M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə46/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   42   43   44   45   46   47   48   49   ...   91
Muhazire fəlsəfə

Mahiyyət və təzahür - dialektikanın ən ümumi, universal kateqoriyalarından biridir.
Mahiyyət - cisim, hadisə və prosesin müəyyənliyidir, mənliyidir, onu başqa cisim, hadisə və proseslərdən fərqləndirən, onu məhz həmin cisim və hadisə edən başlıca keyfiyyətdir.
Mahiyyət cisim, hadisə və prosesin daxili mənası, nisbi sabit cəhəti, özünəməxsusluğudur. Fəlsəfə üçün “mahiyyət” anlayışı hər hansı sistemi, substansiyanı başqalarından fərqləndirmək üçün mühüm əhəmiyyət kəsb edir.
Təzahür - mahiyyətin xarici ifadəsi, formasıdır. Təzahür - elə konkret cisim, hadisə və prosesdir ki, onun vasitəsilə gerçəkliyin və onun müxtəlif tərəflərinin mahiyyəti, müəyyənliyini zahirən ifadə olunur; təzahür edir. Mahiyyət təzahür vasitəsilə özünü göstərir.
Mahiyyət və təzahür (hadisə) arasında möhkəm qarşılıqlı əlaqələri vardır. Təsadüfi deyildir ki, mahiyyət anlayışından danışarkən onun məzmun anlayışına yaxın olduğu qeyd olunur. Lakin onlar bir-biri ilə eyni deyil. Çünki məzmun müəyyən predmeti təşkil edən bütün ünsürlərin və proseslərin məcmusu olduğu halda, mahiyyət predmetin başlıca daxili, nisbətən sabit tərəfidir və ya onun tərəfləri və münasibətlərinin məcmusudur. Mahiyyət predmetin təbiətini müəyyən edir, predmetin bütün qalan tərəfləri və əlamətləri mahiyyətdən irəli gəlir. Təzahür isə mahiyyətin bilavasitə xarici vasitəsidir, onun meydana çıxması formasıdır.

  1. Struktur əlaqələri ifadə edən kateqoriyalar

Məzmun və forma – struktur əlaqələrini ifadə edən kateqoriyalardan biridir. Bu və ya digər cismi, hadisəni və prosesi təşkil edən bütün elementlərin, cəhətlərin, tərəflərin, qabiliyyət, əlaqə və münasibətlərin məcmusuna məzmun deyilir.
Forma isə məzmunun qurulması qaydaları, məzmunun təşkili sistemi və strukturunun ifadəsidir, onun tərkib hissələri arasında əlaqə vasitəsidir; həmin cisim, hadisə və prosesi təşkil edən hissələrin məcmusudur; məzmunun ifadəsi və təzahürü vasitəsidir, onun mövcudluq üsuludur. Forma məzmunun zahiri ifadəsi deyil, ona daxilən xasdır.
Məzmun və forma bir-birilə möhkəm qarşılıqlı əlaqə və qarşılıqlı təsirdədir, obyektiv vəhdət halındadır. Onlar bir-birindən ayrılıqda mövcud ola bilməzlər. Hər bir məzmun ancaq özünə uyğun, əlverişli forma daxilində zənginləşə və inkişaf edə bilər. Məzmun formanı müəyyən edir.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə