Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə40/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   180

 

~ 127 ~ 


 

metala qənaət etmirdi. Metal tutumlar adlanan belə avadanlıqlar nə 

qədər  çox  olurdusa,  belə  maĢınları  hazırlayan  zavodların  plan 

göstəriciləri  bir  o  qədər  yüksək  yerinə  yetirilmiĢ  sayılırdı. 

Ümumiyyətlə,  sovet  konstruktor  və  maĢın  hazırlayanları  öz 

vəzifələrini  100%  yerinə  yetirirdilər.  Bu  gün  də  Rusiyanın 

cənubunda və bəzi MDB ölkələrində 30 il bundan əvvəl buraxılan 

sovet presləri və əziciləri iĢlədilməkdədir.  

Ġstənilən Avropa ölkəsi və müasir ölkə Ģərabçısı üçün bu köhnə 

sovet  «tank»larının  əsas  çatıĢmazlığı  onların  xeyrindən  yüksəkdir. 

Çünki  mütəxəssislərin  qeyd  etdiyi  kimi,  «sovet  avadanlıq»ları 

bütün dünyada qəbul edilən klassik üzüm emalı normalarına uyğun 

deyildir.  Belə  əzicilərdən  və  preslərdən  istifadə  olunması  üzümün 

qabığını  dağıtmadan,  gilə  toxumunu  əzmədən,  yumĢaq  ―nəcib‖ 

emalını  təmin  etmir,  Ģirəni  oksidləĢmədən  qorumur,  xammalın 

metalla kobud təmasına səbəb olur. Belə avadanlıqlarda alınan Ģirə 

çoxlu  miqdarda  xırda  hissəciklərə  malik  olmaqla,  onun  duruldul-

ması  üçün  xeyli  əlavə  güc  sərfiyyatı  tələb  olunur.  Bundan  əlavə 

sovet  ilkin  Ģərabçılıq  avadanlıqları  yuyulma  və  dezinfeksiya  üçün 

mürəkkəb  olub,  zədələyici  olması  baxımından  təhlükəlidir.Bütün 

bunlar keçmiĢ sovetlər birliyinə daxil olan ölkələrdə mövcud olan 

avadanlıqların  tamamilə  dəyiĢdirilməsini  labüd  edir.Bu  baxımdan 

dünyanın  bu  sahədə  ən  qabaqcıl  firmalarının  istehsal  etdiyi 

avadanlıqlar xüsusi maraq kəsb edir və geniĢ tətbiq olunmaqdadır. 

TMCI  Padovan  S.P.A  firması(Ġtliya)  EPC  modelində  bir  sıra 

prevmatik preslər buraxır ki, onlarda səbətlərin tutumu mindən 25 

min  dm

3

-dək  dəyiĢir.  Preslərin  quruluĢu  Diemme  firmasına 



oxĢardır.  Ġtaliyanın  digər  firmaları  (Bernd,  Bocsh,  Della  Toffola), 

Ġsveçrənin  (Bucher-Guyer  AG),  AFR-in  (Josef  Willmes)  və 

Fransanın (Pera) firmaları da pnevmatik preslər istehsal edir. 

Bernd Bosch (Ġtaliya) firması bütöv salxımın sıxılması üçün bir 

sıra  pnevmatik  səbətli  preslər  buraxır.  Sıxılma  prosesi  mem-

brandan  keçməklə  aparılır  və  burada  təzyiq  0,5-dən  2x10

5

Pa-dək 


yüksəlir.  Digər  Ġtaliya  firması  olan  Defranceski  məhsuldarlığı 

saatda 40-100 ton olan MO 200 pres modelini buraxır. O tamamilə 

paslanmayan  poladdan  hazırlanır.  Üzüm  diametri  700  ml  olan 



 

~ 128 ~ 


 

lükdən  pnevmatik  kranla  presə  yüklənir.  Mikroprosessor  presin 

iĢini  avtomat  idarə  edərək  4  presləmə  proqramı  ilə  təmin  edir. 

Üzümü  vakuum  altında  sıxmaq  üçün  MO-200  presi  vakuum 

nasosla təchiz olunur.  

Della Toffola (Ġtaliya) firması pnevmatik səbətli preslər istehsal 

edir. Onlar mərkəzi membranla təchiz olunurlar. Presin fərqli cəhə-

ti  onda  boru  tipli  membrandan  istifadə  olunmasıdır.  Membranın 

daxilinə  hava  vurulduqda  o  ĢiĢir  və  sıxılan  kütləni  paslanmayan 

poladdan  hazırlanan  Ģadaralı  silindrin  bütün  səthi  boyu  sıxmağa 

baĢlayır.  

Bütöv salxımın emalından əlavə bütöv gilədən də Ģirə alınması-

nın texnologiyası həyata keçirilir. Giləni ayırmaq üçün daraqayırıcı 

maĢınlardan,  alınan  gilələri  sıxmaq  üçün  isə  səbətli  preslərdən 

istifadə  edilməsi  tövsiyə  olunur.  Giləni  ayırmaq  üçün  xaricdə 

müxtəlif  firmalar  tərəfindən  daraqayırıcılar  buraxılır.  Garolla 

firması  (Ġtaliya)  məhsuldarlığı  saatda  1-dən  100  tonadək  olan 

horizontal və vertikal daraqayırıcılar istehsal edir. Diemme firması 

(Ġtaliya)  məhsuldarlığı  saatda  13-dən  42  tonadək  olan,  üzümü 

aĢağıdan  daxil  edən  vertikal  daraqayırıcıların  istehsalı  üzrə 

ixtisaslaĢmıĢdır. CMMC Vaslin Bucher (Fransa) firması horizontal 

daraqayırıcıların  2  modelini  ECR  15  və  ECR  30  istehsal  edir  ki, 

onların məhsuldarlığı uyğun olaraq saatda 15 və 30 tondur.  

Material  Pera  S.A.  (Fransa)  firması  horizontal  daraqayırıcıların 

məhsuldarlığı  saatda  50  və  80  ton  olan  2  modelini  buraxır. 

Blachere  (Fransa)  firması  horizontal  və  vertikal  daraqayırıcılar 

buraxır. 

CMMC Vaslin-Bucher (Fransa) firması 1 yaxud 2 sıxıcılı disklə 

horizontal  səbətli  preslər  istehsal  edir.  Az  məhsuldar  preslər  bir 

diskli,  böyük  tutumlar  2  diskli  olur.  Preslər  poliefir  qatranı 

ərintisindən və ĢüĢə lifindən hazırlanan səbətdən, üzərində 1 yaxud 

2  disk  yerləĢmiĢ  fırlanan  mərkəzi  vintdən,  Ģirə  üçün  vannadan 

ibarətdir.  Sıxılma  prosesi  avtomat  Ģəkildə  həyata  keçirilir.  Emal 

olunan  xammaldan  asılıı  olaraq  presləmə  2-5  avtomat  proqramla 

yerinə yetrilir. Firmanın preslərinin 1 sıra modellərındə səbətlər iki 

yaxud  üç  bölmədən  ibarətdir.  Ġkibölməli  səbətlərdə  bir  bölmə 




 

~ 129 ~ 


 

üzümün yüklənməsi üçün stasionar vəziyyətdə, ikinci (arakəsməli-

Ģadaralı)  isə  fırlanan  olub,  onda  xammalın  sıxılması  həyata 

keçirilir. Cecənin boĢaldılması üçün ikinci bölmə boĢaldıcı deĢiklə 

təchiz  olunur.  Üçbölməli  səbətdə  yalnız  mərkəzi  bölmə  fırlanır, 

kənar bölmələr məhsulun yüklənmə və boĢaldılmasına xidmət edir. 

Presləmə  prosesində  Ģirəyə  düĢən  bərk  hissəcikləri  ayırmaq  üçün, 

preslər əlavə ələkli slindr filtrlərlə təchiz oluna bilər.  

Səbətlərin tutumu 250 kq-dan 25 min kq arasında dəyiĢir. Presin 

orta  iĢ  vaxtı  belədir:  doldurulma  0,25-dən  2  saatadək,  boĢaldılma 

5-dən 10 dəqiqəyədək.  

Yuxarı təzyiqli səbətli presləri Zambelli firması (Ġtaliya) istehsal 

edir. AĢağı təzyiqli Vertikal səbətli preslər Angelo e Tallio Bosselo 

S.n.c. (Ġtaliya) firması hazırlayır.  

Diemme firması (Ġtaliya) hidravlik ötürməli T10 markalı səbətli 

pres  istehsal  edir.  Presin  səbəti  paslanmayan  poladdan  4000  dm

3

 

tutumunda  hazırlanır;  Ģirənin  ayrılama  dövrünün  davam  etməsi 



100-130  dəq  müddətində  2  mərhələdə  gedir-  zəif  sıxılmaqla  (0,1-

0,3MPa)  özbaĢına  axılmla  Ģirənin  ayrılması  və  0,5-0,7  MPa 

təzyiqdə sonuncu sıxılmaqla ayrılmadır.  

Bucher-Guyer AG (Ġsveçrə) firması hidravlik səbətli LHP və SP 

tipli tutumu 800-dən 4000 dm

3

-dək olan preslər buraxır.  



Son  vaxtlar  pnevmatik  (membran)  səbətli  preslər  geniĢ  tətbiq 

olunmağa  baĢlanılmıĢdır.  Sintetik  materialdan  (elastomer)  hazır-

lanan  membrandan  və  küləklənən  sıxılmıĢ  havadan  istifadə  olun-

ması hesabına sıxılan kütləyə təzyiq bərabər səviyyədə ötürülür və 

nəticədə  salxımın  bərk  hissələrinin  dağılması  baĢ  vermir.  Bu 

preslərdə  Ģirənin  götürülməsi,  preslənən  kütlənin  doldurulduğu 

yarımslindr bölməsinin divarında yerləĢən Ģadaralı novun köməyilə 

aparılır.  Bu  tip  preslərdən  alınan  Ģirənin  keyfiyyəti  digər  səbətli 

preslərlə  müqayisədə  daha  yüksəkdir  ki,  bu  da  təzyiqin  bütün 

radiuslar üzrə paylanması ilə əlaqədardır (Ģəkil 4.12). 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə