M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 222,71 Kb.
səhifə53/57
tarix24.08.2023
ölçüsü222,71 Kb.
#120862
1   ...   49   50   51   52   53   54   55   56   57
muhazirə felsefe 2021

14.5. Həyatın mənası.Ölüm və ölməzlik.

Hər bir normal insanın həyatında tez və ya gej elə bir an gəlib çatır ki, o öz varlığının sonu olması haqqında düşünməyə başlayır. İnsan öz ölümünü dərk edən və onu düşünjə predmetinə çe-virməyi bajaran yeganə varlıqdır.


Ölümün labüdlüyünü dərk edən insanda bəzən ümidsizlik və çaşqınlıq hiss olunur. İnsan bu hissə qalib gəldikdə belə ömrünün sonrakı günlərini gej-tez baş verə biləjək ölüm haqqında fikirlə yaşayır. Bir çox hallarda insan şüurunun dərinliklərində kök salan bu fikir insanın sonra-kı mənəvi inkişafında mühüm rol oynayır. İnsa-nın qarşısında duran həyatın mənası və məqsədi məsələsinin kəskinliyi bir çox cəhətdən insanın mənəvi təjrübəsində belə bir fikrin olması ilə izah edilir. Həyatının sonu olduğunu dərk edən in-san özünün həyata və ölümə münasibətini aydın-laşdırmağa çalışır. Hər bir insan üçün əhəmiyyətli olan bu məsələ bütün insanların fikrində mərkəzi yer tutur. Bəşər mədəniyyəti ta-rixi insan həyatının mənası ilə ölümün sirrinin açılması arasındakı əlaqənin araşdırılması, habelə ölümü fiziki olmasa da, mənəvi qələbə kimi qiymətləndirməyin sirləri üzərində qurulan fi-kirlərlə zəngindir. Bu suallara javabların axta-rılması ilə mifologiya, müxtəlif dini tə"limlər və fəlsəfə məşğuldur. Mifologiya və dini tə"lim-lərdən fərqli olaraq fəlsəfə məsələnin izahında bunu əsas götürür ki, insan bu sualın javabını müstəqil axtarmalı və bunun üçün özünün məxsusi mənəvi səylərindən istifadə etməlidir.
İnsanın ölməsi və "ölməzliyi" haqqında müxtəlif fikirlər mövjuddur. Ölüm və "ölməzlik" insanın mənəvi aləminə çox güjlü təsir edən məsələdir. İnsanın fiziki cəhətdən ölməməsi mümkün deyil. İnsan yalnız mənəvi cəhətdən ölməyə bilər.
Ekzistensialistlər belə hesab edirlər ki, həyata məna verən ölümdür. Çünki həyatın mənası ölüm qorxusu qarşısında doğulur. Əlbəttə, bununla tam razılaşmaq olmaz.
Ölüm haqqında fikirləşən insanda qorxu his-si ilə yanaşı, ruhi düşkünlük də yaranır. Qədimdə ölüm şər kimi qiymətləndirilirdi. Doğrudur, ölümün şər olması haqqındakı fikir də mübahisə-lidir. Belə ki, insan ömrünün əbədiliyi, bəlkə də mə'nasızlığa, laqeyidliyə səbəb olardı.
Ölümdən qorxmamaq üçün insanın öləndən son-ra da yaşaması fikri irəli sürülür. Belə təsəvvür etdikdə ki, insan öləndən sonra da yaşayır, onda müəyyən qədər təskinlik yaranır.
Qədim Yunan fəlsəfəsində ölümün şər qüvvə kimi qiymətləndirilməsinə baxmayaraq, Lukretsi Kar bu fikri qəbul etmirdi. O yazırdı ki, ölüm heç vaxt şər qüvvə hesab edilə bilməz. Belə ki, heç bir insan ölümdən xilas ola bilməz, deməli gej - tez hər bir adam ölümlə rastlaşmalıdır.
Epikür isə qeyd edirdi ki, ölüm olanda biz yoxuq, biz olanda isə ölüm yoxdur. Birinjisi, ölüm insanın təmamilə məhv olması deməkdirsə, onda insan heç bir şeydən qorxmamalıdır. İkinjisi isə, insanın nə vaxt ölməsindən asılı olmayaraq ölüm gələn vaxt o ölür, deməli, onun gej və ya tez ölməsi heç bir əhəmiyyət kəsb etmir. Lakin qeyd edək ki, hər bir insan çox yaşamaq istəyir, ona görə də gej ölmək arzusunda olur.
Keçmişdə intihar etmək, yəni özünü öldürmək din tərəfindən qadağan edilmişdi. Odur ki, özünü öldürən adamların qəbiristanda dəfn edilməsinə ijazə verilmirdi.
