəhərrikliyini
artırır, ciyərlərin həyat tutumunu artırır, ürəyin fəaliyyətini yüksəldir.
Bu oyunlar qan dövranını fəallaşdırır, sinir sistemini tənzim edir,
maddələr mübadiləsini yaxşılaşdırır,
normal yuxunu, asudə vaxtın
səmərəli keçməsini təmin edir. Bununla belə, anatomik-fizioloji və
pedaqoji-didaktik prinsiplərə əsaslanmayan, ilk növbədə iştirakçıların
yaşına və fiziki hazırlığına uyğun olmayan oyunlar xeyirdən çox zərər
verir.
Belə hallarda maraq sönür, əzələ gərginliyi, təngnəfəslik əmələ
63
gəlir, ürəyə və ciyərlərə artıq yük düşür,
fiziki hərəkətlərin ümumi
dinamikası pozulur.
Dostları ilə paylaş: