134
element yoxdur ki, mikroorqanizmlərin təsirinə məruz qalmasın.
Torpağın mineral hissəsi müxtəlif qeyri-üzvi və üzvi turşuların, qələ-
vilərin, fermentlərin və digər birləşmələrin – torpaq mikroorqanizmlərinin
həyat fəaliyyəti məhsullarının təsiri altında parçalanır. Belə ki, nitrifikasiya
mikroorqanizmləri nitrifikasiya prosesində güclü azot turşusu ifraz edir. Əl-
verişli şəraitdə nitrifikasiya prosesində bir ildə 1ha torpaqda 300kq nitratlar
formalaşa bilər.
Mikroorqanizmlərin tənəffüsü nəticəsində ayrılan karbon iki oksid
minertalların həll olmasını asanlaşdırır. Belə ki, həll olmayan fosfatlar
karbonat turşusu ilə həll olur, hansı ki, mikroorqanizmlərin iştirakı ilə CO
2
və suyun qarşılıqlı təsirindən formalaşır:
Ca
3
(PO
4
)
2
+ 2CO
2
+ 2H
2
O → 2CaHPO
4
+ Ca(HCO
3
)
2
Bu proseslərin intensivliyi bitkilərin qida elementləri və enerji ilə
təmin olunma dərəcəsindən asılıdır.
Üzvi qalıqların parçalanması ilə paralel olaraq torpaqda humifikasiya
prosesləri də gedir. Bu proseslərdə torpaq biotasının, xüsusən mikroorqa-
nizmlərin rolu böyükdür. Bütün ölü üzvi maddələr torpaqda bioloji parça-
lanmaya və oksidləşməyə məruz qalir – humuslaşma, torpaq substratının
kifayət qədər sabit kimyəvi substansiyası vahid humus maddələri yaranır.
Torpaq miroorqanizmləri atmosfer azotunu mənimsəyərək, miroor-
qanizmlərin aktiv ştammları əsasında biopreparatların hazırlanmasında isti-
fadə edirlər. Əgər ilkin hazırlanan biopreparatlar, məsələn, nitragin sim-
biotik mikroorqanizmlərin əsasında hazırlanırdısa, indi qeyri-simbiotik mik-
roorqanizmlərin (Klebsiella, Rhizobium) əsasında preperatlar tətbiq olunur
(cədvəl 2.19).
Mikroorqanizmlərin atmosfer azotunu fiksasiya etmək kimi unikal
funksiyası bitkilərin qidalanmasının bioloji mexanizmində istifadə olunur.
Bu gələcəkdə müasir ―kimyəvi‖ əkinçilikdən aqrobiosenozlarda bioloji
əkinçiliyə keçməyə imkan verir.
Mikrob biokütləsində ali bitkilərə lazım olan müxtəlif maddələr var.
Oazotla xüsusən zəngindir. Mikroorqanizm hüceyrələrində onun miqdarı
12%, P
2
O
5
- 3%, K
2
O – 2,2%-dir.
Mikrob biokütləsinin biokimyəvi tərkibi də müxtəlifdir. Onun quru
maddəsinin tərkibində - 53% zülal, 16% - karbohidrat, 18% - nuklein tur-
şusu, 10% - yağ, 3% fermentlər, vitaminlər, antibiotiklər və digər bitkilər
üçün vacib olan maddələr vardır. Mikroorqanizmlər il ərzində 400q tiamin,
300q pridoksin, 1kq nikotin turşusu sintez edir, həm də torpağın
Azotobakterlə zənginləşdirilməsi zamanı vitaminlərin miqdarı 5 dəfə artır.
135
Cədvəl 2.19
Bioloji aktiv maddə sintez edə bilən bakteriayların miqdarı (%)
(Lokxed, 1972)
Bioloji aktiv
maddə
Bakteriyalardan ayrılan
Torpaq
Rizosfer
Rizoplan
Tiamin
28,0
51,
68,0
Biotin
14,0
33,3
43,0
Nikotin
turşusu
32,7
71,7
74,0
Fol turşusu
26,2
68,5
61,0
Riboflavin
27,0
72,7
76,0
Piridoksin
18,7
56,6
58,0
Vitamin B
12
14,0
20,2
27,0
Çoxsaylı mikroorqanizmlərin yüksək generasiya sürəti və həyatlarının
qısa müddətli olması nəticəsində bioloji dövrana mikrob biokütləsinin çox
böyük miqdarı cəlb olunur ki, bu da torpaq münbitliyini və bitkilərin lazım
olan elementlərlə təchiz olunmasını şərtləndirir, həm də bu maddələr
balanslaşmış formada və bitkiyə lazım olan müddətdə daxil olur.
Cədvəl 2.20-də bioloji dövrana cəlb olunan mikrob biokütləsinin
miqdarı verilir.
Cədvəl 2.20
Ağac əkinləri altında olan torpağın mikrob məhsuldarlığı
Əsas cins
Mikrob biokütləsi, t/ha
1977
1978
1979
Orta
qiymət
Palıd
21,1
20,1
14,8
18,7
Tozağacı
22,4
27,2
29,5
26,4
Şam cökə ilə 17,1
19,0
15,5
17,2
Yarpaqlar:
Yetgin
21,7
20,2
24,5
22,1
Cavan
20,3
23,0
34,2
25,8
Həm azota, həm də digər elementlərə çevirdikdə böyük rəqəmlər alınır
ki, bu da bitkilərin həyat əhəmiyyətli maddələrlə təmin olunmasında, son
nəticədə isə ekosistemlərin normal funksiyalaşmasında böyük rol oynayır.
Baxmayaraq ki, aqroekosistemlərdə bu rəqəmlər xeyli azdır, bitkilərin
həmin elementlə təmin olunmasında bioloji azotun həcmi kifayət qədər
əhəmiyyətlidir.