M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə40/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   36   37   38   39   40   41   42   43   ...   91
Muhazire fəlsəfə

Keyfiyyət - predmet və hadisəyə daxilən xas olan, onu başqa predmet deyil, məhz həmin predmet edən, saysız-hesabsız başqa predmetlərdən fərqləndirən ən başlıca cəhətdir, bütün mühüm xassələrin, qabiliyyət və cəhətlərin məcmusudur. Keyfiyyətini itirdikdə cisim daha mövcud halını da itirmiş olur, başqa keyfiyyətə keçmiş, çevrilmiş olur. Bütün predmet və hadisələrin öz keyfiyyəti olmasaydı onda biz canlını cansızdan, insanı başqa canlılardan, təbiətdəki müxtəlif maddələri və cəmiyyət hadisələrini bir-birindən fərqləndirə, ayırd edə bilməzdik.
Keyfiyyət xassələrdə təzahür edir, xassə predmet və hadisələrin başqaları ilə qarşılıqlı münasibətlərində meydana çıxır.
Xassə - predmet və hadisənin ancaq konkret bir cəhətini, bir xüsusiyyətlərini ifadə edir. Məsələn, metalın bərkliyi, ərimə temperaturu, elektrik keçirməsi, atom çəkisi və s. onun konkret xassələridir. Deməli, xassə predmet və hadisənin ancaq bir cəhətini, konkret bir xüsusiyyətini bildirdiyi halda, keyfiyyət predmetin bütövlüyünü ifadə edir. Cisim bu və ya digər xassəsini itirməklə köhnə keyfiyyətindən çıxmır, lakin keyfiyyətini itirməklə köhnə halını da itirir, başqa keyfiyyət kəsb edir. Lakin cismin bütün xassələrini itirməsi, onun elə keyfiyyətini itirməsi deməkdir. Keyfiyyət və xassə obyektivdir, cisim və hadisələrə daxilən xasdır, atributiv səciyyə daşıyır.
Kəmiyyət - predınet və əşyanın məkanda ölçüsünü, çəkisini, yerləşmə ardıcıllığını, böyüklüyünü, həcmini, sürəkliyini, dəyişmə sürətini, inkişaf dərəcəsini, intensivliyini, ümumiyyətlə miqdar müəyyənliyini ifadə edən fəlsəfi kateqoriyadır. Bir qayda olaraq kəmiyyət rəqəmlə ifadə olunur, ölçü, çəki, həcm və s. bildirir.
Ölçü anlayışı isə müəyyən zaman və interval daxilində cisim və hadisənin vəhdət halında götürülmüş öz kəmiyyət və keyfiyyətinin olduğunu ifadə edir. Deməli, hər bir cismin keyfiyyət və kəmiyyəti müəyyən ölçü daxilində mövcud olur.
Ölçü - kəmiyyət xassələrinin elə mövcud olma intervalıdır ki, həmin çərçivə daxilində mütləq cismin keyfiyyəti də mövcud olur. Ölçü pozulduqda cisim köhnə halında qala bilmir, o başqa cismə çevrilir. Ölçü - kəmiyyətlə keyfiyyətin vəhdətidir, onun pozulması isə kəmiyyət dəyişikliklərindən keyfiyyətə keçilməsidir. Məsələn, +100 oC temperaturadək istilikdə su köhnə keyfiyyət halında qalır, bundan daha yüksək temperaturda ölçü pozulur, su buxara çevrilir, yeni keyfiyyət halına keçir. Məhz bu proses kəmiyyət dəyişikliklərindən ölçü daxilində yığılması, nəhayət, ölçünün pozulması və yeni keyfiyyətə keçilməsi kimi səciyyələnir.
Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur. Lakin onlar arasında əsaslı fərqlər də vardır. Əgər kəmiyyət dəyişiklikləri azalma və artmaya, kiçilmə və böyüməyə səbəb olur, müəyyən ölçü daxilində yeni keyfiyyət halı doğurmursa, cismin keyfiyyətcə dəyişilməsi ölçünü pozur, yeni keyfiyyət balının əmələ gəlməsi ilə nəticələnir. Bütöv inkişaf məhz kəmiyyət dəyişmələrinin müəyyən səviyyədə ölçünü pozması, yeni keyfiyyət dəyişikliklərinin baş verməsi prosesidir, kəmiyyət və keyfiyyət dəyişikliklərinin qarşılıqlı bir-birinə keçməsindən ibarətdir. Bu inkişafın ən ümumi, obyektiv, dialektik qanunudur. Bu, ona görə ən ümumi qanundur ki, bütün real gerçəklikdə - təbiətdə, cəmiyyətdə və təfəkkür prosesində fəaliyyət göstərir, inkişafı səciyyələndirir.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə