Qısa Tarix
21
orqanlar”, “embrioloji rekapitulyasiya” və “homologiya” kimi məfhumlar da
yeni elmi kəşflər qarşısında bir-bir əsasını itirdi. Bütün bu mövzuları kitabın
sonrakı bölmələrində hərtərəfli şəkildə təhlil edəcəyik.
Böhran içində olan nəzəriyyə
Darvinizmin irəli sürüldüyü gündən bəri qarşılaşdığı problemlərin buraya
qədər qısa şəkildə xülasəsini verdik. Bu maneələrin nə qədər böyük olduğunu
bir azdan araşdıracağıq. Bu kitabdakı məqsədimiz təkamül nəzəriyyəsinin
bəzi insanların hesab etdiyi və ya göstərməyə çalışdığı kimi, açıq elmi həqiqət
olmadığını göstərməkdir. Əksinə, təkamül nəzəriyyəsi ilə elmi kəşflər müqayisə
edildikdə böyük ziddiyyət meydana gəlir. Populyasiya genetikası, müqayisəli
anatomiya, paleontologiya, molekulyar biologiya və biokimya kimi bir çox fərqli
sahədə təkamül nəzəriyyəsi “böhran” içindədir.
Bu tərif avstraliyalı biokimyaçı və darvinizmin tanınmış tənqidçisi prof.
Maykl Denton tərəfindən verilmişdir. Denton 1985-ci ildə nəşr edilən “Təkamül:
böhran içində nəzəriyyə” (
Evolution: a theory in crisis) adlı kitabında nəzəriyyəni
müxtəlif elm sahələrinin işığında təhlil etmiş və bu nəticəyə gəlmişdir ki, təbii
seçmə nəzəriyyəsi canlıların mənşəyini açıqlaya bilmir.
6
Denton darvinizmi
başqa düşüncə tərzinin doğruluğunu göstərmək üçün tənqid etməmiş, sadəcə
nəzəriyyəni elmi kəşflərlə müqayisə etmişdir. Son 20 il ərzində hələ bir çox
elm adamı təkamül nəzəriyyəsinin elmi əsassızlığı haqqında çox mühüm elmi
əsərlər yazmışlar.
Bu kitabda təkamül nəzəriyyəsinin düşdüyü bu böhranı təhlil edəcəyik.
Bəlkə bəzi oxucular onlara izah edilməsinə baxmayaraq, təkamül nəzəriyyəsinə
inanmaqdan əl çəkməyəcəklər. Ancaq yenə də bu kitabı oxumaları, heç olmasa
inandıqları nəzəriyyənin elmi kəşflər qarşısındakı əsl mövqeyini görmələri
baxımından faydalı olacaq.
22
D
ARVİNİZMİN
MEXANİZMLƏRİ
T
əkamül nəzəriyyəsinə əsasən canlılar təsadüflərlə əmələ gəlmiş və
yenə təsadüflərlə inkişaf etmişdir. Bundan təqribən 3.8 milyard il
əvvəl dünyada heç bir canlı yox ikən əvvəlcə canlı hüceyrələr, sonra
çoxhüceyrəli kompleks canlılar əmələ gəlmiş və getdikcə daha mürəkkəb
növlər ortaya çıxmışdır. Başqa sözlə, darvinizmə əsasən təbiətdəki bəzi amillər
sadə cansız elementlərdən çox kompleks və qüsursuz dizayna malik canlılar
meydana gətirmişdir.
Bu iddianı nəzərdən keçirərkən, əvvəla, təbiətdə həqiqətən belə bir gücün
olub-olmadığına baxmaq lazımdır. Daha açıq desək, bu cür təkamülü həyata
keçirəcək təbii mexanizmlər varmı?
Bu gün təkamül nəzəriyyəsi adlandırdığımız neodarvinist model bu
məsələ ilə bağlı iki əsas mexanizm irəli sürür: “təbii seçmə” və “mutasiya”.
Nəzəriyyənin əsas iddiası belədir: “Təbii seçmə və mutasiya bir-birlərini
tamamlayan iki mexanizmdir. Təkamül xarakterli dəyişikliklərin mənbəyi
canlıların genetik quruluşunda meydana gələn təsadüfi mutasiyalardır.
Mutasiyaların səbəb olduğu xüsusiyyətlər təbii seçmə mexanizmi vasitəsilə
seçilir,
beləliklə, canlılar təkamül keçirirlər”.
