~ 109 ~
Dördüncü fəsil
İSTEHSALAT BİNALARI VƏ TEXNOLOJİ QABLAR
4.1. Zavodlarin tipləri
Ġstehsalın ixtisaslaĢmasına görə Ģərab zavodları müəyyən
tiplərə bölünür:
İlkin Ģərabçılıq zavodları (Ģərab məntəqələri) üzümün emalı,
ondan Ģirə alınması, alınan Ģirənin qıcqırdılması və cavan Ģərab
materiallının saxlanmasını həyata keçirir. Bu zavodlarda, həmçinin
Ģərab materialının eqalizasiyası, kupajı, yapıĢqanlanması, süzül-
məsi və termiki iĢlənməsi əməliyyatları da aparılır. Onların istehsal
gücü mövsümdə emal olunan üzümün miqdarına (tonla), istehsal
qablarının eyni vaxtakı tutumuna; üzüm emal edən xətlərin
məhsuldarlığına görə müəyyən olunur. Ġlkin Ģərabçılıq zavod-
larında, təbii, tünd və desert Ģərablar üçün-iĢlənilmiĢ və kupaj
olunmuĢ Ģərab materialları; Ģampan Ģərabları və konyak spirti
istehsal etmək üçün-emal olunmamıĢ Ģərab materialları; hazır Ģirə,
qatı Ģirələr və müxtəlif Ģirniyyatlar üçün- üzüm Ģirəsi istehsal
olunur. Bəzi ilkin Ģərab zavodlarında, Ģərabçılıq qalıqlarının (cecə,
daraq, maya çöküntüsü) emalı aparılır. Həmin qalıqların kompleks
emalı, ixtisaslaĢdırılmıĢ, xüsusi zavodlardada həyata keçirilə bilər.
Ġlkin Ģərabçılıq zavodları bir neçə Ģöbədən ibarət olur;
-Xammal meydançası, burada üzümün qəbulu, sortlaĢdırılması
və lazım gəldikdə yuyulması aparılır;
-əzici-sıxıcı Ģöbədə üzümün əzilməsi, əzinti və Ģirə alınması,
qalıqların kənar olunması, əzinti, yaxud Ģirənin köçürülməsi həyata
keçirilir;
-çökdürüb, durultma və qıcqırtma Ģöbəsində- çökdürmə Ģirə,
yaxud əzintinin qıcqırdılması aparılır.
-Ģərab və Ģirə saxlayıcıları, lazimı rezervuar və avadanlıqlarla
təchiz olunub, göstərilən materialların normal saxlanmasını təmin
edir;
-Ģərab materialı və Ģirə yarımfabrikatlarının iĢlənməsi
~ 110 ~
Ģöbəsindəb - kupaj qabları, istilik mübadiləedicilər, süzgəclər və
digər avadanlıqlar, həmin materialların düzgün iĢlənməsini təmin
edirlər;
-hazır məhsulun yola salınma meydançası, tərəzi və merniklə
təchiz olunub, Ģirə, yaxud Ģərabın qısa müddətdə göndərilməsini
təmin edir.
Müasir müəssisələrdə, bütün bu Ģöbələr və həmçinin doldurma
sexi bir bina daxilində yerləĢdirilir. Binaların təmiz və havalanan
olmasına xüsusi diqqət yetirilir. Təmizliyi saxlamaq üçün binanın
bir neçə yerində su axarları qoyulmalıdır. DöĢəmə, asfalt, yaxud
sementlə örtülür. Üzümün əzilməsi və sıxılması dövründə gələcək
Ģərab xəstələnməsin deyə, döĢəmə tez-tez yuyulmalıdır.
Qıcqırma zamanı binalarda çoxlu miqdarda karbon qazı
toplanır. Həmin qaz havadan ağır olduğundan binanın aĢağı
hissəsində yığılır. Ona görə də zavodda havalandırma elə təĢkil
olunmalıdır ki, binalarda karbon qazı yığılmasın.
Adətən ilkin Ģərabçılıq zavodlarının hündürlüyü 4-6 m
olur.Binaların divarlarında, tavanda kif göbələkləri yığılmasın deyə
hər il mövsümdən qabaq onlar xüsusi materiallarla ağardılır.
İkinci şərabçılıq zavodları ilkin Ģərabçılıq müəssisələrindən
daxil olan Ģərab materiallarının iĢlənməsi, yetiĢdirilməsi və
butulkalara doldurulmasını həyata keçirir. Bu zavodların istehsal
gücü təqvim ili müddətində emal olunan hazır Ģərabın miqdarı ilə
(min dal-la) müəyyən olunur. Belə müəssisələrin hazır məhsulu
standarta uyğun olaraq butulkalara doldurulmuĢ hazır Ģərabdır.
ġərabların doldurulması müxtəlif istehsal gücünə malik kompleks-
mexanikləĢdirilmiĢ və avtomatlaĢdırılmıĢ xətlərdə aparılır.
Xüsusi istiqamətli zavodlar (Ģampan, konyak istehsalı,ikinci
xammalın emalı və s.) üçün texnoloji axımdan,avadanlıqların ölçü
və kütləsindən asılı olaraq müxtəlif mərtəbələrdən ibarət olan
binalardan istifadə oluna bilər.
Hazırda üzümün emalından Ģərab və konyakın buraxılıĢına
qədər bütün əməliyyatları özündə birləĢdirən zavodlar daha geniĢ
yayılmıĢdır.
~ 111 ~
4.2. İstehsalat binaları
Cavan Ģərablar birinci, yaxud ikinci köçürmədən sonra
keyfiyyətindən asılı olaraq realizə olunur və yaxud da yetiĢdirmək
üçün xüsusi binalara köçürülür. ġərab yetiĢdirmək və saxlamaq
üçün binalar müxtəlif tiplərdə – yeraltı, yarımyeraltı və yerüstü
olmaqla fərqləndirilir. Belə fərqlilik torpaq və iqlim Ģəraitindən,
yerin xarakterindən, istehsal məqsədindən, təsərrüfat və baĢqa
xüsusiyyətlərdən asılı olaraq yaranır. ġərab saxlamaq və
yetiĢdirmək üçün istifadə olunan yeraltı binalar zirzəmi adlanır.
Onlar öz üstünlüklərinə görə seçilir.
Yerüstü binalar il müddətində qeyri-sabit temperatura – belə ki,
yayda çox qızmaqla yüksək temperatura, qıĢda isə əksinə, aĢağı
temperatura malik olur. Temperaturun belə kəskin dəyiĢməsi
Ģərabın yetiĢdirilməsinə və keyfiyyətinə çox pis təsir göstərir. Ona
görə də binaları xarici temperaturdan qorumaq üçün hələ qədimdən
onları ya tamamilə, ya da qismən torpağın altında tikirlər (cədvəl
4.1).
Cədvəl 4.1
Zirzəminin dərinliyindən asılı olaraq temperaturun dəyiĢməsi
(M.A.Gerasimova görə)
Aylar
Dərinliyi (metrlə )
0
1
2
4
8
16
Temperatur
0
C
Yanvar
2,1
7,6
9,8
11,1
12,5
11,7
May
18,2
10,2
9,7
11,5
1,5
11,5
Avqust
25,4
16,5
15,3
13,5
13,5
11,4
Ġllik dəyiĢməsi
(maksimum və
minimumdan fərqli)
23,3
8,9
5,6
2,4
1,35
0,3
ġimal rayonlarında tikilən zirzəmiləri temperaturun qıĢ vaxtı
kəskin azalmasından, cənubda isə əksinə, yay vaxtı kəskin
yüksəlməsindən qorumaq lazım gəlir. Ümumiyyətlə, yadda
saxlamaq lazımdır ki, yüksək temperatur aĢağıya nisbətən Ģəraba
həddindən ziyadə pis təsir göstərir. Cənub rayonlarında yüksək
Dostları ilə paylaş: |