M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə47/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   43   44   45   46   47   48   49   50   ...   91
Muhazire fəlsəfə

Hissə və tam (bütöv) - predmet və hadisələri (və onların ünsürlərini) və onlar arasındakı əlaqələri məcmu halda ifadə edən və ya predmetin daxili tərəfləri arasındakı əlaqə və qanunauyğunluqları əks etdirən fəlsəfi kateqoriyadır. Məhz bu əlaqələr əsasında ayrı-ayrı predmet və hadisələr birləşib tamı əmələ gətirirlər, özləri də hissə kimi çıxış edirlər. Hissə və tamın əlaqəsinin nəzərə alınması gerçəkliyin dərk edilməsində mühüm əhəmiyyət kəsb edir. Hissə və tam kateqoriyası bütövlük prinsipinin ifadəsidir. Hissə elə predmet və hadisədir ki, onların məcmusu yeni, daha mürəkkəb predmet və hadisəni əmələ gətirir. Tam isə predmeti, hadisəni təşkil edən hissələrin tamamlanması, məcmusu nəticəsidir.
3. Determinlik əlaqələrini ifadə edən kateqoriyalar
Determinlik – fəlsəfənin ən qədim prinsipi və konsepsiyasıdır (latınca “determino” - “müəyyən edirəm” deməkdir). Bu, maddi və mənəvi aləm hadisələrinin obyektiv qanunauyğunluğunun, qarşılıqlı əlaqələnməsi, qarşılıqlı səbəblə bağlı olması və qarşılıqlı şərtlənməsi haqqında ən ümumi prinsipdir.
Səbəb və nəticə. Səbəbiyyət və determinizmin eyniləşdirilməsinin tarixi kökləri də var və bu, həqiqətə yaxındır. Hər iki prinsip ayrılmazdır. Səbəbiyyət (kauzallıq) – hadisələrin ən ümumi qanunauyğun əlaqəsi formalarından biridir. Bütün elmlər hadisələrin meydana gəlməsi, inkişafı və məhv olması səbəblərini aydınlaşdırmaq istəyir. Bilik hər şeydən əvvəl, səbəbləri bilmək deməkdir. İnsan səbəb və nəticə anlayışlarını yaratmaqla vahid obyektiv bir prosesin bu və ya başqa cəhətlərini təcrid edir. Səbəb və nəticə bir-biri ilə bağlı anlayışlardır. Başqa bir hadisəni doğuran hadisə ona nisbətən bir səbəb kimi çıxış edir. Səbəbin təsirinin axırı nəticədir. Səbəbiyyət hadisələr arasında elə bir əlaqədir ki, hər dəfə biri olduqda, digəri də onun ardınca gəlir məsələn, suyun qızdırılması onun buxara çevrilməsinin səbəbidir, zira hər dəfə su qızdırıldıqda buxar əmələ gəlməsi prosesi başlanır. Səbəbiyyət ən ümumi, universal əlaqədir.
Zərurət və təsadüf. Determinizmin müxtəlif konsepsiyalarında mərkəzi yerlərdən birini zərurət və təsadüf kateqoriyası tutur. Fəlsəfi determinizm obyektiv zərurətin mövcudluğu fikrini irəli sürür. Zərurət səbəb-nəticə əlaqələrindən, qanun və qanunauyğunluq anlayışlarından ifadə olunan səbəbiyyət münasibətlərində müəyyənedici xarakteristika kimi çıxış edir. Eyni zamanda determinizmin hər bir konsepsiyasında təsadüflər dünyasında mövcudluğa onun münasibətinin aydınlaşdırılması da tələb olunur. Zərurət – müəyyən şərait olduqda hökmən baş verən hadisədir. Təbiətdə və insan cəmiyyətində baş verən çox müxtəlif hadisələr içərisində elələri də vardır ki, bunlar müəyyən şeyin və ya baş verə bilən, amma baş verməyə də bilən, bu və ya digər bir şəkildə baş verə bilən müəyyən hadisələr silsiləsinin qanunauyğun inkişafından heç də zəruri olaraq irəli gəlmir. Bunlara təsadüfi hadisələr deyilir.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə