M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə35/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   229

77 

 

dəfə    məhsul  götürülür.  Bu  aqrosistem  üçün  il  ərzındə  daim  tarla  işlərinin 



aparılması  ilə  əlaqədar  fasiləsiz  antropogen  enerjinin  daxil  edilməsinə 

təlabatmın olması səciyyəvidir. 

Subtropik  aqroekosistem  tipində  maddənin  və  enerji  antropogen 

axınının  intensivliyi  aşağıdır.  Əsasən  iki  vegetasiya  dövrünün  (yay  və  qış) 

mövcudluğu  səciyyəvidir.  Yaxşı  nəzərə  çarpan  sakitlik  dövrü  keçirən  çox-

illik  bitkilər  bitir  (üzüm,  çay,  portağal,  feyxoa,  pekan,  adi  qoz  və  s.).  Yay 

dövrünün birillik bitkilərinə qarğıdalı, çəltik, soya, tərəvəz və s. aiddir. 

Mülayim  aqroekosistem  tipi  yalnız  bir  (yay)  vegetasiya  dövrü  və 

uzunmüddətli  qış  sakitliyi  dövrü  ilə  səciyyələnir.  Antropogen  enerjinin 

müdaxiləsinə ən yüksək təlabat yaz, yay və payızın başlangıcında olur. 

Qütb  tipli  aqroekosistemlərdə  əkinçilik  oçaq  (manba)  xarakteri  daşı-

yır. Aqroekosistemlər ərazicə və becarilən bitkilərlə (yarpaqlı tərəvəz, arpa, 

bəzi kökümeyvəlilər, faraş kartof) məhdudlanır. 

Arktik tipli aqroekosistem açıq torpaq şəraitində  mövcud deyil. İstilik 

dövründə  olduqca  aşağı  temperatur  olduğundan  mədəni  bitkilərin  becəril-

məsi  mümkün  olmur.  Yay  dövründə  uzun  müddətli  mənfi  temperatur  ol-

maqla  soyuq  hava  şəraiti  sürür.  Yalnız  qapalı  şəraitdə  bitkinin  becərilməsi 

mümkündür. 

Aqroekosistemin  məhsuldarlığının  artırılması  seleksiyada  yüksək 

məhsuldar  və  davamlı  sortların  alınmasına  yönəldilən  inkişafdan  asılıdır. 

Bununla  yanaşı,  aqroekosistemin  təşkilində  məhsuldarlığın  yüksəldilmə-

sində  digər  yol  çox  yaruslu  aqroekosistemin  (təbii  çox  yaruslu  meşə  seno-

zuna  bənzər)  yaradılmasıdır.  Bir  növlü  aqroekosistemdən  polikultur  aqro-

ekosistemə  keçmək  təbiətdən  istifadənin  optimallaşdırılmasının  perspektiv 

məsələlərindən biridir. 

Şübhəsiz ki, enerji yalnız fotosintez prosesini təmin etmək üçün deyil. 

Qeyri-üzvi və üzvi həyatla başa çatan (tamamlanan) istənilən prosesin ener-

jiya ehtiyacı var və yalnız onun istanilən miqdarda və qəbul edilən formada 

mövcudluğu ilə həyata keçir. 

 

2.1.7.  Aqroekosistemlərdə  maddələr  mübadiləsinin  (dövranının) 



xüsusiyyətləri 

Planetimizdə  kütlə  və  enerji  mübadiləsinə  litosfer,  hidrosfer  və  at-

mosferdə  maddi  və  energetik  çevrilmələrin  və  yer  dəyişmələrin  müxtəlif 

prosesləri  daxildir.  Həyatın  yaranması  ilə  bu  dövran  və  axınlar  intensivlə-

şərək,  biogen  miqrasiyamn  inkişafı  nəticəsində  xeyli  keyfiyyət  dəyiş-

kənliyinə məruz qalmışlar. 

İnsanın  çoxplanlı  istehsalat fəaliyyəti kütlə və enerji mübadiləsi  pro-

seslərinə nəzərə çarpacaq dərəcədə düzəliş verərək, onun ərazi və müvəqqəti 




78 

 

xarakterinə toxunur və dəyişdirir. Aqroekosistemlər, şübhəsiz ki, bu dəyişik-



likdə  bilavasitə  iştirak  edərək  (özü  də  yüksək  dərəcədə),  qisman  maddənin 

dövranının  seyrəlməsinə  səbəb  olur.  Belə  ki,  planetdə  aqroekosistemin 

kimyalaşdırılmasının  təsiri  ilı  azotun  dövranının  seyrəlməsi  nəticəsində  o, 

suda, torpaqda toplanır və təxminən 10 mln. tona qədəri atmosferə qayıtmır. 

Biogen  maddələrin  izafi  toplanması  təbii  suların  çirklənməsinə,  torpaqda 

arzuolunmaz  proseslərin  inkişafına  səbəb  olur.  Kənd  təsərrüfatı  maddənin 

təbii  dövranı  və  enerji  axınını,  onların  intensivliyini  və  yerdayişməsinin 

trayektoriyasını dəyişdirir. Suni sintetik maddələrin, o cümlədən, ksenobio-

tiklərin dövrana daxil edilməsi xüsusilə təhlükəlidir. 

Təbii sistemlərdə qida maddələrinin daxili dövranı, həcminə görə on-

ların atmosferdən daxil olmasından və torpaqdan yuyulma itkisindən çoxdur 

(a  bloku).  Idarə  olunan  (nizamlanan)  kənd  təsərrüfatı  ekosistemində  (b 

bloku)  qida  maddələrinin  yayılması  (paylanması)  dəyişir,  bu,  onların  ilkin 

produsentlərdən  istifadəçilərə  (konsumentlərə)  ötürülməsinin  azalmasında, 

həmçinin  bu  maddələrin  redusentlərə  daxil  olma  rejiminin  sonraki  qanu-

nauyğun dayişməsindaə tazahür olur. 

Aqroekosistemlərdə  belə  vəziyyətin  alınması  pestisidlərdən  istifadə 

edilməsi  və  aqrotexniki  tadbirlərin  aparılması  olmuşdur.  Bu,  torpağın 

sonraki  becarilməsinda  bitki  qalıqlarmm  torpağa  ötürülməsi  redusentlərin 

aktivliyini artırır. Aqroekosistemin idarə olunması (nizamlanması) sayəsin-

də qida maddələrinin adi («konservativ») dövranı dəyişməsi və onun abiotik 

vəziyyətə  keçmaə  sürətinin  yüksəlməsi  müşahidə  olunur.  Aqroekosistem-

lərdə  təbii  sistemlərə  xas  olan  özünütanzimləmə  xassəsi  dəyişir,  bu  isə 

biotik davamlığın aşağı düşməsinə aparır. 

Bütün ekosistemlər təkamül prosesində təşəkkül tapan hərtərəfli (uni-

versal)  təbii  proseslər  -  biogeokimyəvi  tsiklləri  keçməsi  əsasında  fəaliyyət 

göstarir. Homeotaz prinsiplərinə uyğun olaraq, ekosistemi formalaşdıran hər 

hansı  bir  funksional  (fəaliyyətdə  olan)  komponentlərin  aşkar  dəyişməsi, 

digər komponentlərin də əhəmiyyətli dərəcədə dəyişməsinin ilkin səbəbi ola 

bilər;  bu  zaman  sistemin  əvvəlki  daxili  quruluşu  pozulur  (bitki  və  heyvan 

qruplaşmalarının tərkibi, üzvi maddələrin dominantlığı və s.). Belə halda da 

homeostaz  yeni  səviyyəyə  keçirsə,  o  zaman  eksistemin  sabitliyi  saxlanılır. 

Əgar  funksional  (fəaliyyətdə  olan)  komponentlərin  hər  hansı  biri  sıradan 

çıxarsa və ya effektliyini itirarsə, o zaman abiotik faktorların təsiri ilə eko-

sistem dağıla bilər, məsələn, eroziya prosesinin təsiri ilə. 

Ekosistemin  stabil  fəaliyyətina  nail  olmaq  və  deqradasiya  proses-

lərinin  baş  verməsinin  və  inkişafının  qarşısını  almaq  üçün  daima  məqsəd-

yönlü işlər yerinə yetirilməlidir: bioloji məhsuldarlığın xüsusiyyətlərini elmi 

cəhətdən dərk etmək, praktiki fəaliyyətdə məqsədyönlü istiqamət formalaş-



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə