Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə52/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   180

 

~ 165 ~ 


 

Qurğu kobud asılqanlardan təmizləmək üçün öz-özünə təmizlə-

yən  filtrdən;  ferment  preparatının  dozatorundan  durulducu  maddə 

məhlullarının (jelatin, silisium 4 oksid) və bentonit suspenziyasının 

nasos  dozatorundan;  saturasiya  kalonkasından,  flotasiya  rezervu-

arından, duruldulmamıĢ, duruldulmuĢ və maye çöküntüləri vurmaq 

üçün  nasosdan,  yapıĢqan  maddələr  və  flotasiya  məhsulları  üçün 

tutumdan,  boru  ötürücülərdən  və  elektroavadanlıqlardan  ibarətdir. 

Qurğu mərkəzləĢdirilmiĢ yuma sistemi ilə təchiz olunur. Flotasiya 

məhsullarının  götürülməsi  vakuum  sormanın  köməyi  ilə  (tozsoran 

prinsipi ilə iĢləyən) həyata keçirilir.     

Elektroseperasiya,  yaxud  elekroflotasiya  Ģirədən  sabit  elektrik 

cərəyanı  buraxmaqla,  asılqan  vəziyyətdə  olan  hissəciklərin  təmiz-

lənməsinə  deyilir.  Bu  məqsədlə  xüsusi  qurğudan  istifadə  olunur 

(Ģəkil 6.4).  

 

     Şəkil 6.4. Elektroflotasiya qurğusunun sxemi 

1-köpük; 2-duruldulan şirə; 3-elektrodlaraası boşluq; 4-qabın  

korpusu; 5-paslanmayan poladdan xırda yumartavari katod;  

6-qrafit anod; 7-duruldulmuş şirəni buraxan ventil. 

 

Qurğunun elektrodları sabit cərəyana birləĢdirilir. ġirədən keçən 



cərəyan,  onda  olan  suyun  bir  hissəsini  elektrolizə  uğradır.  Elek-


 

~ 166 ~ 


 

trokimyəvi  reaksiyalar  nəticəsində  müsbət  elektrodda  oksigen, 

mənfi  elektrodda  hidrogen  ayrılır.  Elektrodların  səthində  yaranan 

qaz qabarcıqları yuxarı qalxdıqca öz yollarında rast gəldikləri, asılı 

hissəciklərlə  adsorbsiya  olunur  və  onları  Ģirənin  səthinə  qaldırır. 

Qabarcıq  əmələ  gəlməsi  50-60

0

C  temperaturda  10  dəqiqə  müddə-



tində,  20  A/sm

2

  cərəyan  Ģiddətində  intensiv  gedir.  Ümumiyyətlə, 



elektroseperasiya Ģirənin temperaturundan asılı olaraq, təqribən 10-

30  dəqiqə  davam  edə  bilir.  ġirənin  temperaturunun  yüksəlməsi 

prosesi sürətləndirir. 

Sentrifuqadan  keçirmə  (seperasiya)  Ģirədə  asılı  vəziyyətdə  

olan  müxtəlif  hissəciklərin  kənar  edilməsi  üçün  tətbiq  olunur.  Bu 

proses  Ģirə  alınan  kimi,  yaxud  fermentativ  və  ya  isti  iĢlənmədən 

sonra aparıla bilər. Sonuncu halda sentirifuqa etdikdə Ģirədən lətin 

asılı Ģəkildə olan hissəcikləri ilə bərabər, qızdırılmada pıxtalaĢmıĢ 

zülal və aĢı maddələri də kənar olunur.  

Lətli  Ģirələr,  məhsula  daha  bircinsli  konsistensiya  vermək 

məqsədilə,  lətin  daha  iri  hissəciklərini  kənar  etmək  üçün, 

sentirifuqadan keçirilir.  

Sentirifuqanın iĢi, onun barabanının fırlanması hesabına yaranan 

mərkəzdənqaçma  qüvvəsindən  istifadəyə  əsaslanır.  ġirədə  asılı 

vəziyyətdə olan lət hissəcikləri, kollolid və digər maddələr, Ģirənin 

maye  fazasına  nisbətən  böyük  sıxlığa  malik  olub,  sentirifuqa 

barabanının  firlanmasından  yaranan  mərkəzdənqaçma  qüvvəsinin 

təsiri  altında  mərkəzdən  atılır  və  barabanın  divarlarına  çökür. 

Asılqan  hissəciklərdən  azad  olan  Ģirə  isə  barabana  çıxır.  Müasir 

sentirifuqalarda  baraban  6500-7000  dövr/dəq  tezliklə  fırlanır. 

