M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


M. 9. DİALEKTİKA, ONUN QANUN VƏ KATEQORİYALARI



Yüklə 363,25 Kb.
səhifə37/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   33   34   35   36   37   38   39   40   ...   91
Muhazire fəlsəfə

M. 9. DİALEKTİKA, ONUN QANUN VƏ KATEQORİYALARI

9.1. Dialektikanın mahiyyəti,strukturu və prinsipləri


9.2. Dialektikanın qanunları
9.3. Dialektikanın kateqoriyaları


9.1. Dialektikanın mahiyyəti, strukturu və prinsipləri

Dialektika yunan sözü olub mübahisə etmək, mübahisə aparmaq bacarığı deməkdir.


Qədim Yunanıstanda dialektika dedikdə, mübahisə yolu ilə müsahibin mühakimələrindəki ziddiyyəti aşkara çıxarmaq, həqiqəti sübuta yetirmək sənəti başa düşülürdü.
Belə ictimai polemika praktikası böyük dialoq ustası olan Sokratın fəaliyyətində geniş tətbiq olunmuşdur. O, dialektikaya, müxtəlif, hətta əks fikirlərin toqquşması və uzlaşdırılması yolu ilə həqiqətin aşkara çıxarılması sənəti kimi baxırdı. Dialektikaya mübahisə, dialoq sənəti kimi baxılması Orta əsrlərdə və sonralar da davam etmişdir. Uzun və mürəkkəb inkişaf yolu keçərək dünyanı dərk etməyin və dəyişdirməyin yeganə həqiqi fəlsəfi metoduna çevrilən, dünyaya vahid, rabitəli bir tam kimi baxan, onu əbədi hərəkətdə, dəyişmə və inkişafda götürən dialektika təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi inkişaf qanunları haqqında təlimə çevrilmişdir. Fəlsəfi fikir tarixində ilk dəfə Hegel dialektikanı bitkin nəzəri sistem şəklinə salmışdır. O dialektikanın anlayışlar aparatını işləyib hazırlamışdır. Dünyanın və idrakın universal əlaqələrini və inkişafını əks etdirən dialektik qanunların kəşfi də Hegelin xidmətidir.
Dialektika iki yerə bölünür.

  1. obyektiv dialektika;

  2. subyektiv dialektika.

Obyektiv dialektika insan şüurundan xaricdə və ondan asılı olmadan mövcud olan varlığın özünün dialektikası, subyektiv dialektika isə obyektiv dialektikanın subyekt, insan, bəşəriyyət tərəfindən fərdi və ictimai şüurda əks olunmasıdır.
Fəlsəfi elm olmaq etibarilə dialektika inkişaf edən və getdikcə dolğunlaşan biliklər sistemidir. Bu sistemin əsasını müəyyən prinsiplər, qanunlar və kateqoriyalar təşkil edir. Dialektikanın prinsipləri onun əsasını təşkil edən başlanğıc müddəalardır. Dialektikanın əsas prinsipləri bunlardır: hadisələrin ən ümumi əlaqəsi prinsipi, obyektivlik prinsipi, inkişaf prinsipi, determinizm prinsipi, tarixilik prinsipi, həqiqətin konkretliyi prinsipi, nəzəriyyə ilə praktikamn vəhdəti prinsipi və s. Bu prinsiplərdə gerçək aləmin ən ümumi əlaqə və münasibətləri əks olunmuşdur. Dialektikanın qanunları və kateqoriyaları da onun zəruri komponentləridir. Dialektika həmçinin nəzəriyyə və metodun vəhdətidir.
Dialektika mürəkkəb struktura malik olub, dörd tərkib hissədən ibarətdir.

  1. Dialektika təbiət haqqında, onun hərəkəti və inkişafının ümumi qanunları haqqında fəlsəfi təlimdir.

  2. Dialektika cəmiyyət haqqında onun tarixi hərəkəti və inkişafının ümumi qanunları haqqında fəlsəfi təlimdir.

  3. Dialektika təfəkkür haqqında, onun formaları və qanunları haqqında fəlsəfi təlimdir, yəni dialektik məntiqdir.

  4. Dialektika idrak haqqında, onun forma və metodları haqqında fəlsəfi təlimdir.

Dialektikanın strukturu haqqında deyilənləri yekunlaşdırıb aşağıdakı nəticəyə gəlmək olar. Materialist dialektikanın strukturu təbiətin dialektikası, cəmiyyətin dialektikası, dialektik məntiq və idrak nəzəriyyəsindən ibarətdir.
Fəlsəfi elm olmaq etibarilə dialektikanın mürəkkəb xarakteri onun funksiyaları vasitəsilə açılır. Həm də bu halda dialektikanın funksiyalarının məzmunu onun predmeti, sistemi və strukturu ilə müəyyən olunur. Materialist dialektikaya təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi inkişaf qanunları haqqında elm kimi verilən tərifdə onun funksiyaları öz ifadəsini tapmışdır. Həmin funksiyalar aşağıdakılardır:


  1. Yüklə 363,25 Kb.

    Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə