XƏYALIN DİGƏR ADI: MADDƏ
198
Dostları ilə çəmənlikdə gəzən
insan əslində beyninin içindəki
çəmənlikdə, beyninin içində gördüyü
dostları ilə gəzir, beyninin içindəki
təmiz havanı qoxulayır. Çəmənlikdə
gəzərkən çiçəkləri nəzərdən keçirən
üç nəfərin zehnində üç ayrı çiçək
görüntüsü əmələ gəlir. Bu, sözügedən
çiçəklərin xarici aləmdəki əsillərini
gördüklərinə dəlil kimi göstərilə
bilməz.
Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
199
BİR STADİON DOLU İNSANIN HƏR BİRİ
BEYNİNDƏKİ AYRI FUTBOL OYUNUNU SEYR EDİR
Bir futbol oyununu seyr etmək üçün
stadiona daxil olan şəxs içəridəki
minlərlə insan ilə eyni oyunu seyr
edəcəyini zənn edir, əslində isə çox
böyük səhv edir.
Çünki stadiondakı hər insan
beynində ayrı futbol meydanı, ayrı
futbolçular, ayrı tamaşaçılar, qısaca
desək, ayrı görüntü zənn edir. Hətta
evlərindəki televizorlarda bu oyunu
seyr edən hər insanın da ekrandakı
eyni oyunu seyr etdiyini zənn edirlər.
Əslində isə hər insanın beynində
əslində ayırd edilməyəcək qədər
eyni olan, tamaşaçı sayı qədər surət
yaradılır. Nə stadionda oturanlar
xarici aləmdəki görüntünü, nə də
evlərindəki televizorun qarşısında
oturanlar ekrandakı həqiqi
görüntünü görə bilməzlər. Çünki
heç bir insanın beyninin içindəki
ekrandan çıxıb xarici aləmdəki
görüntünün əsli ilə təmasda olması
mümkün deyil. Bu insanların tək
görə bildikləri şey beyinlərinə
çatan məlumatların beyinlərindəki
ekranda şərh edilməsidir. Görən
ruhdur. Həm ruhu, həm əslinə
eynilə bənzəyən görüntüləri üstəlik
hər insan üçün ayrı-ayrı yaradan
isə göylərin və yerin Rəbbi olan
Allahdır.
XƏYALIN DİGƏR ADI: MADDƏ
200
Yolda yeriyərkən uçurumdan yıxılmamağımız isə maddənin xarici
aləmdəki orijinalı ilə təmasda olmağımız demək deyil. Biz düz yolda yeriyərkən
də uçurumun kənarına çataraq dayandıqda da beynimizin içindəki yolda
yeriyir, beynimizin içindəki uçurumu görürük. Hətta bu uçurumdan yıxılsaq
da, beynimizdə gördüyümüz uçurumdan yıxıldığımıza dair hissləri də
beynimizdə hiss edirik. Eyni ilə daha əvvəl izah etdiyimiz avtobus vurması,
it dişləməsi və s. kimi nümunələrdə olduğu kimi. Uçurumdan yıxıldıqda baş
verən yaralanma, sınıq və ya ağrı kimi hisslərin hamısı beynimizdə əmələ gələn
görüntü və hisslərdir.
Etiraz: “Allahın bizə bu görüntüləri seyr etdirməsinin məqsədi bizi
imtahan etməkdir. Ancaq onsuz da bəzi hərkətlərin yaradıcısı olan Allah
nə üçün belə bir imtahan mühiti yaratmışdır?”
Cavab: Əlbəttə, insanların davranışlarının necə olduğunu görmək üçün
Allahın onları sınamağa ehtiyacı yoxdur. Çünki bütün hadisələri, zamanları
və məkanları yaradan Rəbbimizdir. Allah zamandan və məkandan uzaqdır.
Bizim üçün keçmiş və gələcək hadisələr Onun qatında tək bir an içərisində
yaşanıb sona çatmışdır. Ancaq Allah yaratdığı imtahan və səbəblər daxilində
insanların öz davranışlarına şahid olmaları, nə üçün cənnətə və ya nə üçün
cəhənnəmə getdiklərini bilmələri üçün bizlərə bunları yaşadır. Allahın dost
olduğunu, sonsuz ədalətli, mərhəmətli və şəfqətli olduğunu bilən insan Allahın
bu yaratmasından razı olur.
Allah bizlərə Öz qatında olub-bitmiş hadisələri seyr etdirir. İnsana isə
bunları özü etdiyi hissini verir və bu hiss içində bizə Quran vasitəsilə bildirdiyi
hər şeyə görə məsuliyyət daşıdığımızı xəbər verir. Bizim boynumuza düşən
vəzifə Rəbbimizin bizə əmr etdiklərini yerinə yetirməkdir. Bundan sonrasını
isə ancaq Rəbbimiz istəsə, öyrənə bilərik. Bu sirri və hikməti Allah istəsə, bizə
dünyada və ya axirətdə göstərə bilər və ya heç vaxt göstərməyə bilər. Allahın
bir ayəsində bildirdiyi kimi: “...Allahın elmindən Onun Özünün istədiyindən
başqa heç bir şey qavraya bilməzlər...” (Bəqərə surəsi, 255). Nə olarsa olsun,
Allah bizim sahibimiz və dostumuzdur. Elə isə bizim üzərimizə düşən bizə
sonsuz nemətlər bəxş edən Allaha güvənmək, Onun hər yaratdığından razı
olmaqdır.
Bəzi insanlar tarixən maddənin əsli mövzusunu qavramışlar, ancaq Allaha
olan imanları və Quranı qavramaları zəif olduğu üçün təhrif edilmiş inanclar
meydana gətirmişlər. “Hər şey necə də olsa, xəyaldır, onda ibadətlərə nə gərək
var”, -deyənlər olmuşdur. Bunlar son dərəcə azğın və cahil fikirlərdir. Hər şeyin
Allahın bizə göstərdiyi xəyallar olduğu doğrudur. Ancaq Allahın boynumuza
Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
201
Qurandakı əmrlərə görə məsuliyyət qoyduğu da qəti həqiqətdir. Biz Allahın
əmr və qadağalarına dəqiqliklə əməl etməliyik.
Allah Quranda insana ruh ilə bağlı çox az məlumat verildiyini bildirir.
Nəticədə, Allah bu imtahan görüntüsünü bir məqsədlə yaratmışdır. Allah bu
məqsədi ayələrində belə bildirir:
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul
qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver! (Bəqərə surəsi,
155)
Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl
kitab verilmiş kimsələrdən və şərik qoşanlardan bir çox əziyyətli sözlər
eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə
müvafiq işlərdəndir. (Ali-İmran surəsi, 186)
Bu imtahanın bir çox hikməti var. Bunlardan biri bizim sınanmağımız və
buna əsasən sonsuz həyatımızda harada olacağımızın müəyyən edilməsidir.
Digər bir hikməti isə insanların öz etdiklərinə həyatları boyu şahid olmaları,
əxlaqlarını axirət günündə Quran əxlaqı ilə müqayisə edilərək nə üçün cənnətə
və ya nə üçün cəhənnəmə layiq görüldüklərini görmələri ola bilər. Ancaq
bunun doğrusunu Allah bilər. Biz ancaq dua ilə Allahdan bizə elmini açmasını,
göstərməsini istəyə bilərik.
Etiraz: “Bu danışılanlardan başa düşdüyümüz kimi, ölümdən sonra da
xəyallarla təmasda olacağıq. Xəyallarla təmasda olmaq sonsuza qədər
davam edəcək? Cənnət və cəhənnəm də görüntülərdən ibarətdir?”
Cavab: Allah dünyada bütün insanları sadəcə ruhlarına seyr etdirilən
görüntüləri qavrayacaq şəkildə yaratmışdır. Yəni biz sadəcə zehnimizdə bizə
göstərilənləri görə bilirik, zehnimizdən kənardakıları görmək və ya onlara
toxunmaq imkanımız yoxdur. Ancaq Allah ölümdən sonra insanı başqa bir
yaradılışla yaradacaqdır. Bu yaradılış da görüntü çərçivəsində olacaq, yəni
biz yenə cənnət görüntüsünü zehnimizdə görəcəyik. Bu yeni yaradılışın necə
olacağını bilmirik. Ancaq bunu da unutmaq olmaz ki, cənnət və cəhənnəmin
hiss kimi qavranılması nə cənnətdən alınacaq zövqü, nə də cəhənnəmdə olan
əzabı azaltmayacaq. Hər hansı bir insan dünya həyatında, zehnində necə əlinin
yandığının bütün əlamətlərini, ağrını hiss edirsə, bu hissin gerçəkliyi axirətdə
də davam edəcəkdir.
Ağrı kimi hisslər də beyində hiss edilir. Ancaq bütün insanların bildiyi bu
ağrı hissi bütün digər hisslərimiz kimi son dərəcə həqiqi yaradılır. Hətta bəzən
Dostları ilə paylaş: |