Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə51/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   180

 

~ 162 ~ 


 

Ənənəvi kaqor Ģərabları üçün isə Avropa üslubunda yüngül turĢ 

süfrə  Ģərabları  alınmasına  imkan  verməyən  termovinifikasiya 

yararlıdır.  Termovinifikasiya  sistemindən  prinsipcə  baha  olmayan 

turĢ  süfrə  Ģərablarının  kütləvi  istehsalında  da  istifadə  etmək  olar. 

Termovinifikator  bütünlükdə  bir  saat  ərzində  rəng  və  ətir  maddə-

lərinin Ģirəyə nüfuz etməsini təmin etsə də, turĢ Ģərablar üçün arzu 

olunmayan (kaqorlar üçün vacib olan) «qaynadılmıĢ ton»un əmələ 

gəlməsinə səbəb olur.  Belə sistemlər Avropada  yüksək keyfiyyətli 

paslanmayan  poladdan  hazırlanmaqla  müasir  avtomat  sistemlə 

təchiz olunurlar.  

Ġlkin Ģərabçılığın vacib olan daha bir texnoloji mərhələsi Ģirənin 



duruldulmasıdır.  Məlumdur  ki,  durultma  çökdürücü  tutumlarda 

aparılmaqla, çökmə prosesini tezləĢdirmək üçün Ģirəyə bentonit və 

baĢqa  reagentlər  əlavə  edilir.  Ferment  preparatlarından  istifadə 

edilməklə  prosesin  daha  yaxĢı  gediĢinə  nail  olunur.  ġirənin 

duruldulmasının  axın  üsulu  da  məlumdur.  Lakin  Ģərabçılarımızın 

fermertlərlə  iĢləmə  təcrübəsi  çatıĢmadığından  bu  üsul  bizdə  hələ 

tətbiqini tapmamıĢdır.  

ġirə  durulduqdan  sonra  istilik  mübadiləedici  (istilik  dəyiĢici) 

sistemdən keçirilməklə soyudulur və qıcqırtma tutumlarına verilir. 

Müasir  qıcqırtma  tutumları  digər  ilkin  Ģərabçılıq  avadanlıqları 

sistemi kimi, köhnə sovet beton «tank» və dəmir «reaktor»larından 

əsaslı Ģəkildə fərqlənir. Yeni Ģərabçılıq tutum avadanlıqları mürək-

kəb  nəzarət  sistemləri  və  temperatur  rejiminin  tənzimləyiciləri  və 

Ģərab  materialını  iĢləməyi  xeyli  asanlaĢdıran  digər  avtomatlarla 

təchiz  olunmuĢdur.  Bununla  da  ilkin  Ģərabçılıq  dövrəsi  baĢa  çatır 

və bir sıra iĢlənmələrdən sonra Ģərab doldurulmağa hazır olur.  

 Keçən  onilliklər  ərzində  Avropa  Ģərabçılıq  texnologiyası  o 

dərəcədə  inkiĢaf  etmiĢdir  ki,  müasir  əzici  və  preslərin  yalnız 

xaricdən  gətirilməsi  mümkündür.  Rusiyada  yalnız  tutum  avadan-

lıqları,  həmçinin  qəbuledici  bunkerlər  buraxılır.  Bütün  yuxarıda 

sayılan  avadanlıqlar  MDB  məkanı  üçün  yalnız  son  illər  əlçatan 

olub, bu iĢə Rusiyada 2002-ci ildən baĢlanılmıĢdır.  

2003-cü  ildə  Rusiyada  bütün  dünyada  məĢhur  olan  Bucher 

Vaslin Ģirkətinin avadanlıqları meydana gəldi və bununla «Qaqus» 




 

~ 163 ~ 


 

Ģirkəti məĢğul idi. Hazırda bu firmanın əziciləri və presləri uğurla 

«Avropa», «Fanaqoriya» müəssisələrində iĢləyir. Son vaxtlar daha 

bir Fransa firması Reqa Rusiyada öz avadanlıqlarını qurmaqdadır.  

Ölkəmizin  qabaqcıl  müəssisələrində  (Gəncə  Ģərab  2,  ġərq 

Ulduzu, AbĢeron Ģərab və. s) müasir tipli avadanlıqlar qurulmuĢ və 

bu  iĢlər  durmadan  təkmilləĢdirilməkdədir.  YaxĢı  üzümdən  asan-

lıqla pis Ģərab hazırlamaq olar, pis üzümdən isə keyfiyyətli məhsul 

almaq çox çətindir.   

 

6.4. 



Şirənin qarışıqlardan təmizlənməsi

 

və duruldulması

 

Təzə  sıxılıb  çıxarılmıĢ  Ģirə  özünü  asılqan  Ģəkildə  olan  iri  və 

xırda  hissəciklərin  mürəkkəb  yarımdispers  sistemi  kimi  göstərir. 

Asılqan Ģəkildə olan iri hissəciklər lət və qabıq qırıntılarından, daĢ 

hüceyrələrindən, bütöv və əzilmiĢ toxumlardan və s. ibarətdir. Bu 

hissəciklər  Ģirənin  maye  fazası  ilə  zəif  əlaqəli  olub,  müxtəlif 

mexaniki təsirlərlə - seperasiya etməklə, kobud süzülmə, çökdürmə 

və s. kənar oluna bilər. 

Lətin  kiçik  hissəcikləri  və  həll  olan  kolloid  maddələri  (pektin, 

zülallar,  aĢı  və  rəng  maddələri  və  s.)  uzun  müddət  asılqan 

vəziyyətdə  qalaraq  Ģirəni  bulanlıq  edir.  Onları  kənar  etmək  üçün 

yalnız  mexaniki  təsirlər  kifayət  etməyib,  durultmanın  xüsusi 

metodları tələb olunur.  

Bütün növ lətsiz Ģirələr hazırlandıqda Ģirənin xarici görünüĢünü 

pozan  və  onun  gələcək  iĢlənməsini  çətinləĢdirən  iri  asılqan  hissə-

ciklərin  kənar  olunması  lazımdır.  Bu  proses  Ģirənin  təmizlənməsi 

adlanır. 

Kolloid  maddələr  Ģəffaf  «duruldulmuĢ»  Ģirələr  hazırlandıqda 

kənar edilir.  «DuruldulmamıĢ»  lopalı Ģirə  alınmasında  yalnız  Ģirə-

nin  təmizlənməsi  tətbiq  olunub,  kolloid  maddələr  və  xırda 

hissəciklər kənar olunmur. 

Flotasiya ilə durultma. Son illər Ģərabçılıqda, o cümlədən Ģirə-

ni  də  durultmaq  üçün  nisbətən  yeni  duruldulma  üsulu  –  flotasiya 

tətbiq  tapmıĢdır.  Bu  üsulda  durultma,  çökdürmədə  olduğu  kimi 



 

~ 164 ~ 


 

asılqan  hissəciklərinin  maye  və  bərk  fazaları  arasında  sıxlıqlar 

fərqindən istifadə olunur. Flotasiyada bərk asılqan hissəciklər onla-

ra birləĢən qaz qabarcıqları hesabına yüngülləĢərək, qanuna uyğun 

olaraq  yuxarıya  yerini  dəyiĢir.  ġirə  və  asılqanın  bərk  hissəciklə-

rinin eyni orta sıxlıqda flotasiya durulma prosesi daha sürətli gedir 

və  asılqan  hissəciklərdən  daha  tez  və  90-98%-li  durulmanı  təmin 

edir.  Flotasiya  üçün  azot,  arqon,  hava  və  s.  qazlardan  istifadə 

olunur. 

Durulducu  maddə  kimi  əsasən  bentonit,  jelatin,  silisium  dörd 

oksiddən istifadə olunur. Silisium 4-oksidlə jelatinin kombinə edil-

miĢ istifadəsi daha yaxĢı səmərə verir.  

Xaricdə  təzyiqli  flotasiya  üsulu  geniĢ  yayılmıĢdır.  Bu  üsulda 

durulducu maddələrlə iĢlənən Ģirə qazla doydurmaq üçün 500-600 

kPa təzyiq altında təzyiq rezervuarlarına vurulur. Bu məqsəd üçün 

həmçinin saturasiya qurğusundan istifadə edilə bilər. Ġtaliya firması 

TMCĠ  Padovan  üzüm  Ģirəsini  fasiləsiz  axımda  durultmaq  üçün 

təzyiq  flotasiyası  prinsipi  ilə  iĢləyən  Flottaflux  tipli  flotasiya  qur-

ğusu istehsal edir (Ģəkil 6.3).  

 

  Şəkil 6.3. Flottaflux flotasiya qurğusunun sxemi  



1-kobud  asılqanlardan  şirəni  təmizləmək  üçün  filtr;  2-ferment 

preparatlarının  dozatoru;  3-bentonit  suspenziyasının  dozatoru; 

4-jelatin  məhlulunun  dozatoru;  5-silisium  4  oksid  məhlulunun 

dozatoru;  6-saturasiya  kalonkası;  7-flotasiya  rezervuarı;  8-

vakuum seperatoru  

 



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə