|
![](/i/favi32.png) L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərsMütəhərrik oyunların təhsil əhəmiyyətiMuteherrik ve eylenceli oyunlarMütəhərrik oyunların təhsil əhəmiyyəti.
Fiziki tərbiyə fənni
təhsil-tərbiyə fənni kimi onun tərkib hissəsi olan mütəhərrik oyunların
əhəmiyyəti böyükdür. Oyunlar uşaqların həyatı dərk etmək üçün
yoldur. Oyunlar uşaqlarda dərketmə, qavrama, yadda saxlama, nəticə
çıxarma, qərar qəbuletmə, təhlil etmə kimi mühüm keyfiyyətlər tərbiyə
edir.
Məlumdur ki, təlim uşaqlardan gərgin zehni fəaliyyət tələb edir.
müəyyən təlim saatlarındandan sonra uşaqlarda zehni yorğunluq baş
verir. Həmin yorğunluğu aradan qaldırmaq üçün beyinə fəal istirahət
vermək lazımdır. Bu baxımdan açıq havada keçirilən mütəhərrik
oyunlar mühüm əhəmiyyət kəsb edir. Oyun zamanı uşaqlar nisbətən
müstəqil hərəkətlər icra edir, bəzəndə istədiyi kimi oynayır, şənlənir,
bir-biri ilə zarafatlaşır, şeir söyləyir, tapmaçalar, yanıtmaclar danışır,
atılıb-düşür, müxtəlif ev və yaxud vəhşi heyvanları yamsılıyır,
akrobatika və attraksion hərəki elementlərini yamsılayırlar. Onlar
beləliklə, açıq havada lazımi qədər oksigen qəbul edirlər ki, bu beynin
fəaliyyətini qidalandırır. Nəticə etibarilə beyinə istirahət verilməklə
uşaqların əhval-ruhiyyəsi yüksəldilir. Yorğunluq aradan qaldırılır,
beynin fəaliyyəti artırılır.
Uşaqlar hələ bağça yaşlarında oyun vasitəsilə dünyaya göz
açır. Məktəb illərində isə konkret şəraitdə, ardıcıl
olaraq oyun oynamaqla təkmilləşir və fiziki baxımdan kamilləşir.
Məktəbli uşaqlar digər fənləri yaxşı oxumaq üçün sağlam olmalı,
bunun üçün də oyunla məşğul olmalıdır. Oyun uşaqlara, həm də
iradəlilik, mətnlik, cəsarət, vətənpərvərlik, kollektivçilik və s.
keyfiyyətlər aşılayır.
Düşünülmüş və yaxşı təşkil edilmiş oyunlar məktəbliləri elmi
cəhətdən silahlandırır. «Kosmonavtlar», «Sərhədçilər», «Qalanın
müdafiəsi», «Qalanın alınması», «Şaxta və günəş», «Bənövşə» və s.
oyunlar uşaqlara xüsusi biliklər verməklə yanaşı, onlarda Vətənə
məhəbbət, kollektivin mənafeyini qorumaq kimi zəruri keyfiyyətlər
aşılayır.
Oyunların çoxu texnika, təbiət, coğrafiya, astronomiya və hətta
riyaziyyatla da əlaqədardır. Belə oyunlar uşaqlara müvafiq bilik verir,
onları elmi cəhətdən məlumatlandırır.
|
|
|