~ 115 ~
qoruyucu örtüyün tipinə, yerləĢməsinə (horizontal, vertikal, bir çox
mərtəbəli və s.) və həmçinin hərəkətinə görə -hərəkətiz, yaxud
nəqliyyat rezervuarları kimi ola bilər. Ölkəmizin Ģərabçılıq
sənayesində dəmir beton və metal qablar geniĢ yayılmaqla, bəzi
müəssisələrdə palıddan hazırlanmıĢ ağac qablar da (çəllək, but,
çən) istifadə olunur.
Ağac qablar. Hələ çox qədimdən Ģərabı saxlamaq üçün gildən
hazırlanmıĢ küplərdən istifadə etmiĢlər. Qədim Ģərabçılıq
rayonları- Azərbaycan, Gürcüstan və həmçinin Qərbi Avropa
ölkələri: Ġtaliya, Fransa və baĢqa yerlərdə aparılan arxeoloji
qazıntılar zamanı müxtəlif böyüklük və formalarda gil küplər
tapılmıĢdır. Məlum olmuĢdur ki, qədim insanlar Ģərabı daĢımaq
üçün 20-50dal, qıcqırtmaq üçün isə 100dal və daha böyük
həcmlərdə olan küplərdən istifadə edirmiĢlər. Bundan baĢqa
müxtəlif heyvan dərilərindən hazırlanmıĢ kisələr (tuluq) da geniĢ
yayılıbmıĢ. Son yüzülliklərdə bu qabları ağac qablar sıxıĢdırıb
demək olar ki, aradan çıxarmıĢdır. Əvvəllər müxtəlif ağac
materillarından istifadə edən insanlar, tədricən palıd taxtasının
üstünlüyünü hiss etməyə baĢlamıĢlar. Çünki, bu Ģəraba heç bir
kənar iy, dad vermir, onun keyfiyyətinin yaxĢılaĢmasına səbəb
olur. Lakin məsaməli olduğuna görə, Ģərabda oksidləĢmə prosesləri
getməsini təmin edir. Məhz özünün bir sıra üstünlüklərinə görə
palıd taxtasından hazırlanmıĢ qablar (çəllək, but, çən) Ģərabçılıq
sənayesində geniĢ tətbiq sahəsi tapmıĢdır. Lakin qeyd etmək
lazımdır ki, palıd ağacının bütün cinslərindən və bütün torpaq-
iqlim Ģəraitində yayılanlardan keyfiyyətli qablar hazırlanması
mümkün deyildir. Qafqaz, Ukrayna, Belarus, Tatarıstan və
BaĢqırdıstanda becərilən palıd ağacı quraq və zəif torpaqlarda
böyümüĢ palıd ağacı hesab olunur.
Palıd qablardan yüksək keyfiyyətli Ģərablar (markalı Ģərablar)
istehsalında, konyak spirtinin yetiĢdirilməsində və s. geniĢ istifadə
edilir. Palıd qablar-çəllək, but və çən kimi fərqlənir.
Çəllək. Çəlləklər 5; 10; 15; 20; 30; 40; 45; 60 dal həcmlərində
hazırlanır. Çəllək üçün yaxĢı qurudulmuĢ, standartın tələblərinə
cavab verən, nəmliyi 15 faizdən yüksək olmayan palıd taxtasından
~ 116 ~
istifadə etmək lazımdır (Ģəkil 4.2).
Şəkil 4.2. Çəllək
But. Həcmi çəlləkdən böyük, çəlləyəbənzər qablardır. Əsasən
yumru və oval formada olur. Yumru butlar 500, 600, 700, 800,
1000 dal; oval butlar 500,700 dal həcmində hazırlanır. Oval
formalı butlar bulandırıcı maddələrin çökdürülməsində əlveriĢli
olmaqla, yumru butlara nisbətən az yer tutur (Ģəkil 4.3).
~ 117 ~
Çən. Qırmızı Ģərabların hazırlanması və Ģirənin sakit
saxlanması üçün istifadə edilir. Çənin aĢağı və yuxarı hissəsində
olan yollar palıd taxtasından hazırlanmıĢ xüsusi qapaqlarla
bağlanır. Ġstifadə olunan çənlərin həcmi 250, 300, 400, 450, 500,
600, 700, 800, 900, 1000, 1200, 1500 və 2000 dal olur.
Qeyd etdiyimiz kimi, ağac qablar hazırda da ən yaxĢı Ģərab
qabları hesab olunmaqdadır. Lakin bu qabların bir sıra
çatıĢmazlıqları da mövcuddur. Belə ki, ağac qablarda Ģərab
müəyyən dövrə qədər yetiĢdirilə bilir. Bu müddət keçdikdən sonra
onlar Ģərabın keyfiyyətini pisləĢdirir. Ağac qablar daimi qulluq
tələb edir. Asanlıqla mikroorqanizmlərlə (bakteriyalar, kif
göbələkləri, pərdəli mayalar) yoluxur və bunu aradan qaldırmaq
çox çətin olur, hazırlanması baha baĢa gəlir. Ġstehsal sahəsindən
istifadə əmsalı aĢağıdır.
Bütün bunlara görə Ģərabçılıqda dəmir-beton və metal
rezervuarlardan geniĢ istifadə olunmaqdadır.
Dəmir-beton qablar. Həcmcə müxtəlif olan dəmir-beton
rezervuarlar Ģirənin qıcqırması, Ģərab materiallının və Ģərabın
saxlanması üçün istifadə edilir. Onlarda həmçinin assamblyaj,
kupaj, yapıĢqanlanma və baĢqa texnoloji əməliyyatlar aparılır.
Dəmir-beton rezervuarlar düzbucaqlı və yumru olur. Sonuncuya
çox vaxt slindrĢəkilli rezervuar deyirlər. Birinci halda binanın
sahəsindən daha səmərəli istifadə edilir, lakin vahid həcmə duĢən
material slindrik rezervuarlarda çox olur. Düzbucaqlı dəmir-beton
rezervuarlar ayrı-ayrı, yaxud bir sırada yerləĢmiĢ əlaqəli blok
Ģəklində olur. Yüksəkliyinə görə bloklar bir və çox mərtəbəli ola
bilər.
ġərab üçün dəmir-beton rezervuarlar tökmə dəmir-betondan və
yığma konstruksyilardan hazırlanır. ġərabları uzun müddət
saxlamaq və yetiĢdirmək üçün tökmə rezervuarlardan, fasiləsiz
axımda Ģərabları iĢləmək üçün isə (müəyyən vaxt ərzində) yığma
rezervuarlardan istifadə olunması məqsədəuyğundur. BaĢqa
texnoloji qablara nisbətən dəmir-beton qabların bir sıra
üstünlükləri vardır. Belə ki, onlar ucuz baĢa gəlməklə, xidmət
müddəti çox uzundur və istehsalat binalarının sahəsindən səmərəli
~ 118 ~
istifadə olunur. Lakin metal qablar kimi dəmir-beton qablar da bir
sıra texnoloji xarakterli çatıĢmazlığa malikdir. Bunlardan ən əsası
onların çox zəif diffuziya xassəsinin (qaz mübudiləsinin)
olmasıdır. Ona görə də onlarda Ģərab yetiĢdirmək mümkün olmur.
Dəmir-beton qablar zirzəmilərdə, yaxud birinci mərtəbədə
yerləĢdirilməlidir ki, özül yükü dərinliyə ötürə bilsin. Dəmir-beton
və metal rezervuarların daxilinə örtük çəkilməli və onlara vaxtaĢırı
qulluq edilməlidir.
Rezervuarların daxilinə çəkilən müdafiə örtüklərinə aĢağıdakı
tələblər verilir:
- Örtüyün kimyəvi maddələri Ģəraba (yaxud digər məhsula)
keçməməlidir;
- Yuyucu və dezinfeksiyaedici vasitələrə və həmçinin Ģərab
materiallarını iĢləmək üçün tətbiq edilən materiallara (sulfid
anhidridi və s.) davamlı olmalıdır;
- Uzunömürlü olmalıdır;
- ġəraba heç bir iy və tam verməməlidir;
- Temperaturun dəyiĢməsinə davamlı olmalıdır və s.
Korroziyaya qarĢı ən yaxĢı örtük cilalanmıĢ ĢüĢə plitələrdir.
Onların ölçüsü 150x150 və 400x400 mm-dir. Belə funksiyanı ЕП-
793, ЕД-16, ЕД-20 epoksid örtükləri və onların əsasında
hazırlanmıĢ kompozisiyalar da yerinə yetirə bilir.
Epoksid örtüklərdən – «Eprosin» (Çexiya və Slovakiya),
«Gelitank» (Fransa), «Polimeks» (PolĢa), «Epolor» və «Epulyuks»
(keçmiĢ Yuqoslaviya) da geniĢ istifadə olunur.
Metal rezervuarlar, hazırki Ģərabçılıq sənayesində ən geniĢ
yayılmıĢ rezervuarlardır. Adi və paslanmayan poladdan,
alüminiumdan və müxtəlif metalların qarıĢığından hazırlanır.
Onların daxili hissəsi yuxarıda qeyd etdiyimiz kimi emal, yaxud
qoruyucu laklarla örtülür (Ģəkil 4.4).
Dostları ilə paylaş: |