Hazırda  nisbətən  az  qarıĢıqlara  malik  durulmuĢ  və  durulmamıĢ 

Ģirələri  iĢləmək  üçün  yüksək  məhsuldar,  özü  təmizləyən,  fasiləsiz 

iĢləyən boĢqablı sentirifuqadan istifadə olunur. Belə sentirifuqalar 

yarımavtomat, yaxud avtomat iĢ rejimində hazırlanır. 

ġirəni  durultmaq  və  onun  hava  ilə  təmasını  aradan  qaldırmaq 

məqsədilə hermetik seperatorlardan istifadə  olunur. ġirəni, həmçi-

nin  ordinar  Ģərablar  üçün  Ģərab  materialını  durultmaq  məqsədilə 

A1-VSZ sepertorları istifadə olunur (Ģəkil 6.5).   

Seperator  təzyiq  altında  çöküntünün  ritmik  yüklənməsi  ilə  du-




 

~ 167 ~ 


 

rulmuĢ  Ģirə  yaxud  Ģərab  materialının  götürülməsi  prinsipi  ilə  iĢlə-

yir. Seperatorun məhsuldarlığı saatda 600 dal-dır. Seperator Ģirədə 

asılqanların kütlə payının 2%-ə qədər azaltmağa imkan verir.      

Əgər Ģirə əvvəlcədən kobud qarıĢıqlardan təmizlənərsə, separa-

torların məhsuldarlığı artır. MDB ölkələrində hələlik sentrifuqa və 

seperatorlardan geniĢ istifadə olunmur. 

Sentrifuqa və seperatorların əsas istehsalçı firmaları Alfa- Laval 

(Ġsveçrə),  Ġmma  (Ġtaliya),  Fonguerne  Garand  (Fransa),  Westfalia 

Seperator Food Tec Gmbh (AFR) və b. Sentrifuqalar horizontal və 

vertikal vəziyyətdə istehsal olunur.  

 

 



                        Şəkil 6.5. Separator A1-VSZ:  

1-ötürücü  mexanizmlə  gövdə;

 

2-stanina  kasası;  3-

seperatorun qapağı; 4-baraban; 5-qəbuledici ötürücü 

qurğu; 6-çöküntü qəbuledici; 7-val 

 

Sentirufuqanın  nisbətən  təzə tipi  dekanterlərdir. Yüksək miq-



dar  iri  hissəcik  və  çöküntüyə  malik  məhlulları  fasiləsiz  sentiri-


 

~ 168 ~ 


 

fuqadan keçirmək üçündür (Ģəkil 6.6). Özünü horizontal yerləĢmiĢ 

barabanlı, Ģnekli sentirifuqa kimi göstərir. ġirə Ģnekin mərkəzində 

olan boru ilə dekanterə daxil oıur. ġirənin durulma dərəcəsi, boru-

nu  Ģnekin  qabaq  və  dal  tərəfində  hərəkət  etdirməklə  nizamlanır. 

ġirə Ģnek və arasındakı boĢluğa düĢür və mərkəzdənqaçma qüvvə-

sinin  təsiri  ilə  iri  hissəciklər,  surətlə  barabanın  divarlarına  çökür. 

ġnek,  barabana  nisbətən  bir  neçə  dəfə  tez  (40  dövr/dəq,  yaxın) 

fırlanmaqla  iri  hissəcikləri  barabanın  qurtaracağına  itələyir  və 

hissəciklər  çıxıĢ  borusu  vasitəsilə  oradan  kənar  edilir.  Baraban  və 

Ģnekin  fırlanma  tezliyindəki  fərq,  məhsulun  dekanterdə  olması 

üçün  tələb  olunan  müddətdən  asılı  olaraq  dəyiĢir.  ġnekin  surətlə 

firlanmasında kobud hissəciklər dekanterdə az müddətdə qalır. Bu 

isə  Ģirə  çıxımını  azaldır.  Fırlanma  tezliyində  tələb  olunan  fərq, 

xammalın  növündən,  qabaqcadan  iĢlənmə  üsulundan  və  Ģirənin 

durulma dərəcəsindən asılı olaraq təcrübi yolla müəyyən olunur.  

 

 

 



 Şəkil 6.6. Dekanter  

1-remen  ötürmələri;  2-barabanın  konus  hissəsi;  3-baş 

ötürücü  elektrik  mühərikki;  4-duruldulmuş  şirənin 

götürülmə borusu; 5-şnek; 6-baraban; 7-əzinti ötürən boru; 

8-korpus; 9-ikinci elektrik müərriki 

 



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə