Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə42/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   180

 

~ 134 ~ 


 

dəyiĢdiricilər  tətbiq  olunur.  Burada  istilik  dəyiĢdirci  səth  spiral 

Ģəklində  burulmuĢ,  qalınlığı  2-4  mm  olan  2  incə  metal  vərəq 

arasında  əmələ  gəlir.  MDB  ölkələrində  belə  istilik  dəyiĢdiricilər 

istehsal olunmur. Onların itehsalı ilə Ġsveçrənin Alfa-Laval firması 

məĢğul olur. Bu firma tərəfindən buraxılan modellərdən biri ―spiral 

axını‖  qurğusu  olub,  əzintinin  isti  su  ilə  istiliyin  ötürülməsi  ilə 

qızdırılması üçündür.  

ġərab materialının isti və yaxud soyuqla iĢlənməsi üçün lövhəli 

pasterizator-soyuducudan istifadə olunur (Ģəkil 4.15). 

 

 

   Şəkil 4.15. Lövhəli pasterizator-soyuducu 



1-sıxılma plitələri; 2 və 3- pasterizə,istilik ötürmə və soyutma 

bölmələri arasındaki aralıq plitələr; 4-gövdə; 5-lövhələr 

 

ġirə  və  Ģərabı  sürətlə  aĢağı  temperatura  qədər  soyutmaq  üçün 



ultrasoyuducudan  istifadə  olunur  (Ģəkil  4.16).  Burada  məhsul 

ammonyak yaxud

 

freonun


 

buxarlanması hesabına soyudulur.  




 

~ 135 ~ 


 

 

          Şəkil 4.16. Ultrasoyuducu 



1-məhsul  üçün  boru;  2-kürəkli  qarışdırıcı;  3-soyutma 

agenti üçün köynək; 4-qarışdırıcıların ötürücüləri 

 

Filtrirasiya  aparatları  (filtrlər-süzgəclər)  fasiləli  və  fasiləsiz 

olmaqla  2  qrupa  bölünür.  Fasiləli  iĢləyən  filtrlər  öz  növbəsində 

vakkum,  nasos  yaxud  kompressorla  yaradılan  təzyiq  altında 

iĢləyənlər və maye sütununun təzyiqi altında iĢləyənlər olmaqla 3 

yerə  bölünür.  Nasos  yaxud  kompressorla  yaradılan  təzyiq  altında 

iĢləyən  filtrlərə  filrt-preslər  aid  olub,  onlar  da  kameralı  və  ramalı 

olmaqla  2  yerə  bölünür.  Maye  sütununun  təzyiqi  altında  iĢləyən 

filtrlər  –  dənəvər  təbəqəli,  filtrasiya  çənləri,  təbəqəli  yaxud  kisəli 

filtrlər olmaqla 3 qrupa bölünür.  

Fasiləsiz  iĢləyən  filtrlər  vakuum  və  təzyiq  altında  iĢləyənlər 

kimi fərqləndirilir. Təzyiq altında iĢləyən filtrlərə barabanlı filtrlər 

aiddir.  Vakuum  filtrlər  –  barabanlı,  diskli,  lentli  və  plan-filtrlər 

olmaqla 4 qrup üzrə sistemləĢdirilir.  

Rusiyada buraxılan məhsuldarlığı saatda 600 dal olan TI-FPO-6 

diskli filtri Ģərab zavodlarında istifadə olunmaqdadır (Ģəkil 4.17). 

Bu  filtrlərin  iĢləmə  ardıcıllığı  dünyada  buraxılan yuyub  ayırma 

filtrlərindən  prinsipcə  fərqlənməsə  də,  onun  süzmə  sürəti 

xaricdəkilərdən bir neçə dəfə yüksəkdir. 

Uzaq  xaricdə  buraxılan  diskli  filtrlər  diskə  asılmıĢ  kollektor 

valından  asılı  olaraq    iki  tipdə  hazırlanır:  vertikal  və  horizontal. 

Filtrləri  buraxan  firmalar  çoxdur:  Padovan,  Diemme,  Cadaipa 




 

~ 136 ~ 


 

SPA, Velo, Gianazza (Ġtaliya), Schenk- Filterban (AFR), Gasqnet, 

Ġmeca  Oenologie,  Clermont-  L  Herault  (Fransa),  National  Filter 

Corporation (ABġ), Carlson – Ford Limited (Böyük Britaniya) və 

b.     

 

 



 

                Şəkil 4.17. Diskli filtr T1-FPO-6 

1-şəbəkə;  2-val;  3-disk;  4,  5-paylayıcı;  6-şkaf;  7-

məhsul nasosları; 8-dozalaşdırıcı   

  

 




 

~ 137 ~ 


 

İKİNCİ

 HI

SSƏ

 

ŞƏRABIN ÜMUMI TEXNOL

OGIYASI 

Beşinci fəsil

 

ŞƏRABIN ƏHƏMİYYƏTİ, TƏRKİBİ VƏ TƏSNİFATI

 

5.1. 

Şərabın

 qida 



 

müalicəvi

 

xüsusiyyətləri

 

Ġndi  üzümlə  müalicə  geniĢ  yayılmaqla,  ampeloterapiya  adı  ilə 

tanınır. Üzümün qida və müalicəvi  xüsusiyyətləri üzüm Ģirəsində, 

Ģərabda və ondan alınan digər məhsullarda da saxlanır. 

Üzüm  Ģərabları  qida  və  müalicə  əhəmiyyətindən  baĢqa 

antiseptik  və  bakterisid  təsirə  də  malikdir.  Qırmızı  Ģərablar  ağ 

Ģərablara nisbətən daha çox antiseptik xassə daĢıyır ki, bu onların 

tərkibində  polifenolların  -  qırmızı  rəngləyici  maddələrin  və 

aqlükonların miqdarı ilə əlaqədardır. E.Hanzenə görə bu maddələr 

bakteriyalara standart fenol məhlulundan (1:10000) daha öldürücü 

təsir gücünə malikdir. 

 Böyük  alim  və  təbib  Ġbn  Sina  vaxtilə  Ģərabdan  müntəzəm 

istifadə etmiĢ, «köhnə Ģərab bədəni qidalandırır» deyə Ģərab içməyi 

məsləhət  görmüĢ  və  hətta  bəzi  xəstəlikləri  Ģərabla  müalicə 

etmiĢdir.  O,  cavanlara  nisbətən  yaĢlıların  daha  çox  Ģərab  qəbul 

etmək  imkanına  malik  olduğunu  və  Ģərabın  yaĢlılara  qüvvət, 

cavanlara isə zəiflik gətirdiyini xüsusi qeyd etmiĢdir. 

MəĢhur Azərbaycan alimi və təbib Kafiəddin Ömər ibn Osman 

(XI-XII  əsrlər)  ġamaxının  Məlhəm  kəndində  tibb  mədrəsəsi  və 

onun  nəzdində  müalicəxana  açmıĢdı.  Burada  üzüm  və  Ģərabdan, 

müxtəlif xəstəliklərin  müalicəsində  istifadə  olunmuĢdur.  Məsələn, 

qulaq  ağrısını  müalicə  etmək  üçün  Ģirin  nar  dənələrini  Ģərabda 

qaynadır  və  həvəndəstədə  yumĢalınca  döydükdən  sonra  alınan 

məlhəmi  qulağa  qoyurdular.  Böyrək  xəstəliyini  müalicə  etmək 

üçün  isə  biĢmiĢ  balqabaq,  yaxud  kökün  üzüm  Ģirəsi  ilə  yeyilməsi 

məsləhət görülürdü. 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə