Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə43/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   180

 

~ 138 ~ 


 

Orta əsr mənbələrində göstərilir ki, xəstə insanlar Ģərabı hər gün 

lakin  çox  az  miqdarda  –bir-iki  stəkan,  bəzən  isə  daha  az  yarım 

stəkan,  hətta  bir  qaĢıq  mıqdarında  içməlidirlər.  Hər  Ģey  konkret 

xəstəlikdən və həkimin müəyyən etdiyi müalicə üsulundan asılıdır. 

Respublikamızda  istehsal  olunan  yüksək  keyfiyyətli  desert 

Ģərablardan  (Azərbaycan,  Qara  çanax,  Mil  və  s.)  indi  də  xalq 

arasında  qanazlığına  və  bir  sıra  digər  xəstəliklərə  qarĢı 

müvəffiqiyyətli vasitə kimi istifadə edilir. 

1990-cı  illərdə  ABġ-da  fransız  paradoksı  adlandırılan 

tədqiqatların  nəticəsi  xalqa  çatdırıldı.  Burada  aparıcı  Amerika 

telejurnalisti  M.Seyferin  ―Fransızların  daha  çox  siqaret 

çəkmələrinə, yağlı yeməklər yemələrinə və aerobika ilə pis məĢğul 

olmalarına  baxmayaraq,  amerikalılara  nisbətən  2,5  il  çox 

yaĢamaları  və  40%  ürək-damar  xəstəliklərinə  az  tutulmalarının 

səbəbi nədir?‖ sualına Boston universitetinin professoru R.Elliotun 

cavabı sadə olmuĢdu: fransızların uzun ömürlüyünün sirri – yemək 

zamanı müntəzəm Ģəkildə qırmızı Ģərablardan istifadə etmələridir. 

Məlumdur  ki,  həmin  Ģərabların  tərkibində  dəyərli  polifenolların 

yüksək miqdarı qan damarlarını və  ürək toxumasını oksidləĢdirici 

proseslərin  əks  təsirindən  qoruyur.  VeriliĢ  və  sonrakı  çoxsaylı 

nəĢrlər  fransız  paradoksuna  və  Aralıq  dənizi  ölkələrinin  qidalan-

masına  (pəhrizinə)  canlı  marağa  səbəb  oldu.  Aralıq  dənizi 

ölkələrinin  qidalanmasında  isə  ilk  növbədə  onların  həyat  tərzi, 

fiziki  fəallığı,  təzə  meyvə  və  tərəvəz,  paxlalılar,  dənlilər,  yağlı 

olmayan  süd  məhsulları,  balıq  və  yeməklə  Ģərab  qəbulu  əsas  yer 

tutmuĢdur.  

Təəssüf ki, fransız paradoksu  yalnız qırmızı Ģərabların istifadə-

sinin  əlveriĢli  təsirinə  əsaslanırdı.  Sonralar  elm  sübüt  etdi  ki,  belə 

təsirə  eyni  zamanda  ağ  Ģərablar  da  malikdir.  Lakin  bu  proses  ağ 

Ģərabların biznesinə xeyli əks təsirini göstərmiĢ oldu.  

Çoxsaylı tədqiqatların nəticəsinə əsasən qeyd etmək olar ki, az 

miqdarda  Ģərab  içilməsi  ürək-damar  xəstəlikləri  ilə  yanaĢı,  insult, 

tromboz,  hiporteniya,  infarkt,  iĢemiya  və  baĢqa  xəstəliklərə 

ləngidici  təsir  göstərir,  soyuqlama  proseslərinin  səviyyəsini  aĢağı 

salır,  arteriyaların  geniĢlənməsini  sürətləndirir,  xeyirli  xolestrolun 




 

~ 139 ~ 


 

miqdarını  yüksəldir.  Məlum  olmuĢdur  ki,  Ģərabın  təsir  etdiyi 

xəstəliklərin  siyahısı  hələ  tamamlanmamıĢdır.  Həkimlər  son 

vaxtlar  müəyyən  etmiĢlər  ki,  qırmızı  Ģərablar  ağ  ciyərlər  üçün 

xeyirli olub, artıq çəki ilə mübarizədə də ən yaxĢı vasitədir. Ġtaliya 

stomotoloqlarının fikrincə, mötədil miqdarda Ģərab qəbulu kariyes 

üçün yaxĢı antibakterial təsir göstərir. 

Alabama Universiteti (ABġ) alimlərinin son tədqiqatları (2007) 

göstərir  ki,  qırmızı  Ģərablarda  olan  maddələr  xərçəng  riskini 

(xüsusilə  kiĢilərdə)  aradan  qaldırır.  Ġtaliya  alimləri  müəyyən 

etmiĢlər  ki,  populyar  qırmızı  Ģərablar  üçün  üzüm  sortları  yüksək 

miqdarda  yuxu  hormonu  –  melatominə  malik  olur.  Missuri 

Universitetinin alimləri aydınlaĢdırmıĢlar ki, qırmızı Ģərab insanları 

bir  çox  xəstəliklərdən,  xüsusən  qida  məhsullarında  məskunlaĢmıĢ 

xəstəlik törədici bakteriyalardan müdafiə edə bilir.  