Bu ssenarini bir az təhlil etdikdə isə, əslində, ortada konkret “təkamül
mexanizminin” olmadığını görərik. Çünki nə təbii seçmə, nə də mutsiyalar
növlərin təkamül keçirmələri və bir-birlərinə çevrilmələri iddiasına ən kiçik
töhfə verməmişlər.
Darvinizmin əsasında təbii seçmə məfhumu dayanır. Darvinin nəzəriyyəsini
irəli sürdüyü kitabının başlığında da vurğulanan iddia budur: Növlərin mənşəyi,
təbii seçmə yolu ilə.
Darvinizmin mexanizmləri
23
Təbii seçmə
Təbii seçmə təbiətdə daimi həyat uğrunda mübarizə olması və həyatda
qalanların həmişə “güclü və təbii şərtlərə uyğun” canlılara çevrilməsi
fərziyyəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanların təhlükəsinə məruz qalan
maral sürüsündə əsasən sürətlə qaça bilən marallar həyatda qalar. Bir müddət
sonra isə bu maral sürüsü sürətlə qaçan fərdlərdən ibarət olar.
Ancaq bu proses nə qədər uzun davam etsə də, maralları başqa canlı növünə
çevirməz. Zəif marallar aradan çıxar, güclülər həyatda qalar, amma nəticədə
maralların genetik məlumatında dəyişiklik olmadığı üçün “növ dəyişikliyi” baş
verməz. Marallar nə qədər təbii seçməyə məruz qalsalar da, maraldan başqa
canlıya çevrilməzlər.
Maral nümunəsi bütün növlər üçün etibarlıdır. Təbii seçmə vasitəsilə sadəcə
populyasiya içindəki şikəst, zəif və ya ətraf mühitin şərtlərinə uyğunlaşmayan
fərdlər xaric edilir. Yeni canlı növləri, yeni genetik məlumat və ya yeni orqanlar
üzə çıxarmır, yəni canlılar təkamül keçirmirlər. Darvin də bu həqiqəti:
“faydalı
dəyişikliklər baş vermədikcə təbii seçmə heç bir şey edə bilməz”, - deyərək
qəbul etmişdir.
7
Elə bu səbəbdən neodarvinizm genetik məlumatı dəyişdirən
amil kimi mutasiya mexanizmini təbii seçmənin yanına əlavə etməyə məcbur
olmuşdur.
Mutasiyaları bir az sonra nəzərdən keçirəcəyik. Ancaq əvvəlcə, təbii seçmə
anlayışını bir az da ətraflı təhlil edək və ziddiyyətlərini görək.
Həyat uğrunda mübarizə
Təbii seçmə nəzəriyyəsinin ən əsas fərziyyəsi təbiətdə həyat uğrunda
amansız mübarizənin olması və hər canlının sadəcə özünü düşünməsidir.
Darvin bu fikri ortaya atarkən ingilis klassik iqtisadçı Tomas Robert Maltusun
nəzəriyyələrindən təsirlənmişdi. Maltus qida mənbələrinin riyazi ardıcıllıq ilə
artdığını, insanların isə həndəsi ardıcıllıq ilə çoxaldığını izah etmiş və ona görə
insanların həyat uğrunda labüd amansız mübarizə apardıqlarını irəli sürmüşdü.
Bundan əlavə Maltus həddindən artıq əhali artımının qıtlıq və xəstəlik kimi
amillərlə tənzimləndiyini iddia etmişdi. Darvin isə insanlar arasındakı bu həyat
uğrunda amansız mübarizəni təbiətə də tətbiq etmiş və “təbii seçmənın” bu
mübarizənin nəticəsi olduğunu iddia etmişdi.
Lakin daha sonra aparılan tədqiqatlar təbiətdə Darvinin fərz etdiyi kimi
mütləq həyat uğrunda mübarizə olmadığını göstərdi. İngilis zooloq V.C.Uayni
Edvardsın heyvan sürüləri üzərində 1960-70-ci illərdə apardığı uzun elmi
tədqiqatlar heyvan sürülərinin çox maraqlı şəkildə artımlarını tənzimlədiklərini
və qida üçün rəqabətin qarşısını aldıqlarını üzə çıxardı.
Heyvan sürüləri artımlarını əllərində olan qida mənbələrinə əsasən