1
FƏSİL. İNKİŞAF ETMİŞ QƏRB ÖLKƏLƏRİNİN
MÜASİR İQTİSADİ NƏZƏRİYYƏLƏRİNİN ƏSAS
İSTİQAMƏTLƏRİNİN İNKİŞAFI VƏ C.M.KEYNSİN
İQTİSADİ KONSEPSİYALARI
1.8.
İqtisadi
təlimlər tarixi, onun qısa ümumi
inkişaf
mərhələləri və “Müasir iqtisadi təlimlər” fənninin vəzifəsi.
1.9.
Müasir qərb iqtisadi nəzəriyyələrinin əsas
istiqamətlərinin inkişafı və xüsusiyyətləri.
1.10.
C.M.Keynsin iqtisadi təlimlərinin başlıca
istiqamətlərinin ümumi aspektləri.
1.11.
C.M.Keynsin səmərəli tələb və istehlak konsepsiyası,
makroiqtisadi tarazlığın sadə Keynsçi modeli.
1.12.
C.M.Keynsin
investisiya, məşğulluq
və işsizlik
nəzəriyyəsi.
1.13.
Keyns
nəzəriyyəsində
qiymət və
inflyasiya
problemləri.
1.14.
C.M.Keynsin
iqtisadi
proqramının
xarakterik
xüsusiyyətləri.
1.1.
iqtisadi təlimlər tarixi, onun ümumi inkişaf
mərhələləri və “Müasir iqtisadi təlimlər” fənninin vəzifəsi
“İqtisadi təlimlər tarixi” fənninin öyrənilməsinin ümumbəşəri
dəyərlərin mənimsənilməsi və iqtisadi həyatda baş verən, daim
inkişaf edən davranış mədəniyyətlərinin dərk edilməsində və
yüksəldilməsində böyük rolu vardır. İqtisadi inkişafın keçən əsrin II
Dünya müharibəsindən sonra başlayan (bəzi mənbələrdə
müharibədən bir qədər əvvəl - C.M.Keynsin iqtisadi nəzəriyyəsinin
meydana gəldiyi dövrdən) və müasir dövrü əhatə edən və tarixin
koordinatlarında bu inkişafı izah etməyə çalışan
9
“Müasir iqtisadi təlimlər” fənninin öyrənilməsinə zərurət həm də
müasir şəraitdə mövcud iqtisadi sistemlərin transformasiyaya
uğraması ilə sıx bağlıdır. Çünki ümumi halda götürsək, “İqtisadi
təlimlər tarixi”nin predmeti cəmiyyətin iqtisadi həyatında və sosial
sferasında baş verən dəyişikliklərlə əlaqədar sistemlərin birinin
digəri ilə əvəzolunmasının qanunauyğunluqlarmı və bu dövretmə
proseslərilə
bağlı
insanlann
davranış
qaydalannın,
qanunauyğunluqlannın məntiqini öyrənir.
İqtisadi inkişafı öyrənən “İqtisadi nəzəriyyə” elmilə bağlı
iqtisadi təlimlərin yaranması tarixinə qısaca və ümumi şəkildə
diqqət etsək, aşağıdakılan qeyd etmək olar.
Məlum olduğu kimi, “İqtisadi nəzəriyyə” 250 il bundan
əvvəl kapitalizm sisteminin təşəkkül tapdığı dövrdə meydana gəlmiş
və bu nəzəriyyə ilk dəfə 16i5-ci ildə fransız alimi A.de Monkretyen
tərəfindən “Siyasi iqtisad” termini ilə adlandınl- mışdır. Daha sonra
ingilis alimi U.Petti öz tədqiqatlarmda bu elmi “siyasi hesab”
adlandırmışdır. Bu elmə sadəcə “İqtisadiyyat” kimi baxan
fiziokratlar məktəbinin banisi F.Kene olmuşdur.
İqtisadi nəzəriyyənin atası hesab olunan şotlandiyah A.Smit
də bu elmi “siyasi iqtisad” kimi qəbul etmiş və onu xalqların
sərvətinin mənbəyi hesab etmişdir. Klassik iqtisadi sistemin
yaradıcılarından olan ingilis iqtisadçısı D.Rikardo bu elmi siyasi
iqtisadi sistemin başlanğıcı kimi qeyd etmişdir.
İqtisadiyyat sahəsində yeni elmi istiqamətin yaradıcılarından
olan ingilis A.Marşall ilk dəfə olaraq iqtisad elmini və siyasi iqtisadı
“Ekonomiks” fənni kimi öyrənilməsini təklif etmişdir. Beləliklə,
“İqtisadi nəzəriyyə” ilə bağlı irəli sürülmüş fikirlərin,
iqtisadi
təlimlərin ardıcıllığını qeyd edərək, onların nisbətən son inkişaf
dövrlərini əhatə edən “Müasir iqtisadi təlimlər” fənninin əsas
vəzifələrini açıqlamaq olar. Belə ki,
XX əsrin
10
təxminən yarısından başlayan və iqtisadi nəzəriyyənin və təlimlərin
əvvəlki inkişaf tarixinə nisbətən müasir tarixi inkişafın ayn- ayrı
dövrlərində irəli sürülən ümumbəşəri əhəmiyyətli iqtisadi dəyərlərin
mənimsənilməsi,
onların
inkişaf
qanunauyğunluqlarının
öyrənilməsi, eləcə də iqtisadi sistemlərin transformasiyası
nəticəsində təkamüllü iqtisadi inkişafa təkan verən, onları müasir
dövrün tələblərinə uyğun izah etməyə çalışan cərəyanlann,
məktəblərin, konsepsiyaların şərh olunması, “Müasir iqtisadi
təlimlər” fənninin əsas vəzifələrindəndir. Bu vəzifə birbaşa ümumi
şəkildə öyrənilən “İqtisadi təlimlər tarixi” fənninin predmeti ilə,
yəni müxtəlif iqtisadi sistemlərin meydana gəlməsi və onların
transformasiyası qanunauyğunluqları, iqtisadi proseslərin bütöv
şəkildə öyrənilməsilə bağlıdır.
Qeyd etmək lazımdır ki, iqtisadi konsepsiyalar, baxışlar,
nəzəriyyələr öz inkişaf proseslərində, uyğun dövrlərdəki
üstünlükləri əks etdirməklə yanaşı, müəj^ən çatışmamazlıqlar
istiqamətində də öz-özünü əks etdirir. Buna görə də bu cür
çatışmazlıqları aradan qaldmnaq, müasir dövrün tələblərini düzgün
izah etmək üçün yeni iqtisadi ideyalann, fikirlərin, nəzəri baxışların
meydana gəlməsinə səbəb olur. Onlann izahı yuxanda qeyd
etdiyimiz kimi “Müasir iqtisadi təlimlər” fənninin əsas
vəzifələrindəndir.
Məlumdur ki, iqtisadi təlimlər tarixinin əsas funksiyası
iqtisadi nəzəriyyənin əsas prinsiplərinin tarixi inkişafın mərhələləri
üzrə öyrənilməsindən ibarətdir. Bu baxımdan ümumi halda iqtisadi
təlimlər tarixi başlıca olaraq aşağıdakı
mərhələlər üzrə öyrənilir;
1.
Qədim dövrün iqtisadi təlimi.
2.
Orta dövrdə Şərqdə və Avropada iqtisadi təlimlər.
3.
Bazar sisteminin qərarlaşması dövründə iqtisadi təlim.
4.
Müxtəlif iqtisadi inkişaf modelləri əsasında iqtisadi
I i