21
“
sinktual dərketmə”
- dedikdə, düşünmə yolu ilə müəyyən
edilən gerçəklik elementinin intellekt obrazının yaranması prosesi nə-
zərdə tutulur (
think – ingilis sözu olub, azərbaycanca mənası
düşünmək, fikirləşməkdir);
“
tastual dərketmə” - dedikdə, dadbilmə yolu ilə müəyyən
edilən gerçəklik elementinin intellekt obrazının yaranması prosesi
nəzərdə tutulur (
taste – ingilis sözu olub, azərbaycanca mənası
dad,
tam, dadına baxmaqdır);
“təktərəfli ünsiyyət” - dedikdə, qarşı tərəfin olmadığı, onun
olmasının güman belə edilmədiyi ünsiyyət forması nəzərdə tutulur;
“
verbal dərketmə” - dedikdə, şifahi nitqə əsasən müəyyən
edilən gerçəklik elementinin intellekt obrazının yaranması prosesi
nəzərdə tutulur (
verb – ingilis sözu olub, azərbaycanca mənası
fel,
hərəkət, əməldir);
“
vokal dərketmə” - dedikdə, eşitmə yolu ilə müəyyən edilən
gerçəklik elementinin intellekt obrazının yaranması prosesi nəzərdə
tutulur (
vocal – ingilis ingilis sözu olub, azərbaycanca mənası
səs, səslə
bağlı olandır);
“
vizual dərketmə” - dedikdə, görmə yolu ilə müəyyən edilən
gerçəklik elementinin intellekt obrazının yaranması prosesi nəzərdə
tutulur (
vizion – ingilis sözu olub, azərbaycanca mənası
görmə, görün-
mədir);
“
vizual-verbal dərketmə” - dedikdə, yazılı və ya şifahi nitqə
əsasən müəyyən edilən gerçəklik elementinin intellekt obrazının yaran-
ması prosesi nəzərdə tutulur;
“
yaradıcı qrammatika”- N.Xomskinin
nəzəri mövqeyinə
görə, bu və ya digər dildə danışan hər bir şəxsin irsən keçən koqnitiv kök-
lər əsasında əvvəlcədən bələd olduğu və eksplisit formaları düzgün müəy-
yənləşdirilmiş cümlələrin struktur təsvirini verən qaydalar sistemidir.
22
GİRİŞ
İnsanın hər bir fəaliyyətinin hərəkətverici qüvvəsi onun ehti-
yacı, istəyi və bu istək nəticəsində formalaşan motivasiyadır. Yara-
nan hər bir elm sahəsinin və ya istiqamətin səbəbi də məhz insani
maraq, mütəxəssis marağı, onun öyrənmək ehtiyacı və bu ehtiyacın
yaratdığı istək, motivasiyasıdır. Ümumilikdə dilin və onun struktur
vahidlərinin, eləcə də nitqin əmələ gəlməsi, ünsiyyət vasitəsi kimi
ondan istifadə prosesinin mexanizmi, yəni dil struktur vahidlərinin,
o cümlədən, nitqin yaranması,
ötürülməsi, qəbulu və mənimsənil-
məsi həmişə diqqət çəkmişdir. Bu məsələlərin istər sistemli şəkildə,
istərsə də epizodik olaraq öyrənilməsi, sadəcə dilçilərin deyil, eləcə
də dildən istifadə edən digər sahə mütəxəssislərinin marağına səbəb
olmuşdur. Onlarda bu məsələləri araşdırmaq, öyrənmək ehtiyacı ya-
ratmışdır.
Dilçilik elmində yaranan bütün sahə və istiqamətlərin ən baş-
lıca məqsədi dilin tam mahiyyətini açmaq, onun yaranma və fəaliy-
yət qanunauyğunluqlarını, prinsip və üsullarını üzə çıxarmaq, elmi
cəhətdən şərh etmək, dillərin tədqiqi yollarını dəqiqləşdirmək, bu və
ya digər dilin qeyri-dil daşıyıcıları tərəfindən öyrənilməsini asanlaş-
dırmaqdır.
Bu tədqiqatın məqsədi psixolinqvistikanın məktəb və isti-
qamətləri haqqında qısa məlumat vermək, eyni zamanda bu sahənin
bir sıra mütəxəssisləri tərəfindən aparılan
psixolinqvistik tədqiqat-
larda obyekt və meyarların seçilməsində yol verilən xətaları və
onun nəticələrini nəzərdən keçirmək, həmin məsələlərlə bağlı şəxsi
mülahizələrimizi bildirməkdir.
Psixolinqvistika bəzən fizioloji-psixoloji proseslərin sırf təc-
rübi nəticələrinə əsaslanmaqla dilin mahiyyətini açmağa cəhd gös-
tərsə də, istənilən halda dilin dərketmə, idrak və təfəkkür prosesləri-
nin aparıcı amili olmasından çıxış edir və bu cəhəti bütün psixolin-
qvistik tədqiqatların ümumi qayəsi kimi səciyyələndirir. Bununla
yanaşı, psixolinqvistikanın ilkin istinad nöqtəsini müəyyənləşdirər-
23
kən yol verilən və ilk baxışdan o qədər də nəzərə çarpmayan, hətta
bir qədər gerçəyə də bənzəyən xətalar,
həm problemin qoyuluşunu,
həm də həlli imkanlarını əvvəlcədən uğursuzluğa məhkum edir.
Fəlsəfi, məntiqi və metodoloji cəhətdən yol verilən səhv
ondan ibarətdir ki, dilin mahiyyətini ümumi psixoloji proseslər və
mühəndis psixologiyası (eksperimental psixologiya) əsasında izah
etməyə çalışan psixolinqvistika idrak və təfəkkürlə bağlı psixoloji
proseslərin özünün əsasında dilin və ya nitqin dayandığını iddia
edir, bununla da dilin psixoloji proseslər baxımından izahının önünə
sədd çəkir.
Doğrudan da, əgər idrak və təfəkkürlə bağlı psixoloji proses-
lərin əsasında dil və ya nitq dayanırsa, o halda ilkin meyar kimi
götürülən dil və ya nitq əsasında psixoloji proseslərin özünü izah
etməyə cəhd göstərmək daha məntiqi görünərdi. Bizcə, prosesin
reallaşmasını təmin edən ilkin meyarın özünü həmin proses əsasın-
da izah etməyə çalışmaq, məntiqi nəticə verə bilməz, bu, ən yaxşı
halda, tam əsasında hissəyə aid xüsusiyyətlərlə ilkin tanışlıqdan
başqa bir şey deyil. Belə bir cəhd, əslində, bütün psixolinqvistlərin
böyük inamla istinad etdiyi L.Vıqotskinin “hissə tama aid olsa da,
tamın xüsusiyyəti hissələrin xüsusiyyətləri cəminə bərabər deyil”
1
deyərək qətiyyətlə əleyhinə çıxdığı “hissə əsasında tamın izahı”
qədər yanlış bir mövqedir.
Təbii ki, biz yol verilən yanlışlığa görə “dilçilik problemi ilə
məşğul
olan psixoloqlar üçün bu, qəbahət sayılmaya bilər” deyənlə-
rə qətiyyən haqq qazandırmırıq və ədalət naminə etiraf edirik ki,
dilçilik məsələləri ilə bağlı bir sıra psixoloji problemlərin həllində
məhz L.Vıqotski, A.N.Leontyev, A.R.Luriya, C.Keroll, Ç.Osqud,
J.Piaje, C.Miller kimi psixoloqların böyük əməyi vardır. Amma
nəzərə almaq lazımdır ki, dili ali psixoloji fəaliyyət və proseslərin
ilkin meyarı hesab etmək, mahiyyət etibarilə özünün palçıqdan dü-
zəltdiyi ilahə heykəlindən imdad diləyən bütpərəstin inancına şübhə
edən və həmin heykəli rentgen aparatında yoxlayaraq onun içərisin-
1
Выготский Л.С.Психология,изд.Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с. 267.
24
də ilahi ruhun olub-olmadığını müəyyənləşdirməyə çalışan “ali-
min” gərgin əməyindən heç bir cəhəti ilə fərqlənmir.
Burada, hər şeydən əvvəl, metodoloji xətaya yol verildiyini
etiraf etmək və gec də olsa, onu düzəltməyə çalışmaq vacibdir.
Bizcə, psixoloji proseslərin tədqiqi baxımından faydalı ola biləcək
metodoloji norma birbaşa psixoloji
tədqiqatlar müstəvisindən
linqvistik tədqiqatlar müstəvisinə köçürülmüş, psixologiya elmi
baxımından faydalı olan normanın dilçilik elmi üçün faydasızlığının
və ya qəbuledilməzliyinin fərqinə varılmamışdır. Böyük ehtimalla
bu metodoloji yanlışlığın səbəbi bir sıra psixoloq-alimlərin və o
cümlədən L.Vıqotskinin dərketmə və düşünmədə nitqin aparıcı rolu
ilə bağlı fikirlərinə birtərəfli yanaşmanın nəticəsidir.
Doğrudan da, L.Vıqotski uşağın fəaliyyətini müşayiət edən
nitqi və ya hər hansı işi icra edən uşağın danışmasını onun sözlü
düşünməsi kimi qəbul edir və icra edilən tapşırıq çətinləşdikcə danı-
şığın çoxalmasını dərketmə və düşünmədə nitqin aparıcı rolu kimi
qiymətləndirir
1
. Amma nəzərə almaq lazımdır ki, dövrünün ən bö-
yük psixoloqlarından biri olan L.Vıqotski bu mülahizəni psixoloji
proseslərin mahiyyətini açmaq məqsədi ilə və sırf psixoloq mövqe-
yindən söyləmişdir. Mülahizələrindəki bəzi mübahisəli məqamlar-
dan daha sonra danışacağımız bu alimin sırf
psixoloji məsələlərlə
bağlı irəli sürdüyü bu fikri olduğu kimi dilçiliyə şamil etmək, təbii
ki, dilçilik baxımından gərəksiz və artıq qeyd etdiyimiz kimi, hətta
qəbuledilməz idi.
Klassik psixolinqvistikadan
2
ilkin meyarı və nəzərdən keçiri-
lən problemlərə yanaşma bucağı ilə fərqlənən bu tədqiqatımızda dil,
nitq və söz formalarının dərketmə prosesi ilə bağlılığı, yeni dil
struktur vahidinin yaranması, dilin istənilən istiqamətdə inkişafının
1
Выготский Л.С. Психология. Изд. Апр. Пресс, “Эксмо-пресс”, Москва,2000, с 840-842.
2
Dilçilik elminin bir sahəsi kimi cəmisi 50 illik tarixə malik olmasına baxmayaraq,
psixolinqvistikanın bir-birini inkar edən və bir-birinə zidd olan 3 pilləsi və ya 3 psixolinqvistik
məktəbi vardır. Eyni baza əsasında 4-cü psixolinqvistik məktəbin və ya dilçiliklə
psixologiyanın kəsişmə nöqtəsində dilçiliyin tamamilə yeni
bir istiqamətinin yaranma
zəruriyyəti əsas verir ki, daha əvvəlkiləri klassik psixolinqvistika adlandıraq.