Hazırda evtanaziya problemi ilə əlaqədar jiddi mübahisələr doğur. Evtanaziya yunan sözü olub ağrısız, əzabsız ölüm deməkdir. Evtanaziya, ölümünün yaxınlarda labüd olduğu, həyatı süni yolla uzadılan adamlara tətbiq edilir. Bir sıra mütəfəkkirlər evtanaziyanı yol verilməz hesab edirlər. Bə'zi filosof , hüquqşünas, həkim və ila-hiyyatçılar isə deyirlər ki, evtanaziya əxlaqi əsasa malikdirsə, onda o, qanuniləşdirilməlidir. Digərləri isə buna etiraz edərək göstərirlər ki, belə qanunun qəbul edilməsi insanın fəaliyyət azadlığına mane olar. Evtanaziya başqalarına zərər vurmursa, o, heç bir qanunla tənzim olunmama-lıdır. Əks tərəfin fikrinjə isə müasir tibb elmi o dərəjədə inkişaf edib ki, ölümü yaxınlaşan in-sanın həyatını müəyyən qədər uzada bilir, lakin bu zaman insan özünün əzab çəkməsi ilə yanaşı, öz yaxın adamlarına da mə'nəvi əzab verir, belə hal-da insanın ölməsinin qarşısını almaq düzgün sayıla bilməz.
Deməli evtanziya əxlaqi və mənəvi cəhətdən düzgün deyil. Birinjisi, insan həyatı toxunulmaz-dır, heç bir şəraitdə evtanziyaya yol vermək olm-az. İkinjisi, evtanziya ailənin hər hansı bir üzvünün və ya digər maraqlı olan şəxsin mənafe-yinə görə istifadə edilir. Üçünjüsü, evtanaziya " həyat var, ümid də var " prinsipinə ziddir. Ola bilər ki, həkim düzgün diaqnoz qoymamışdır. Bun-dan başqa evtanaziya tətbiq edib insanı öldürdükdən sonra, sağalması mümkün olmayan həmin xəstəliyi müalijə etmək üçün dərman tapıla bilər. Ona görə də evtanziya qəbul ediləməməli-dir. İnsanın həyatı ölənə qədər qorunmalıdır. İn-sanın ölməməsi qeyri - mümkündür. Bu fiziki cə-hətdən nəzərdə tutulur. Mənəvi cəhətdən isə onun ölməməsi mümkündür. İnsan fiziki cəhətdən öldükdən sonra onun ideyaları, adı, yaxşı əməlləri və s. uzun müddət yaşayır. Deməli, insan özünün ölməzliyini öz sağlığında qazanmalıdır. İnsan nejə yaşamalı və işləməlidir ki, onun həyatı mənalı keçsin? Hər bir adam bu sualı özünə verməli və cavab axtarmalıdır. Bunun üçün, birinji növbədə, hər bir adam insanla-ra, xalqa xidmət etməli, dünyada yaxşı iz qoyub getməlidir. O, son dərəjə xeyirxah olmalıdır. La-kin " şər qüvvələrə " qarşı e'tiraz etmədən, müba-rizə aparmadan xeyirxah olmaq mümkün deyil. Demə-li, insan mübariz olmalıdır.
Fəlsəfə insanın fiziki ölməzliyi imkanını rədd edir, çünki o, ölümü həyatın atributlarından biri hesab edir, ölümsüz həyat mövjud ola bilməz. Bununla da fəlsəfə nəinki həyat, ölüm və "ölməzliyin" mənası haqqında məsələni aradan qal-dırmır, əksinə, onu daha kəskin, daha dramatik formada irəli sürür. Həm də bu məsələnin həllində insan həyatının dəyərli və məqsədli ol-ması zərurətindən çıxış edir. İnsanın özünü reallaşdırma jəhdi onun öz qabiliyyətini daim inkişaf etdirməyə, jəmiyyətin tərəqqisinə, onun mədəniyyətinə öz töhfəsini verməyə həvəsləndirir. Hər bir adamın jəmiyyət vasitəsilə reallaş-dırdığı şəxsi həyatının mənası bundan ibarət olmalıdır. İnsan həyatını dəyərləndirən məhz şəxsi həyat ilə ictimai həyatın, şəxsi mənafe ilə ictimai mənafein düzgün əlaqələndirilmə-sidir. İnsan həyatının məna və dəyərinin bu jür anlaşılması insanın mahiyyəti haqqında sosial təlimə əsaslanır. Həyatın mənasını bioloci tələbatların ödənilməsində görməyə çağıran hedonizm kökündən səhvdir, belə ki, şəxsiyyətin davranışı onu tənzimləyən sosial-etik və mənəvi -humanist amillərlə şərtlənir.
İnsan nə qədər ömür sürə bilər? O, nejə və nəyin naminə, hansı amallarla yaşamalıdır?
İnsanın həyatının sürəkliyinə üç əsasdan: sosial, mənəvi və bioloci baxımdan yanaşmaq olar. Sırf humanist baxımdan insan həyatının sürəklik dəyəri kafidir, sosial baxımdan həyatın normal sosial sürəkliyinin uzadılması təmamilə zəruridir.İnsanın həyatının bioloci sürəkli-yinə gəldikdə hazırda xüsusi metodların köməkli-yi ilə onu maksimum uzatmağa çalışırlar.
Bu baxımdan insan yeni eranın ərəfəsindədir. Hazırda tibb elmi ifrat uzun ömürlüyə çalışır. Alimlər zənn edirlər ki, bu elə proses olacaqdır ki, insanlar bütün yaşlarında özlərinin mənəvi və fiziki gümrahlığını qoruyub saxlaya biləcəklər.
Bizim zəmanədə ölüm probleminin sosial–etik və mənəvi – humanist aspektlərinə olan maraq durmadan artır.


Yüklə 222,71 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə