M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə39/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   35   36   37   38   39   40   41   42   ...   91
Muhazire fəlsəfə

9.2. Dialektikanın qanunları

Dialektikanın qanunlarının mahiyyətini düzgün başa düşmək üçün əvvəlcə qanun və qanunauyğunluq anlayışlarını nəzərdən keçirək.


Qanun - hadisələr və predmet arasındakı obyektiv, ümumi, mühüm, zəruri, nisbi sabit və təkrarlanan, müəyyən şərait daxilində həmişə hadisənin inkişaf istiqamətini müəyyən edən daxili əlaqələri ifadə edən fəlsəfi kateqoriyadır. Bu tərifdən göründüyü kimi, qanun predmet və hadisələr arasında xüsusi tip əlaqədir. Qanunun ifadə etdiyi əlaqənin ümumiliyi o deməkdir ki, bu əlaqə bir predmetə deyil, müəyyən növ hadisə və proseslərə aiddir. Onun nisbi sabit olması isə, eyni bir qanunun müxtəlif hadisələrdə dəyişilməz qalan stabil münasibətidir. Qanun əlaqələrinin obyektivliyi, insanın şüur və iradəsindən asılı olmamasıdır. Qanun hadisələr arasında mühüm əlaqə forması olması, o deməkdir ki, qanun əlaqələri predmetlərin daxili vacib tərəfini ifadə edir. Qanun və qanunauyğunluq terminlərini çox vaxt fərqləndirilir. Qanun hadisələr arasındakı konkret zəruri əlaqəyə deyilir. Qanunauyğunluq termini isə, hadisələrin müəyyən düzgünlüyünü ardıcıllığını göstərmək üçün işlədilir.
Qanunları əhatə dairəsinə görə xüsusi, ümumiən ümumi qanunlara bölürlər.
Qanunun kəşf edilməsi – insan təfəkkürünün uzun abstraklaşdırma fəaliyyətinin nəticəsidir.
Dialektikanın 3 əsas qanunu vardır:

  1. Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu;

  2. Əksliklərin vəhdəti və mübarizəsi qanunu;

  3. İnkarı inkar qanunu.

Bu qanunlar universal xarakter daşıyır.

  1. Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi gerçəkliyin ən ümumi, obyektiv qanunlarından biridir. Bu qanunun mahiyyətini başa düşmək üçün “keyfiyyət”, “xassə”, “kəmiyyət”, “ölçü”, “sıçrayış” və s. anlayışlarına diqqət yetirmək lazımdır.

Predmet və hadisələri bir-birindən fərqləndirmək imkanı verən əsas cəhət onların özünəməxsus xassələrinin, ən başlıcası isə keyfiyyətlərinin olmasıdır.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə