M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə45/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   41   42   43   44   45   46   47   48   ...   91
Muhazire fəlsəfə

9.3. Dialektikanın kateqoriyaları

Kateqoriyalar gerçəklikdəki obyektiv, universal, ən ümumi, determinlik, struktur, sistemlilik və s. əlaqə və münasibətləri ifadə edir, “Kateqoriya” yunan dilində “fikir söyləmək”, “mülahizə yürütmək”, “mühakimə etmək”, “şahidlik etmək” və s. deməkdir. Fəlsəfi mənada kateqoriyalar - real gerçəklikdə (təbiətdə, cəmiyyətdə və təfəkkürdə) mövcud olan obyektiv, qanunauyğunluğun və mahiyyətli əlaqə və münasibətləri əks etdirən ən ümumi və fundamental anlayışlardır.


Kateqoriyaların ümumi təsnifini, növlərini belə qruplaşdırmaq olar:

  1. Ontoloji və ya substantiv kateqoriyalar. Bunlar mövcudluğun əsasına qoyulan, substansional səciyyə daşıyan kateqoriyalardır, onlara materialist, idealist, dualist münasibətlər xasdır. “Varlıq”, “materiya”, “ideya”, “təfəkkür”, “şüur” və s. belə ontoloji kateqoriyalardır;

  2. Atributiv kateqoriyalar. Bunlar ontoloji kateqoriyaların mövcudluğu formalarını və ya ayrılmaz, atributiv xassələrini təşkil edir, onların mahiyyət və mövcudluğunu şərtləndirirlər. “Məkan”, “zaman”, “hərəkət”, “inkişaf”, “ziddiyyət”, “keyfiyyət”, “kəmiyyət”, “ölçü”, “hal” və s. belə atributiv kateqoriyalardır;

  3. Nisbət və ya relyativ kateqoriyalar. Onlara “cüt kateqoriyalar” da deyilir. Bunlar üçün əsas əlamət odur ki, onlar ikitərəflidir (tək və ümumi, səbəb və nəticə, zərurət və təsadüf və s.), birinin mövcudluğu digərini də tələb edir, onlar ayrılıqda mövcud ola bilməzlər.

Bu kateqoriyalar universallıq, struktur, səbəbiyyət (determinlik), sistemlilik və s. kimi əlaqələri əks etdirən kateqoriyalar yarımqruplarına aiddirlər.
Ən ümumi və ya universal əlaqələri əks etdirən kateqoriyalar: tək, xüsusi və ümumi, qanun və qanunauyğunluq, mahiyyət və hadisə.
Struktur əlaqələrini ifadə edən kateqoriyalar: hissə və tam; sistem, struktur və element; məzmun və forma.
Determinlik və ya səbəbiyyət əlaqələrini ifadə edən kateqoriyalar: səbəb və nəticə; zərurət və təsadüf; imkan və gerçəklik və i.a.
1. Ən ümumi və ya universal əlaqələri ifadə edən kateqoriyalar
Tək - hər bir əşya, hadisə və prosesdə yalnız onun özünəməxsus, onu başqalarından, hətta ona çox oxşar hadisələrdən fərqləndirən bir sıra xüsusi cəhətlər vardır. Məsələn, müəyyən konkret bir şəxsin (Əli, Kərim, Məhəmməd və s.) özünəməxsus danışıq tərzi, qavrama qabiliyyəti, vərdişləri, yerişi və s. vardır. Məhz bu cəhətləri ilə o başqa adamlardan ayrılır, fərqlənir, təklənir. Deməli, obyektiv aləmin məlum konkret fərdi əşyası, hadisə və prosesi təki (təkcəni, “ayrıca”nı) təşkil edir. Tək - özünəməxsus keyfiyyət, zaman, məkan və digər xüsusiyyətləri ilə başqa, hətta oxşar əşya, hadisə və proseslərdən fərqlənən ayrıca götürüləni, təkcəni səciyyələndirir.
Ümumi - odur ki, onun vasitəsilə çoxlu tək-tək, ayrı-ayrı əşya, hadisə və proseslər arasındakı oxşar, ümumi cəhətlər təmsil edilmiş olur. Deməli, ümumi-ayrıca götürülmüş xüsusi əşya, hadisə və prosesin başqaları ilə oxşar, ümumi cəhətlərinin birgə ifadəsi vasitəsi, məcmusudur; ümumi-təkin başqaları ilə eyni qrup, sinif və millətə mənsub olduğunu bildirən ümumi əlaqələr sisteminin ifadəsidir.
Gerçəklikdə konkret real predmet təkdir; lakin mütləq tək predmet mövcud ola, yaşaya bilməz; o, yalnız ümumi ilə, milyon tellərlə başqaları ilə əlaqə və vəhdətdə mövcuddur. Odur ki, konkret real predmet həm də ümumidir, başqaları ilə əlaqədə mövcuddur. Ümumi ilə tək arasında möhkəm dialektik qarşılıqlı əlaqə vardır.
Xüsusi - ümumi ilə təkcə arasında əlaqə formasıdır; təki ümumiyə aparan əlaqədir, yoldur. Hər bir əşya, hadisa və prosesdə tək və ümumi arasındakı dialektik qarşılıqlı əlaqəni “xüsusi” fəlsəfi kateqoriyası ifadə edir. Məsələn, bitki ümumini, taxıl xüsusini, arpa təki ifadə edir və s.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə