M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə41/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   37   38   39   40   41   42   43   44   ...   91
Muhazire fəlsəfə

Sıçrayış - köhnə keyfiyyətdən yeni keyfiyyətə keçid formasıdır, predmet və hadisənin açıq, sürətli keyfiyyət dəyişkənliyinin ifadəsidir. Keyfiyyət dəyişkənliyinin tədricən baş verməsi belə, yenə sıçrayışdır, çünki burada köhnə keyfiyyət halından yenisinə keçilir. Buna görə də sıçrayışın 2 növü fərqləndirilməlidir: tədrici (yavaş-yavaş) və ani sürətlə (təcili, qəflətən) baş verən keyfiyyət dəyişikliklərini ifadə edən sıçrayışlar. Deməli, sıçrayışlar vaxt etibarilə qəflətən, ani olaraq da baş verə bilər, illərlə davam edən bir müddət ərzində də baş verə bilər. Məsələn, Yer üzərində insanın əmələ gəlməsi milyon illərlə davam edən ən böyük keyfiyyət sıçrayışıdır. Müəyyən bir sosial inqilab isə bir il müddətində və ya bir ay, bir neçə gün və bir an içərisində baş verə bilər. Əgər mikroproseslərdə sıçrayış ani, hətta bir saniyədə baş verirsə, kosmik proseslərdə milyard illəri əhatə edir.
İnkişafın ən ümumi və obyektiv qanunu olan kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə qarşılıqlı keçməsi - “öz hərəkətin”, “özinkişafın” mexanizmini, xarakterini, mahiyyətini ifadə edir.

  1. Dialektikanın digər bir qanun əksliklərin vəhdəti və mübarizəsi qanunudur. Bu qanun ümumi hərəkət və inkişafın səbəblərini, mənbələrini, hərəkətverici qüvvələrini müəyyən edir.

Əksliklərin vəhdəti və mübarizəsi qanununun mahiyyətini, inkişaf prosesində rolunu və fəaliyyət mexanizmini dərindən anlamaq üçün “eyniyyət”, “fərqlilik”, “ziddiyyət”, “əkslik”, “münaqişə” (“konflikt”) və s. anlayışların mahiyyətini bilmək, onları fərqləndirmək zəruridir. Bu anlayışları iki mənada səciyyələndirmək olar:
a) “əkslik” gerçəklik hadisələrinə xas olan, onların inkişafını şərtləndirən ən ümumi müəyyənlikdir, digər anlayışlar (“fərqlilik”, “ziddiyyət”, “münaqişə” və s.) isə əksliyin təzahür xüsusiyyətləridir;
b) “əkslik” ziddiyyətlərin kəskinləşməsi dərəcəsi, mənafe fərqlərinin artıb tam qütbləşməsi və barışmazlığı forması və təzahürüdür. Bu mənada “əkslik” fərqliyin ziddiyyətə, ziddiyyətin inkişaf edib əksliyə və münaqişəyə çevrilməsi prosesinin ifadəsi, ziddiyyətin yüksək və kəskin dərəcəsidir.
Bütün predmet və hadisələri ümumiləşdirən, eyniləşdirən oxşar cəhətlər, həm də onu başqalarından ayıran fərqli cəhətlər, müxtəlifliklər vardır. Deməli, bir hadisədə onu həm ümumi hadisələrlə birləşdirən, “eyniləşdirən” eyniyyət cəhətləri, həm də onları ümumidən ayıran fərqlilik vardır.



Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə