277
norma və qaydalardan ibarət müstəqil sistem hesab edənlərdir.
Qismən tərəfdaşlarımız –
dili qrammatik forma, norma və
qaydalardan başqa, lüğət tərkibini və nitq prosesini də əhatə edən
ümumi sistem hesab edənlərdir.
Tam tərəfdarlarımız isə – dili qrammatik forma, norma və
qaydalardan başqa, lüğət tərkibini və nitq prosesini də əhatə etməklə
yanaşı, beyin aktivliyindən yaranan və əsl mahiyyətini yenidən beyin
aktivliyi ilə birləşdikdə qazanan ümumi aktiv sistem, yaxud linqvo-
psixoloji kateqoriya kimi qəbul edənlərdir.
Bu tədqiqat çərçivəsində dil struktur vahidləri adı altında nə-
zərdən keçirdiyimiz formalardan yalnız qrammatik formaları müstə-
qil dil sistemini əmələ gətirən vahidlər kimi qəbul edən opponentləri-
mizin nəzərinə çatdırmaq istərdik ki, lüğət tərkibi, yəni leksik və
leksik-qrammatik formalar, xüsusilə də nitqyaratma prosesi olmadan
bu anlayışı nə dil adlandırmaq, nə də sistem hesab
etmək mümkün
deyildir. Bu, sadəcə qrammatik formalardan ibarət cərgələr, yəni fo-
netik, morfoloji və sintaktik forma, norma və qaydaları əks
etdirən
paradiqmalar silsiləsidir.
Bu, təxminən ona bənzəyir ki, mənzilə daxil olan isti və soyuq
su xətlərinin mətbəx və duşda işlədicilərdən keçərək kanalizasiya
borularına enməsini və bu borularla mənzili tərk etməsini müstəqil
bir sistem hesab edək. Amma nəzərə almaq lazımdır ki, mənzilin su
və kanalizasiya xətləri şəhərin müstəqil su mənbəyi və kanalizasiya
sularını təmizləyərək ətraf aləmə yönəldən mexanizmindən ibarət
ümumi su və kanalizasiya sisteminin bir hissəsi və ya vahidi, şəhərin
su
və kanalizasiya sistemi isə, öz növbəsində təbiətin hər cür su,
hava, torpaq və enerji mənbələri yaradan, istifadə olunmuş hər şeyi
yeniləyərək təbiətə qazandıran ekoloji
aktiv sisteminin bir zərrəsi və
ya vahididir.
Bu bənzətmədən çıxış edərək belə deyə bilərik ki, dili
ümumi
sistem kimi qəbul edə bilmək üçün, birincisi, onun ilkin mənbə, qay-
naq mahiyyəti daşıyan bütün
dil struktur vahidlərini,
ikincisi, onları
ətraf aləmə yönəldən mexanizm mahiyyəti daşıyan
nitqyaratma
278
funksiyasını və üçüncüsü, bu yolda fəaliyyət axınının cərəyan etdiyi
xətlər mahiyyəti daşıyan qrammatik formalardan ibarət paradiqmalar
silsiləsini kompleks şəkildə nəzərə almaq lazımdır. Dili eyni za-
manda
aktiv sistem olaraq qəbul edə bilmək üçünsə, dil baxımından
hər cür mənbələri yaradıb yeniləmək qabiliyyətinə malik olan
beyin
aktivliyini və təfəkkür proseslərini də buraya əlavə etməliyik.
Dil struktur vahidləri məhz dilin əsas funksiyası olan informa-
siya mübadiləsi ehtiyacını ödəmək və ya onu asanlaşdırmaq məqsədi
ilə yaranır. Haqqında informasiya vermək lazım gəlməyən gerçəklik
elementi ilə bağlı dil struktur vahidi mahiyyəti daşıyan forma, ümu-
miyyətlə, yaranmır. Ehtiyac olmadığı halda fərdi təşəbbüslə yaradılsa
belə, dilə daxil ola bilmir, lazımsız yarandığı kimi, izsiz də yox olur.
Artıq qeyd etdiytimiz kimi, hələ insanlar arasında informasiya
mübadiləsi, sadəcə, nitqdən istifadə yolu ilə reallaşır. Nitqin də yega-
nə apellyativ vasitələri dil struktur vahidləridir.
Göründüyü kimi, yu-
xarıda deyilən fikrin əksi də dil struktur vahidlərinin informasiya
mübadiləsi ehtiyacını ödəmək və ya asanlaşdırmaq məqsədi ilə
yaranmış olduğunu sübut edir.
Sistem adlandırdıqları anlayış dil struktur vahidləri olmadan ke-
çinə bilmədiyi halda və məhz həmin sistemin ehtiyaclarını ödəmək
məqsədi ilə yaranan dil struktur vahidlərini bu sistemə daxil etməyən
opponentlərimizin məntiqi ən azı anlaşılmazdır.
Nitq və onun vahidləri olan söyləmlərin yaranması, ötürülməsi
və qəbulu, əslində, insanlar arasında reallaşan informasiya mübadiləsi
prosesinin özüdür.
Adda bu prosesə xidmət etdiyi iddia olunan, amma opponent-
lərimiz tərəfindən müstəqil sistem damğası vurulmaqla prosesin
özündən kənarda mövcud olduğu iddia edilən müstəqil sistem anla-
yışı da çox məntiqli görünmür.
Qrammatik və sintaktik forma, qayda və normaları əks etdirən
paradiqmalar silsiləsinə müstəqil dil sistemi deyən opponentlərimizin
diqqətinə bunları çatdırmaq istərdik ki, sistem mənbə, proses və
nəticə faktorları üzərində qurulan fəaliyyət sxemidir və heç bir sistem
279
reallaşmasına xidmət etdiyi prosesi özundən və ya özünü ondan ayrı
tuta bilməz.
Beyin aktivliyi və ya təfəkkür prosesləri dil struktur vahidləri-
nin yaranmasını və mənimsənilməsini, eləcə də nitqin yaranmasını və
ötürülməsini, qəbulunu və mənimsənilməsini şərtləndirən əsas
amillərdəndir.
Lüğətlərdəki sözlərin, qrammatika kitablarındakı qaydaların,
formaların, qəliblərin, paradiqmaların hamısı beyin aktivliyi nəticə-
sində yaranmış dil struktur vahidləridir. Qəzetlərdə, jurnallarda kitab-
larda və s. yazılan məqalələr, şeirlər,
hekayələr, formasından, üslub-
undan və məzmunundan asılı olmadan hər cür yazılar, radioda, tele-
viziyada və s. yayımlanan verilişlər insanın beyin fəaliyyəti nəticə-
sində yaranmış yazılı və ya şifahi nitq nümunələridir. Amma bunlar
insan tərəfindən qəbul olunub mənimsənilmədikcə, yəni yenidən
aktiv beyin fəaliyyətləri ilə birləşmədikcə ağ kağız üzərindəki məna-
sız qara əyri xətlərdən və efir boşluqlarında axan maqnit dalğaları
selindən başqa bir şey deyil.
Nəzərə almaq lazımdır ki, istənilən forma və ya nitq beyin
aktivliyi nəticəsində yaranır və əsl mahiyyətini beyin fəaliyyətləri ilə
yenidən birləşdikdə qazanır.
Bu səbəbdən qətiyyətlə deyə bilərik ki, nitqyaratma prosesinin
nəticəsi olaraq meydana çıxan
nitq, onun mənbəyi funksiyasını daşı-
yan
dil struktur vahidləri,
eləcə də onların bir fərd tərəfindan yaradı-
lıb digər fərd tərəfindən mənimsənilməsini təmin edən
beyin fəaliyyə-
ti və təfəkkür prosesləri də
ümumi və aktiv dil sisteminin ayrılmaz
tər-
kib hissələridir və ya qısaca şəkildə deyə bilərik ki,
dil struktur vahid-
ləri,
nitq,
eləcə də beyin fəaliyyəti ümumi və aktiv dil sisteminin tərkib
hissələridir.
Biz burada dil dedikdə, onu bütün struktur vahidləri ilə birlikdə
nəzərdə tutur, nitqyaratma prosesi daxilində və beyin aktivliyi nəticə-
sində informasiya mübadiləsi ehtiyacını ödəyən linqvopsixoloji kate-
qoriya kimi qəbul edirik. Ünsiyyət vasitəsi kimi dilin funksiyalarını
nəzərdən keçirdikdə onun struktur vahidlərini arxa plana keçirmir,
280
əksinə, bu və ya digər funksiyanın icra mexanizmini məhz dilin
struktur vahidləri əsasında müəyyənləşdiririk və dil struktur vahidlə-
rinin yaranma mexanizmini də onun funksiyaları əsasında
izah etmə-
yə çalışırıq. Çünki dilin hər bir struktur vahidi məhz bu və ya digər
funksiyanı icra etmək, informasiya mübadiləsi ehtiyacını ödəmək və
ya bu ehtiyacın ödənilməsini asanlaşdırmaq məqsədi daşıyır və məhz
bu məqsədə xidmət etmək üçün yaranmışdır.
§ 5.6. Beşinci fəsil üzrə nəticələr
Bu fəsildə deyilənləri ümumiləşdirərərk aşağıdakı nəticələrə
gələ bilərk:
1. Dilin istənilən istiqamətdə dəyişməsi onun proqressiv yaxud
reqressiv şəkildə inkişafıdır və birbaşa dərk olunmuş gerçəklik ele-
menti ilə bağlı nitq ehityacından asılıdır. Belə ki, nitq ehtiyacının
yaranması onun proqressiv inkişafına, məsələn, leksik forma səviy-
yəsində yeni bir dil struktur vahidinin (neologizmin) yaranmasına
səbəb olduğu kimi, bu ehtitacın aradan qalxması onun reqressiv isti-
qamətdə dəyişməsi ilə, yəni mövcud dil struktur vahidinin dili tərk
etməsi (arxaikliəşmə) ilə nəticələnir.
2. Dil formalaşmış, donuq qayda və normaların məcmusu yox,
daima hərəkətdə olan fasiləsiz prosesin tərkib hissəsidir. Dil struktur
vahidləri, nitq, eləcə də beyin fəaliyyəti
ümumi və aktiv dil sistemi-
nin tərkib hissələri olduğu kimi, dilin özü də təfəkkür proseslərinin alt
sistemlərindən və ya onu qismən təqlid və ya əks edən paralel sistem-
lərdən biridir.
3. Dil yaranış etibarılə xaotik şəkildə meydana çıxır. Bununla
belə kommunikasiyaya xidmət etməsi və təfəkkür proseslərinin alt
sistemlərindən biri olması, dildaxili sistemliliyin formalaşmasına
səbəb olur.
4. Dilin həm formaya, həm də məzmuna malik olması, eləcə
də onun struktur vahidlərinin semiotikliyi, dərk olunmuş gerçəklik