Qocalığın  qabağını  necə  almalı  sualı  insanları  çox  qədimdən 

düĢündürür.  Ġspan  alimləri  bu  suala  tədqiqatlarla  cavab  tapmıĢlar. 

Onlar gənclik elekseri kimi qırmızı Ģərabı seçmiĢlər.  

2010-cu  il  üçün  müəyyən  olunmuĢ  müalicəvi  və  xəstəliklərə 

qarĢı  davamlı  beĢ  qidadan  biri  qırmızı  süfrə  Ģərabı,  digərləri  isə 

taxıl məhsulları, yağlı balıqlar, soya paxlası və yaĢıl çaydır. 

Ġtaliyanın  Pyer  Kardin  Ģirkəti  2010-cu  ildən  tərkibi  əsasən 

qırmızı Ģərablardan ibarət olan dodaq pomadaları istehsal edir. 

 Beynəlxalq  üzüm  və  Ģərab  təĢkilatının  nəznində  ―Ģərab  və 

sağlamlıq‖  bölməsi  yaradılmıĢdır.  Burada  həkimlərin  iĢtirakı  ilə 

Ģərabın insan orqanizminə təsirinin öyrənilməsi ilə bağlı çoxĢaxəli 

elmi-tədqiqat  proqramı  yerinə  yetrilir.  Hazırda  Ģərabla  müalicə 

(enoterapiya)  dünyada  geniĢ  yayılmaqla  insanların  sağlamlığının 

bərpa olunmasında və onların cavanlaĢdırılmasında Ģərab və Ģərab 

məhsullarından  istifadə  olunur.  Fransanın  gözəllik  və  Ģərabla 

müalicə institunda müalicə olunanlara qırmızı  Ģərab vannası  və s. 

müalicə üsulları tətbiq olunur. 

KeçmiĢ  SSRĠ-nin  rəhbəri  Stalin  daim  Gürcüstandan  gətirilmiĢ 

qırmızı süfrə Ģərabı (Xvançkara) içərdi. Napaleonun da Ģərabsevər 

olması tarixdən məlumdur. Napaleonun belə bir Ģüarı vardı: «Ģərab 

yoxdursa  –  əskər  yoxdur».  Ümummilli  lider  H.Əliyev  «Çernobl» 




 

~ 140 ~ 


 

qəzası  zamanı  Dövlət  Komissiyasının  sədri  kimi  iĢtirakçılara 

gündəlik müəyyən normada qırmızı Ģərab verilməsinə dair göstəriĢ 

vermiĢdi.  

Güclü  Ģərab  həvəskarı  olan  ABġ-ın  böyük  dövlət  xadimi 

B.Franklinə  (1706-1790)  məxsus  bir  aforizmdə  deyilir:  «Ģərab 

gündəlik həyatı asanlaĢdırır, onu az təhlükəli, az gərgin və dözülən 

edir».  


Fikrimizi  belə  bir  fransız  atalar  sözü  ilə  yekunlaĢdıra  bilərik: 

«Ģərab sevən qocalar həkim sevənlərdən çoxdur». 

 

5.2. 

Üzüm şərablarının tərkibi 

 

Hazırda üzüm və ondan alınan Ģərabın kimyəvi tərkibi dərindən 

öyrənilmiĢ  və  öyrənilməkdədir.  Məlum  olduğuna  görə  onların 

tərkibində  suda  həll  olmuĢ  vəziyyətdə  500-dən  çox  müxtəlif  üzvi 

və mineral maddələr vardır. Dad və texnoloji əhəmiyyəti baxımdan 

onları  iki  əsas  qrupda  birləĢdirmək  olar:uçucu  və  ekstrakt 

maddələri. 

Uçucu  maddələrə  400-ə  qədər  destillədə  ayrılan  maddələr, 

həmçinin  adi  temperaturda uçucu hala keçən maddələr aiddir.  Bu, 

etil  spirti  və  Ģərabın  aromatik  maddələri  adlandırılan-aldehidlər, 

ketonlar,  uçucu  turĢular,  ali  və  terpen  spirtləri,  fenol  turĢular  və 

mürəkkəb  efirlərdir.  ġərabın  aromatik  maddələrinin  kütləsi  üzü-

mün  efir  yağlarının  miqdarını  demək  olıar  ki,  10  dəfə  üstələyir. 

Onlar  əsasən  Ģirənin  qıcqırmasında,  Ģərab  materialının  formalaĢ-

masında və yetiĢdirilməsində əmələ gəlir.  



Ekstrakt  maddələri  Ģərabda  olan  üzvü  və  mineral  mənĢəli 

uçucu  olmayan  komponentlərin  cəmidir.  Ümumi,  gətirilmiĢ  və 

qalıq  ekstrakt  fərqləndirilir.  ġərabın  vacib  keyfiyyət  göstəricisi 

olub,  onun  naturallığı,  tipikliyi  və  dad  dolğunluğu  haqda  fikir 

yürütməyə  inkan  verir.  Ümumi  ekstrakt-  karbohidratların,  uçucu 

olmayan  turĢuların,  fenol,  azot  və  mineral  maddələrin,  həmçinin 

qliserin  və  digər  qeyri  uçucu  çoxatomlu  spirtlərin  (2,3-

butilenqlikol, sorbit,  inozit, mannit) ümumi  miqdarıdır. GətirilmiĢ 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə