M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə43/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   39   40   41   42   43   44   45   46   ...   91
Muhazire fəlsəfə

Daxili ziddiyyətlər - predmet və hadisənin daxilində bir-birinə zidd və ya əks tərəflərin qarşılıqlı təsir münasibətlərini ifadə edən ziddiyyətlərdir.
Xarici ziddiyyətlər - müəyyən predmet və hadisənin başqa xarici predmet və hadisələrlə, təbii və sosial mühitlə qarşılıqlı əlaqə və qarşılıqlı təsir münasibətlərini əks etdirən ziddiyyətlərdir. Daxili ziddiyyətlər mühüm və aparıcıdır, inkişafın mənbəyidir, “özhərəkətin” səbəbidir. Lakin xarici ziddiyyət də fəaldır, ciddi təsir gücünə malikdir. Onu da qeyd edək ki, xarici və daxili ziddiyyətlərin qarşılıqlı münasibəti nisbidir. Müəyyən sistemin daxili və xarici ziddiyyətləri başqa sistem daxilində və sistemlərarası miqyaslarda yerlərini dəyişib, bir-birinə keçə də bilərlər.
Əsas ziddiyyət –inkişafda aparıcı rol oynayan, həll edilməsi ilə bir çox başqa ziddiyyətlərin də həll edilib aradan çıxılmasına səbəb olan ziddiyyətə deyildir. Məsələn, canlı orqanizm üçün maddələr mübadiləsinə girmək, orqanizm və mühit arasındakı ziddiyyətlər əsas ziddiyyətlərdir.
Qeyri-əsas ziddiyyət - inkişaf üçün aparıcı olmasa da, müəyyən təsiredici ziddiyyətlərdir, onların da mühüm əhəmiyyəti vardır. Məsələn, cəmiyyət miqyasında iqtisadi ziddiyyətlərin həll edilməsi əsas olsa da, sosial-siyasi, mənəvi, məişət və s. kimi ziddiyyətlərin də həll edilməsi, qeyri-əsas olsa belə çox əhəmiyyətli və təsirlidir.
Başlıca və başlıca olmayan ziddiyyətlər də mahiyyət etibarilə əsas və qeyri-əsas ziddiyyətlərə yaxındır, onlara bənzəyirlər. Lakin burada əsasən bir fərqə diqqət yetirilməlidir. Başlıca ziddiyyət daxili və xarici, əsas və qeyri-əsas olmasından asılı olmayaraq, müəyyən zaman daxilində birinci yerə çıxan, həllini tələb edən ziddiyyətdir.
Ziddiyyətlərin növlərindən birini də antaqonistqeyri-antaqonist ziddiyyətlər təşkil edir. Bunlar cəmiyyətdəki müxtəlif ictimai və sosial-siyasi mənafeləri olan siniflər, sosial təbəqələr, qruplar, xalq və millətlər, ictimai hərəkatlar partiyalar və s. arasında mövcud olan qarşılıqlı əlaqə və münasibətləri əks etdirən ziddiyyətlərdir.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə