Малик башга бир јердә дејир



Yüklə 1,54 Mb.
səhifə10/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

ONUNCU FƏSİL

MƏŞRUTƏ



«Hökm ancaq Allahındır»22.

8 və 9-cu fəsillərdə İslam tarixində meydana gəlmiş iki donuq və qeyri-fəal cərəyana işarə etdik. Onlardan biri xəvaric, digəri isə əxbarilər olmuşdur. Xəvaric «Hökm ancaq Allahındır» (İnnəl hukmə illa lillah) ayəsini şuar edərək, hakimiyyət uğrunda mübarizə aparan iki nəfər şəxsdən birini həkəmiyyət (qəzavət) yolu ilə xilafətə təyin etməyin din ilə ziddiyyət təşkil etdiyini bildirirlər. Onlar özləri bu işi gördükləri üçün özlərini günahkar hesab edir, tövbə etməyi yeganə yol görür, Əli (ə)-ı da tövbə etməyə vadar edirlər. Lakin Əli (ə) bu işdə onun əli olmadığını və bunun üçün tövbə etməyəcəyini bildirir. O deyirdi: «Bu iş sizin təsəvvür etdiyiniz kimi heç də küfr deyildir, səhvə yol verilmiş və müqəssir də mən deyil, sizin özünüzsünüz».

Haqqında söhbət açdığımız başqa bir cərəyan əxbarilik idi. Əkbarilər xəvaricdən bir o qədər də fərqli deyildi. Onlar ictihadı cəmiyyətlə rədd edir, bunu ağılın dini məsələlərə müdaxiləsi kimi qələmə verirdilər. Qurana gəldikdə isə, oun dərk və təfsir olunmasını yalnız imamların öhdəsinə qoymuşdular.

Bu iki cərəyanla yanaşı, yaşadığımız əsrdə «Məşrutiyyət» adlanan başqa bir cərəyan meydana gəlir. Bu cərəyan meydana gəlməklə, İran əhalisi iki hissəyə bölünür: məşrutiyyət tərəftarları və onunla müxalif işibdad tərəfdarları. Tək şuya siyasətçilər deyil, ruhanilərin də böyük bir hissəsi məşrutiyyət cərəyanını dəstəkləyirdi. Məşrutiyyətlə müxalif olanlar harada olularsa-olsunlar, dini məsələlərdə tələbələrlə pis davranır, onları aylıq hüquqlarından məhrum edir, bir sözlə özlərindən uzaqlaşdırmağa çalışdırırlar. Onlar bir-birlərini hətta küfr etməkdə belə ittiham edirdilər. Beləliklə, ruhanilər arasında ixtilaf və qarışdırma yaranmağa başlayır.

Burada olduqca mühüm bir mətləbə işarə etmək istəyirik. Məşrutiyyət barədə söhbət almaq istədikdə, iki mühüm məsələ ilə qarşılaşırıq və biz burada yalnız biri haqda söhbət açmaq istəyirik. O da bundan ibarətdir ki, görəsən, ictimai-siyasi baxımından İranda Məşrutiyyət cərayanının baş verməsinə hansı alimlər səbəb olmuş nə kimi (xarici siyasi) amillər onunla müxalif olmuşdur?

Dünyaya hakim olan iki böyük siyasətdən biri məşrutiyyəti dəstəkləmiş, digəri isə ona qarşı müxalif mövqe tutmuşdur. Nə üçün?

Məşrutiyyəti dəstəkləyən qüdrətli ölkələr bu cərəyan qalib gəldikdən sonra öz siyasətini İranda tətbiq etməyə çalışırdılar. O, buna naildə olur. Müxalif tərəf isə İrandakı nüfuzunu itirmək istəmir və öz rəqibinin qarşısını almaq istəyirdi. Məşrutiyyətlə müxalif olanlar, həqiqi məşrutiyytin həyata keçməyəcəyini görür və ölkəyə yeni xarici siyasətin nüfuz etdiyini hiss edirdilər. Bunun üçün də meydana gələn cərayanla müxalifət edirdilər. Məşruyətçilər ilə dövlət tərəfdarlarını tanıyır və ölkəyə tətbiq olunacaq siyasətin təhlükəsini başa düşürdülər (Ruslar dövləti istimbdadı və İngilislər isə məşrutiyyəti dəstələyirdi).

MƏŞRUTƏÇİLİYİN TƏRƏFDARLARI VƏ MÜXALİFLƏRİ


Mərhum axund Xorasani kimi görkəmli şəxsiyyət məşrutiyyət tərəfdarlarında həqiqi alim və yüzlərlə tələbə yeişdirmiş, İslam dünyasının böyük dini şəxsiyyətlərindən olmuşdur. Onun dərslərində min ikiyüz tələbə və üç yüzə yaxın müctehid iştirak edərdi. Elm və savadı ilə yanaşı, o, olduqca zahid və təqvalı ruhani idi. Məşrutiyyətdən təkləməkdə də şübhəsiz ki, onun niyyəti saf və millətin mənafe ilə həmahəng olmuşdur və kimsə məşrutiyyət ilə müxalif olmuşsa, heçdə o demək deyildir ki, o axund Xorasanini günahkar hesab etmişdir. Yerli istibdadı dəstəkləyən və məşrutiyyətlə müxalif olanlardan biri də, fiqh sahəsində misli olmadan mərhum ağa seyyid Kazım Yəzdi kimi böyük şəxsiyyət olmuşdur. Məşrutiyyəti dəstəkləyən və yerli istəbdadla müxalif olanlar da heçdə Mərhum Yəzdiyə qarşı müxalif mövqe tutmamış və onu bu işdə günahkar hesab etməmişlər. Demək, məqsəd alimlərini dəstəkləmək və ya təqsirləndirmək deyildir. Çünki, bu bir tərəfli məsələ deyildir. Əgər məşrutiyyət və istibdad alimi bir məsələ olsaydı, bu haqda söhbət açmaq olardı. Məşrutiyyətin baş verməsinə bir necə alim səbəb olmuşdur.Biz burada xarici siyasətlərin məşrutiyyət inqilabına nə kimi təsir qoyduğu və kimlərin onunla müvafiq və ya müxalif olduqları haqda söhbət açmaq istəmirik. Faktlar göstərir ki, məşrutiyyət ilə müxalif olanlar, belə bir mövqe tutmalarını həyata geçirilən «məşrutiyyətik» deyənlərlə fərqli olması ilə izah edirdilər. Mərhum Şeyx Fəzlullah və başqaları bu cərayanı, necə deyərlər, qanuni məşrutiyyət hesab etmirdilər.

Hər-halda belə bir cərəyan həyata keçirilir ki, bu da bir çox qanlı hadisələrin baş verməsinə səbəb olur. Yüzlərlə müctehid qətlə yetirilir Şeyx Fəzlullah Nuri kimi böyük şəxsiyyətlər dar ağacından asılır. Bu heçdə balaca iş deyildir Mərhum Nuri zəmanəsinin dahi şəxsiyətlərindən biri idi. Sözün əsl mənasında, nun və hiqiqi ictihad sahibi olmuşdur. Biz bu məsələyə başqa bir mövqeyi nəzərdən baxmaq istəyirik. Yəni baş vermiş bu cərayanı xarici amillərdən ayırdıqdan sonra araşdırmaq istəyirik. Hər şeydən əvvəl bizi maraqlandıran budur ki, o işlər İran məşrutiyyətilə hazır idi ya yox?

Əhalisinin böyük bir hissəsinin məşrutiyyətinin nədən ibarət olduğunu bilmədiyi bir halda, qapı-qapı döyüb deyirdilər: «Heç bilirsiniz məşrutiyyət nə demikdir? Əgər ölkədə məşrutiyyət hakimiyyəti bərqərar olunarsa, yemək-içməyinizi qapılarınızı döyüb sizə verəcəklər». Sadəlöv, avam camaat bundan heyrətə gəlib, belə bir günün həsrətini çəkir və onu səbirsizliklə gözləyirdilər. Nə məşrutiyyətlə mübarizə aparan nə etdiyini bilirdi, nə də istibdad dövləti müdafiə edənlər nəyin ardınca getdiklərini başa düşürdü. Millətin nəyəsə hazır olmaması həmin şeyi başa düşməməsi deməkdir. Bizlər özümüzdə milləti dərk edən bir ölkə təsəvvür yaratmaq istəyirik ki, bu cərəyanın baş verməsində heç bir xarici amil müəssər olmamışdır. Məşrutiyyət, İslam qanunları ilə həmahəng olmuşdur, ya yox? Biz bunu araşdırmayınca, belə bir donuq və qeyri-fəal cərəyanın həqiqi mahiyyətini dərk edə bilməyəcəyik.

Xarici alimləri əsas götürən bəzi şəxslər, məşrutiyyəti İslam dini ilə zidd və çarəsizlik üzündən istibdad dövləti ilə həmahəng olduğunu hesab etmişlər. Nə üçün?

Məşrutiyyət tərif olunmayınca, onun barəsində heç bir söz deyə bilmərik.

MƏŞRUTƏNİN TƏRİFİ


Hər bir müəssisə şirkətin və vahid idarə etmə üsulunda yeni müdüriyyətə ehtiyacı olduğu kimi, ölkənin də onu idarə edəcək vahid hakimiyyət, qanun verici orqana və dövlətçiliyə ehtiyacı vardır. Əgər şirkət və müəssənin müdüriyyətə heç bir ehtiyacı olmadığını hesab edəriksə, biz həm məşrutiyyəti, həm də istibdadı inkar etmiş olarıq. Çünki istibdad bir nəfər şəxsin hakimiyyətinə deyilir (anarxiya). Məşrutiyyət isə, hakimiyyətin tam başqa bir növüdür. Demək həm istibdad, həm də məşrutiyyət səhv hakimiyyət üçündür. «Nə üçün?» soruşduqda, cavabında deyəcəklər: «Əgər ölkədə dini qanunlar tətbiq olunarsa, bütün ehtiyaclar aradan götürülür və hakimiyyətə heç bir ehtiyac qalmır. Onda Xəvaricin (Hökm ancaq Allahındır) verdiyi şuarla bunun arasında nə kimi fərq olacaqdır?! Əli (ə) buyurur: «Bu düz sözdür, lakin onlar düzgün nəticə cıxarmırlar».

Hökm ancaq Allahındır! Düzdür, hökm ancaq Allah tərəfindən verilməlidir, lakin onlar bunu düzgün başa düşməmişlər. Onlar deyirlər: «Əmir (hakim) Allahla olmalıdır». Məgər bu mümkündürmü? İstər pis olsun, istərsə də yaxşı, camaat daim rəhbər və vahid hakimiyyətə ehtiyac duyur. Əlbəttə yaxşı olar ki, hakim yaxşı və ədalətli olsun. Pis olması isə, olmamağından daha yaxşıdır. Yəni hakimiyyət üçün dini və ya qeyri-dini qanununların mövcud olması kifayət etmir. Bunun üçün də, əhli-təsənnün xilafət məsələsini qəbul edir. Hətta əvvəllər xəlifəyə heç bir ehtiyac durmasun xəvaric belə sonralar özləri məcbur olub, xəlifənin hakimiyyətini qəbul etmişlər. Şiə və əhli-təsənnünün bu barədə həmrəy olmaları heç də hakimiyyətə ehtiyac duymamağa dəlalət etməyir. Hər iki məzhəb hakimiyyəti zəruri hesab etsə də, bu məsələyə olan baxışları bir qədər fərqlidir. Əhli-təsənnün Peyğəmbər (s)-dan sonra xəlifənin müsəlmanların özləri tərəfindən təyin olunmasını qanuni hesab edir, şiələr isə xilafətə yalnız Peyğəmbər (s)-ın özünün təyin etdiyi şəxsi layiq hesab edirlər.

Hökumətə ehtiyacımız varsa, bəs qanunvericilik və dövlət idarəetmə üsulu necə olmalıdır? Kimlərsə qərara gəlib, başqaları icra etməlidir? Yoxsa qərar qəbul edən şəxsin özü onun icrası olmalıdır? Bir nəfər şəxsin qərar qəbul edib onu icra etməsi, bu günlər diktatorluq adlanır. Məşrutiyyət isə, bundan tam əks məna daşıyır. Yəni bir neçə nəfər şəxs qərar qəbul edir, başqaları isə onu icra etməyə başlayır. Başqa sözlə desək, əhalinin nümayəndələri qərar qəbul edir, dövlət heybəti isə, onu icra edir. Dövlət heybətinin özünü də əhali tərəfindən seçilmiş nümayəndələr təyin edir. Nəticədə camaat özü özünə hakim təyin etmiş olur. Məşrutə müxalifətləri bununla razılaşmayıb, deyirdilər: «Siz hər şeyi bir-biri ilə qarışdırırsınız. Deyirsiniz ki, diktatura etməsi, məşrutə ilə əhalinin seçdiyi nümayəndələrin qərar qəbul edib, dövlət heyətinin onu icra etməsinə deyilir. Belə olduqda (yəni məşrutə şəraitində), yalnız qərar qəbul olunmayır. Əgər belə olaydı, əsla müxalif olmazdıq və deyilənlər tamamilə doğru və düzgün olardı. Əgər məşrutə şəraitində camaat nümayəndələri və nümayəndələr qanunverici orqanı seçmiş olsaydı, həmçinin nümayəndələr qanun qəbul edib, dövlət heyəti onu icra etsəydi, bununla razılaşmaq olardı. Lakin qəbul etdikləri qərarın şəri qanunları ilə müvafiq olub-olmadığına diqqət yetirilməlidir. Şəri qanunlarla müvafiq qəbul olunan bütün qərarlar qüvvəyə minib dövlət tərəfindən icra olunarsa, çox yaxşı olardı. Lakin dediyiniz məşrutə sistemi bundan ibarət deyildir. Məşrutə odur ki, millət öz nümayəndələrini seçib, onlarla qərar qəbul etsin. Yaxşı sözdür, lakin həqiqət deyildir. Nümayəndələr qanun tərtib edib qərara gəlməli, lakin şəri qanunlara zidd heç bir qanun tərtib edib və dövlət onu icra etməməlidir».

Bir daha diktorluq məntiqi məşrutə məntiqinə qalib gəlir. Lakin məşrutə tərəftarları buna başqa bir cavab verirlər.


TƏRƏFDARLARIN ÜSUL VƏ MƏNTİQİ


Düzdür, biz deyirik nümayəndələr qərar qəbul etməlidir. Lakin bu heç o demək deyil ki, hökm çıxarmaq istəyən müctehid şəri qanunlara nəzər salması həmin şəri qanunu dövlətə bildirib dövlət onu icra etməlidir. Bunun belə olmadığını biz də bilirik. Nümayəndə qanun tərtib edir. Lakin baxaq görək istənilən qanunu çıxarmaq alarmı? Xeyr! Bizim din adlanan ümumi bir qanunumuz vardır. Din, insanların bütün dövrlərdə üzərlərinə düşən vəzifələri təyin etmişdir. Burada bütün ümumi qanunlar bəyan edilmişdir. Lakin bəzi hallarda camaat ilahi qanunlara əsasən, özləri üçün müxalif qanun və qaydalar tərtib etməli olur. Bunun üçün də konstitusiya yazılmışdır. Orada açıq-aşkar şəkildə deyilir ki, beş nəfərdən az olmayan heyət üzvləri əgər zamanın tələblərindən agah olan müctehid olarsa da, məclisin qəbul etdiyi qərarların şəri qanunlara zidd olmamasına nəzarət etməlidir. Qəbul olunan qərar konstitusiya ilə müxalif olduqda, onun qarşısı almalıdır. İslam və dini qanunlar dedikdə, heç də o demək deyil ki, camaat bütün cüzi məsələlərdə Quran və sünnətə müraciət etmiş olsun. Məsələn, sivilizasiya nəticəsində şəhərin nəqliyat vasitələrii dəyişib, əhali avtomobildən istifadə etməli olur. Bədbəxt hadisələrinin qarşısını almaq üçün yol hərəkət qaydaları təyin olunub, qanun halına salınır. İctimaiyyətdə tətbiq olunan bu kimi qanunlar cəmiyyətin ehtiyacları üzündən meydana gəlir və bunun din və şəriət ilə heç bir bağlılığı yoxdur. Ev sahibinin ailədə tətbiq etdiyi qanunlar da o cümlədən. İlahi qanun budur ki, ev sahibi kimi ailə üzvləri ataya hörmətlə yanaşıb, onun dediklərinə tabe olsunlar. O da, atalıq borcunu layiqincə yerinə yetirib ailəsinin keşiyində durmalıdır. Atanın ailədə bəzi şeyləri qadağan edib, və ya göstəris verməyə haqqı vardır. Lakin zor tətbiq etməyə heç bir haqqı yoxdur.

Allah-təala cüzi ailə məsələlərində qanun-qaydalar müəyyən etmişdirmi? Məsələn, atanın görməli olduğu işləri qanun şəklində bəşəriyyətə bəyan etmişdirmi? Xeyr! Verilən hökm ümumi xarakter daşıyır. İslam övlada valideynə itaət və eyni zamanda valideynə ailə üzvləri ilə ədalətə rəftar etməyi əmr etmişdir.

Başqa bir misal: Qədimdə bütün hamamlarda hamamçılar müəyən qayda və qanunlar tətbiq edərdi. Hamamçı deyə bilərmi ki, “Hökm ancaq Allahındır” və qanuni yalnız Allah tətbiq etməlidir. Xeyr! Hamamçının öz hamamında müəyyən qayda və qanunlar tətbiq etməyə səlahiyyəti çatır. İslam da bizlərə bunu deyir. Yəni hər bir şəxs, ixtiyarında olduğu mərkəz və müəssisədə lazımi qayda və qanunlar tətbiq etmək səlahiyyətindədir. Həm tətbiq olunan qanun ədalətli olmalı, həmdə ona tabe olan şəxslər icrasında səhlənkarlığa yol verməməlidirlər.

Bütün bunlar cüzi məsələlərə aiddir. Ümumi məsələlərdə isə dediyimiz kimi, hər bir ölkə vahid rəhbər və idarəetmə üsuluna ehtiyac duyur. Lakin əgər həmin hakim orqan şəri qanunlara zidd olaraq hər-hənsı bir qərar qəbul edərsə (məsələn təlaq ixtiyarını kişidən alıb qadına verərsə), heç də düzgün addım atmış olmaz. Lakin üzərlərinə düşən məsuliyyət onlara haqq verir ki, ümumi xarakter daşıyan ilahi qanunlara müvafiq, ehtiyac durulan qanunlar qəbul etsin. İlahi qanunları nəzərə almadan qəbul etdikləri qərarlara qanun adını vermələri, heç də düzgün olmazdı. Lakin ilahi qanunları nəzərə alaraq, cüzi məsələlərdə qərar qəbul etməyin heç bir nöqsanı yoxdur. Məsələn xaricə mal sadir edib-etməmək barədə qərar qəbul olunur. Bu elə bir məsələ deyildir ki, dində onun haqda ayrıca hökm verilmiş olsun. Quran bu barədə ümumi hökm verir. Məsələn, elm və təhsil barədə İslam bizlərə belə bir tövsiyə edir: «Elm, kafir və müşriklərin ixtiyarında olsa belə, onu əldə etməyə çalışın».

Bu barədə istənilən qədər hədis və rəvayət nəql olunmuşdur. Onlardan birində deyilir: «Elm, möminlərin itirdiyi və sorağında olduğu dəfinədir, Harada olursa olsun, hətta müşriklərin ixtiyarında olsa belə, elmə yiyələnməyə çalışın». Belə olduqda, insan üzərinə düşən vəzifəni müəyyən etmiş olur. Lakin digər məsələlər meydana gəlir. Fərz edək, xaricə sadir etdiyimiz mal hədər olur. Belə olduqda, ilk növbədə bunun səbəblərini araşdırmalıyıq. {izaha ehtiyacı var, ümumiyyətlə yersiz işlədilib}

Təntavi öz təfsirində deyir: «Bir vaxtlar Misirdən olan ərəb tələbələrinə vaxt ayırıb baş çəkirdim. Soyuq qış günlərindən birində eşiyə çıxmışdım. Birdən gördüm bu soyuq havada həmin tələbələr ayaqlarını çıxarıb əl-üzlərini, sonra da ayaqlarını yumağ başladılar. Yuyub qurtardıqdan sonra ibadət adlandırdıqları əməlləri yerinə yetərməyə başladılar». Sonra deyir: «Vay! Bunlara bir bax, dinlərini qoruyub-saxlamaqla yanaşı, elminizə də yiyələnirlər!». {mənaya diqqət et}

Əgər bəşər bu kimi cüzi məsələlərdə də qanun tətbiq etməyə qadir olmazsa, bunu onun fəaliyyətsizliyi adlandıra bilərik. Əxbarilərin dedikləri kimi, bizim müctehidə heç bir ehtiyacımız yoxdur. Hədis və rəvayətlərə müraciət etsək, kifayət edər.

Hədis və rivayətlərdə bir çox hallarda məsələ ümumi şəkildə bəyan olunur. Müctehid yalnız araşdırma apardıqdan sonra qəti qərara gəlməli və cüzi məsələlərdə hökm verməlidir.

Demək, əgər müdiriyyət ümumi qanunlara əsasən özü üçün nizamnamə tətbiq etmək istərsə, buna adi hal kimi baxmaq lazımdır.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə