M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə42/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   38   39   40   41   42   43   44   45   ...   91
Muhazire fəlsəfə

Eyniyyət – predmet, hadisə və proseslərlə başqa predmet, hadisə və proseslər və onların öz daxili tərəfləri arasındakı əlaqə və münasibətlərin məzmun və formaca, xassə və vasitəcə oxşar, ümumi eyniyyət təşkil edən cəhətlərinin ifadəsinə deyilir.
Fərqlilik - predmet, hadisə və prosesin daxili tərəf və meyllərinin bır-birindən və başqa xarici hadisələrdən ayıran, fərqləndirən cəhətlərin ifadəsinə deyilir. Eyniyyət və fərqlilik anlayışları nisbidir, müəyyən şərait dəyişdikdə bir-birinə keçə, çevrilə bilərlər. Hadisələr arasındakı müxtəliflik, fərqlilik cəhətləri, meylləri isə mütləqdir, onlar inkişaf edərək ziddiyyətə gətirib çıxara bilərlər.
Ziddiyyət - predmet, hadisə və proseslər və onların daxili tərəfləri arasındakı fərqliliyin dərinləşməsi, kəskinləşməsidir, mənafe uyğunsuzluğu və əksliyinin ifadəsidir. Ziddiyyət əksliyə, əkslik də ziddiyyətə çevrilə bilər.
Predmet və hadisələr daxilən obyektiv ziddiyyətli təbiətə malikdir. Məhz belə ziddiyyətli mahiyyət hadisənin ümumi inkişafını şərtləndirir. Lakin əslində ziddiyyət obyektivdir, predmet və hadisənin başqa hadisələrlə və daxili tərəflərlə qarşılıqlı münasibətindən irəli gəlir: həyat və ölüm, maqnitin müsbət və mənfi qütbləri, canlı və cansız, müsbət və mənfi yük, təsir və əks təsir, maddələrin assimilyasiyası və dissimilyasiyası - məhz bu obyektiv ümumi qanunauyğunluğu ifadə edir. Müxtəlif tərəfləri olmayan ziddiyyət yoxdur. Ziddiyyətin tərəfləri bir-birini həm tələb edir, biri olmadan digəri yaşaya bilmir, həm də bir-birini rədd edir, aralarında mübarizə mövcud olur. Bu isə inkişaf üçün əbədi və obyektiv qanunauyğunluq olan “əksliklərin vəhdəti və mübarizəsini” doğurur. Bu, təbiətdə, cəmiyyətdə və təfəkkürdə fəaliyyət göstərən ən universal qanunauyğunluqdur.
Əksliklərin mübarizəsinin kulminasiya nöqtəsi, toqquşması səviyyəsi münaqişədir.
Ziddiyyətlərin növləri və tipləri. Ziddiyyətlər müxtəlif və rəngarəngdir. Lakin fəlsəfə gerçəkliyin bütün sahələri üçün ümumi olan universal ziddiyyətləri öyrənir. Həmin ən ümumi ziddiyyətləri daxili və xarici, əsas və qeyri-əsas, başlıca və başlıca olmayan, antaqonist və qeyri-antaqonist və s. kimi növlərə ayırmaq olar.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə