Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə49/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   180

 

~ 156 ~ 


 

keçməsini  təmin  etməlidir;  sıxılma  müddəti  qısa  olmalıdır;  Ģirə 

oksidləĢmədən qorunmaqla optimal Ģirə çıxımı təmin olunmalıdır. 

 

6.3. 

Müasir

 

şərabçılıqda

 

üzümün

 ilkin 

emalı

 

Üzümün  ilkin  emalının  müasir  avadanlıqlarla  təminatı  köhnə 

sovet  dövrünün  səsli-küylü  ilk  emalını  az  xatırladır.  Ġlkin  emalın 

ümumi səciyyəsi aĢağıdakı ardıcıllıqla nəzərə çarpır. 

Plantasiyalardan  yığılan  üzüm  maksimum  sürətlə,  oksidləĢ-

mədən  və Ģirə itkisindən  qorunmaqla  zavoda  gətirilir.  Gilələrin  öz 

ağırlığı  ilə  əzilməməsi  üçün  daĢınmada  tutumu  1,5-2  ton  olan 

«lodka»  tipli  böyük  olmayan  qoĢqulardan  istifadə  olunur.  QoĢqu 

Ģərab zavodunun ərazisində tərəzidən keçirilir və qabaqcıl müəssi-

sələrdə  üzümdən  əlavə  olaraq  nümunə  götürənlə  nümunələr  götü-

rülür və ekspress üsulla turĢuluq, Ģəkərlik və s. təyin edilir.  

Çəkildikdən və nümunə götürüldükdən sonra üzüm qəbuledici - 

qidalandırıcı  bunkerə  boĢaldılır.  Müasir  bunkerlər  yüksək  keyfiy-

yətli paslanmayan poladdan hazırlanıb, nəinki üzümü əziciyə verən 

əsas  Ģneklə,  eyni  zamanda  əlavə  Ģneklərlə  (alt  kürəkli)  təchiz 

olunur. 


Üzümün  daxil  olduğu  növbəti  mərhələ  –  darağın  ayrılması  və 

əzilmədir. Müasir əzici-daraqayıranlar (ƏD) – köhnə avadanlıqlar-

da  iĢləmiĢ  Ģərabçılar  üçün  əsil  tapıntıdır.  Belə  müasir  maĢınlar 

yüngül, nəcib, mobil və həddindən çox funksionaldır. Müasir əzici-

daraqayıranların çoxunun konstruksiyası yaradıcılığa geniĢ meydan 

verir.  Onlar  əzilmədən  qabaq  darağı  ayırmağa,  həmçinin  bütöv 

salxımı əzməyə (Ģampan metodu) və hətta daraq ayrıldıqdan sonra 

giləni  əzməməyə  (məsələn,  ağ  sortların  sonrakı  karbon  qazı 

maserasiyası  üçün)  imkan  verir.  Daraqayırıcı  özünü  paslanmayan 

poladdan hazırlanan yüngül, olduqca gigiyenik və möhkəm pərdəli 

baraban  kimi  göstərir.  Barabanın  daxilində  üzərinə  spiralboyu 

bıçaqlar  qurulmuĢ  daraqayırcı  val  olur.  Bıçaqlar  xüsusi  rezin 

aĢqarlarla təchiz edilir. Mütəxəssislərin fikrincə bu, giləni daraqdan 

daha  yumĢaq  Ģəkildə  ayırmağa  imkan  verir.  Digər  tərəfdən,  belə 




 

~ 157 ~ 


 

aĢqarlar  çox  tez  təmizlənir.  Odur  ki,  iri  göndərici  Ģirkətlər  daraq-

ayırıcını iki variantda – aĢqarla və onsuz hazırlamağı təklif edirlər. 

Val  və  baraban  müxtəlif  sürətlər  və  müxtəlif  quruluĢlu  daraq-

ayırıcılarda  eyni  tərəfə  və  ya  əksinə  fırlana  bilir.  Bıçaqlar  üzümü 

döyərək  onu  daraqdan  ayırır  və  valda  olan  spiralĢəkilli  qurğu 

darağı maĢından konveyrə çıxarır. Gilələr isə baraban boyu hərəkət 

etdirilərək, onun deĢiklərindən keçir və əziciyə düĢür. 

Əzicidə  ulduzabənzər  formada  vallar  qurulur.  Bir  çox  müasir 

əzicilərin  valları  rezinəbənzər  plastik  materialdan  hazırlanır. 

Xüsusi  vinti  fırlatmaqla  vallar  arasındakı  məsafəni  dəyiĢir  (böyü-

dür  yaxud  kiçildirlər)  və  müxtəlif  üzüm  sortları  üçün,  Ģərabçının 

qarĢısına  qoyulan  vəzifədən  asılı  olaraq  əzilmə  rejimi  yaradılır. 

Əziciyə qoyulmuĢ müdafiə sistemi ona kənar maddələr düĢəməsi-

nin və qırılmasının qarĢısını alır. Vallar arasına kənar əĢya düĢərsə, 

mühərrikə  düĢən  güc  artır  və  maĢın  avtomat  Ģəkildə  dayanaraq 

valların qırılmasının qarĢısını alır. 

Digər avadanlıqlar kimi əzici-daraqayıranları da seçəndə həmin 

maĢınların keyfiyyətli hazırlanmasına diqqət yetirilməlidir. Müasir 

əzicilərin  konstruksiyası  demək  olar  ki,  əsaslı  Ģəkildə  fərqlənmir. 

Lakin  həmin  avadanlıqların  hazırlanma  keyfiyyəti  müxtəlif  ola 

bilər (Ģəkil 6.1, 6.2).  

Daraq  ayrıldıqdan  və  əzilmədən  sonra  ağ  və  qırmızı  üzüm 

sortlarının  yolları  texnologiyaya  uyğun  olaraq  ayrılır.  Əzilmədən 

sonra  ağ  sortların  əzintisi  xüsusi  nasosla  dərhal  preslənməyə 

verilir.  XırdalanmıĢ  əzintini  ötürən  nasoslar  son  illər  böyük  təka-

mülə  məruz  qalmıĢlar.  Müasir  Ģərabçılıqda  yığcam,  tam  avtomat-

laĢdırılmıĢ  müxtəlif tipli  əzinti nasoslarından (Ģnekli) istifadə olu-

nur  ki,  onlarla  müqayisədə  sovet  porĢenli  ПМН-28  nasosları  əsil 

nəhənglərə bənzəyir. 

 



 

~ 158 ~ 


 

          

 

 

      Şəkil 6.1. Darağın ayrılaraq        Şəkil 6.2. Nizamlanan qıcqırma və şərabın  

                      üzümün əzilməsi 

                   saxlanması üçün rezervuarlar  

 

  

Qeyd  olunduğu  kimi  bir  çox  hallarda  ağ  üzüm  sortlarının 

əzintisi  əzilmədən  sonra  presə  verilir.  Presi  üzüm  emalı  xəttinin 

tam  mərkəzi  maĢını  adlandırmaq  olar.  Prinsipcə  Ģərabçı  əzilməsiz 

də  keçinə  bilər  və  bu  halda  üzümü  bütöv  salxımlarla  sıxa  bilər, 

lakin pressiz keçinmək mümkün deyildir. Preslərin konstruksiyası 

ilə  bağlı bu günə  qədər  Ģərabçılarda fərqli  fikirlər mövcuddur. Bir 

çox  Avropa  Ģərabçılığında  bu  günə  qədər  köhnə  vertikal  səbətli 

preslərdən  istifadə  olunmaqdadır.  Rusiya  və  MDB-nin  bir  sıra 

zavodlarında isə hələ də fasiləsiz iĢləyən Ģnekli preslərdən istifadə 

olunur.  Bu  baxımdan  Avropaya  nəzər  salsaq  horizontal  hidravlik 

presləri  görə  bilərik.  Lakin  bu  gün  bütün  dünyada  daha  geniĢ 

yayılan fasilə ilə iĢləyən pnevmatik membran tipli preslərdir.          



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə