M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə44/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   40   41   42   43   44   45   46   47   ...   91
Muhazire fəlsəfə

Antaqonist ziddiyyətlər - ictimai-iqtisadi və sosial-siyasi mənafeləri bir-birinə əks olan siniflər, sosial qruplar və təbəqələr arasındakı ziddiyyətlərdir. Bu ziddiyyətlərin əsas xüsusiyyəti odur ki, onlar çox hallarda münaqişəyə, toqquşmaya gətirib çıxarır, bu toqquşmada ziddiyyətə girən tərəflərdən biri və ya hər ikisi sıradan çıxır: onları yeni ictimai qüvvələr əvəz edir. Və ya bu ziddiyyətlər tənzimetmə, idarəçilik, islahat yolu ilə deyil, münaqişə yolu ilə həll olunur. Qeyri-antaqonist ziddiyyətlər - əsas mənafeləri bır-birinə uyğun gələn, lakın müəyyən mənafeləri fərqli olan tərəflər və ictimai təbəqə və siniflər arasında olan ziddiyyətlərdir.

  1. İnkarı inkar - dialektikanın ən ümumi qanunudur, gerçəklikdəki inkişafın perspektivlərini, meyllərini və istiqamətlərini, köhnə ilə yeninin əlaqəsini bildirir. İnkarı inkar - gerçəkliyin bütün sahələrində (təbiətdə, cəmiyyətdə və idrakda) fəaliyyət təsirinə malik olan, inkişafın qarşısıalınmazlıq və varisliyini vəhdət halında əks etdirən, köhnənin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən ümumi qanundur. “İnkar” terminini fəlsəfəyə ilk dəfə Hegel gətirmiş, “inkarı inkar” bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir.

İnkarlı inkişaf xüsusiyyəti gerçəklik hadisələrinə daxilən xasdır, o hadisələrə kənardan gətirilə bilməz, obyektivdir, maddi hadisələrin inkişafının real momentidir. Təbiət, cəmiyyət və təfəkkür inkişafının verdiyi çoxsaylı və hətta sadə, adi məlumatlar belə inkarı inkarın ən ümumi qanun olduğunu aydın sübut edir. Neçə milyon illərlə davam edən Yer qabığının inkişafı və formalaşması bir neçə geoloji dövrlərdən keçmişdir. Əvvəlki mərhələ üzərində əmələ gələn hər bir yeni dövr köhnədən özünə zamin götürərək onu əvəz etmiş, bu prosesin təkrarı üzrə inkarlı inkişaf baş vermişdir. Elmi məlumatlara görə Yer üzərində insanın əmələ gəlməsindən indiyədək təqribən 55-ə yaxın nəsil bir-birini əvəz etmiş, bəşəriyyətin inkişafı mümkün olmuşdur. Lakin hər nəsl köhnə nəslin yaratdığı maddi və mənəvi sərvətlərdən özünə faydalı olanları mənimsəmiş, ümumi varislik yaradaraq köhnəni inkar edə-edə inkişaf etmişdir. Biliklərimiz biliksizlikdən az biliyə, az bilikdən daha zəngin, daha dərin biliyə doğru sonsuz inkarlı bir yol keçir.
Lakin inkarı inkar nə qədər ilkin ana qayıtma, köhnənin təkrar edilməsi olsa da, bu heç köhnəyə sadəcə qayıdış, köhnənin olduğu kimi təkrarlanması demək deyildir; onun yeni əsaslarda inkişafı, daha da zənginləşməsi, yüksəldilməsidir. Bu, “yeni anlayışdır, lakin köhnəyə nisbətən daha yüksək, daha zəngin anlayışdır. Köhnə onun inkarı və ziddiyyətləri ilə zənginləşmişdir: inkar edən özündə köhnəni də əks etdirir, lakin daha çox, onun özündə olandan daha artıq əks etdirir. Bu, onun vəhdəti və əkslikləridir”.
İnkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır: inkar, varislikinkişaf. Bu qanunun mahiyyətinin dərk edilməsi üçün “dialektik inkar” anlayışının məzmununa daha çox diqqət yetirilməlidir. İnkarın anlaşılmasında əsasən iki münasibət - dialektik və metafizik mövqe fərqləndirməlidir. Fəlsəfədə iki cür metod olan dialektika və metafizikanın “inkar” anlayışına münasibəti də fərqlidir. Metafizik filosofların çoxu inkarı qəbul edirlər, lakin onların inkarın mənasını ancaq yox etmək, köhnənin mütləq məhv edilməsi kimi, tamamilə kənara atılması kimi şərh edirlər, inkara dialektik münasibət isə başqa cür yanaşır, inkara köhnə ilə yeni arasında “əlaqə momenti”, köhnədə yeniyə lazım olan keyfiyyətlərin mənimsənilməsi kimi, inkişafda varislik əlaqəsi kimi baxır. Dialektikaya görə, köhnə inkar edilmədən yeninin meydana çıxması və yetkinləşməsi, deməli, bütövlükdə inkişaf prosesi mümkün deyildir. İnkişaf mərhələlərdə davam edir ki, hər bir mərhələ də özlüyündə üç yarım mərhələyə bölünür; obyektiv çıxış nöqtəsinin öz əksliklərinə çevrilməsi və ya inkar, həmin əksliklərin də öz əksliklərinə çevrilməsi. Dialektik İnkar fasiləsizlikdə fasiləni, inkişafda varisliyi, yüksək mərhələdə ibtidainin təkrarını və s. ifadə edir. Deməli, dialektikaya görə inkişaf düz xətlə deyil, “spiralabənzər” davam edir, burada ilkin ana qayıtma, köhnənin təkrarı vardır, lakın bu qayıdış və təkrarlar daha yeni əsaslarla, daha dolğun və zəngin baş verir. Yeni köhnəni tamamilə atmır, köhnədə mütərəqqi olanların hamısını mənimsəyir, yaşadır və inkişaf etdirir. Bununla da inkişafda varislik əlaqəsi yaranır, yeni köhnə zəmin üzərində yüksəlir, inkişaf edir. Bu qanunauyğun prosesi mədəniyyətin inkişafı tarixi tam aydınlığı ilə əks etdirir. Əgər varislik, köhnədən istifadə ənənələri olmasaydı, onda bəşəriyyətin yaratdığı mədəniyyət nümunələri -yazı, musiqi, heykəltəraşlıq nümunələri, elm, bədii ədəbiyyat və s. bır kənara atılmalı, rədd edilməli idi; hər gələn yeni nəsil üçün yeni mədəniyyət yaratmalı idi.
Beləliklə, inkarın dialektik anlayışına görə:

  1. inkarı-inkar obyektivdir, “özüinkar” səciyyəsi daşıyır, konkretdir, kənardan gətirilə bilməz;

  2. inkişaf heç də köhnənin məhv edilməsi ilə deyil, köhnə zəmin üzərində meydana çıxır, onu tam yox etmək mənasında inkar etmir;

  3. inkişafa inkarı-inkar kimi baxılır, yəni öz dövrünü başa vurduqdan sonra bu gün inkar edən yeni özü də inkar olunur, inkarı-inkar baş verir;

  4. inkarı-inkar inkişafında düz xətt üzrə getmədiyini, onun geriyə qayıtmağa meylli olduğunu, ilkin anı yeni əsaslarda təkrar etdiyini, inkişafında “əlaqə momenti” olduğunu, inkişafın “spiralabənzər xarakterini” ifadə edir;

  5. inkarı-inkar, köhnənin mütərəqqi cəhətlərinin mənimsənilməsini, köhnə ilə yeni arasında varislik əlaqəsinin olduğunu ifadə edir, belə varisliyi inkişaf amili hesab edir;

  6. inkarı-inkar, nəhayət, inkişafın mütərəqqi xarakterini, yeninin qarşısıalınmazlığı, tənəzzül, geriləmələrin nisbiliyini, inkişaf və tərəqqinin mütləqliyini və əbədiliyini ifadə və təsdiq edir;

  7. bu qanun həmçinin onu da göstərir ki, inkişaf prosesində köhnə içərisindən meydana çıxan yeni, köhnə ilə varislik yaradarkən, köhnənin nisbi sabitliyi əsasında, ondan mütərəqqi cəhətləri alıb mənimsədiyi kimi, onun zərərli meyl və ənənələrini də “mənimsəyib” nəsildən-nəsilə verir.




Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə