Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə39/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   180

 

~ 123 ~ 


 

alınan  Ģirələr  adətən  I,  II  və  III  təzyiqlə  alınan  Ģirələr  kimi 

fərqləndirilir. Bu Ģirələr bir və ya ayrı-ayrı yığıla bilər. ġirələr Ģirə 

toplayıcıdan  elektronasos  aqreqatın  köməyilə  sonrakı  texnoloji 

əməliyyatlar üçün nəql edilir.     

Üzüm emalı ilə məĢğul olan müəssisələrin çoxu mərkəzdənqaç-

ma qüvvəsi ilə iĢləyən əzici-daraqayıranlarla (ЦДГ-20) və fasiləsiz 

iĢləyən üzüm sızdırıcısı ilə (BCH-20) komplektləĢdirilmiĢdi. Gürcü 

müəssisələrindən biri nisbətən az miqdarda vallı əzicilər (ВДГ-20) 

buraxırdı  ki,  bu  da  müəyyən  qədər  Ġtaliya  və  Fransada  yayılmıĢ 

əziciləri xatırladırdı.  

Əzici  maşınlar  fasiləli  və  fasiləsiz  iĢləyən  olmaqla,  iki  qrupa 

bölünür. Fasiləsiz iĢləyənlər vallı- və mərkəzdənqaçma qüvvəsi ilə 

iĢləyən  əzici-daraqayıranlar;  fasiləli  iĢləyənlər  isə  yalnız 

mərkəzdənqaçma qüvvəsi ilə iĢləyən əzicilər kimi fərqləndirilir.  

Vallı  əzici-daraqayıranlar  üzəri  yeyinti  rezini  ilə  qapanmıĢ  və 

bir-birinə  qarĢı  fırlanan  2-4-6  valdan  ibarət  qurğudur.  Vallar 

arasındakı  məsafə  üzümün  sortundan  və  tələb  olunan 

məhsuldarlıqdan asılı olaraq dəyiĢir və tənzimlənir. Hazırda MDB-

nin  Ģərab  zavodlarında  daha  geniĢ  yayılan  vallı  əzici  daraqayıran 

B2-VD2Q-20  olub,  məhsuldarlığı  saatda  20  tondur.  O,  əzicidən, 

daraqayırandan, əzinti qəbuledicidən, bir yerdə yığılmıĢ rama və üz 

hissədən  ibarətdir  (Ģəkil  4.7).  Xaricdə  çox  vaxt  üzümün  emalında 

əvvəlcə  darağın  ayrılması,  sonra  gilənin  əzilməsindən  istifadə 

edilir.  Bu  sxem  üzrə  üzümü  emal  etmək  üçün  vallı  daraqayırıcı  -

əzici  tipi  tətbiq  olunur.  Məsələn,  Diemme  firması  (Ġtaliya)  dörd 

modeldə Karra tipli məhsuldarlığı saatda 10-dan 90 tona qədər olan 

vallı daraqayırıcı-əzicilər istehsal edir. (Ģəkil 4.8). 

MaĢın  daraqayırıcıdan,  vallı  əzicidən,  vintili  əzinti  nasosundan 

və  nəqletdrici  Ģnekdən  ibarətdir  Karra  tipli  maĢınlarda  əvvəlcə 

darağın  ayrılma  prosesi  sonra  isə  gilənin  əzilməsi  baĢ  verir. 

MaĢının  konstruksiyası  daraqayıranı  dayandırmağa  və  üzümün 

əzilməsinin  daraqla  birgə  aparılmasına  imkan  verir.  Belə 

maĢınlardan istifadə edilməsi göstərir ki, əzilmədən əvvəl darağın 

ayrılması gilənin əzilmə səviyyəsinin yüksəlməsinə zəmin yaradır, 

darağın nəmliyini azaldır və nəticədə Ģirə itkisini, həmçinin Ģirədə 



 

~ 124 ~ 


 

olan  asılqan  və  arzuolunmaz  maddələrin  miqdarının  azalmasını 

təmin edir. 

 

 



Mərkəzdənqaçma  qüvvəsi  ilə  iĢləyən  əzici-daraqayıranlar 

(SDQ-20)  bir-birinin  üzərində  yerləĢən  4  vertikal  slindrdən  ibarət 

olub, xaricdən maĢının korpusunu təĢkil etməklə, daxildən üzərinə 

qısa  qamçılar  bərkidilmiĢ  fırlanan  vertikal  valdan  ibarətdir  (Ģəkil 

4.9). Mərkəzdənqaçma qüvvəsi nəticəsində intensiv zərbəyə məruz 

qalan  salxım  əzilərək  əzinti  və  darağı  ayrılır.  Mərkəzi  slindrin 

dəlinmiĢ səthindən keçən əzilmiĢ gilə və Ģirə əzinti toplayıcıya, da-

raq isə fırlanan üfüqi kürəklər vasitəsilə daraq konveyrinə ötürülür.  



Sızdırıcılar fasiləli və fasiləsiz iĢləyənlər olmaqla fərqləndirilir. 

Fasiləli sızdırıcılar kameralı və səbətli olur. Fasiləsiz sızdırıcılar isə 

barabanlı, Ģnekli və lentli olmaqla qruplaĢdırılır.  

ġnekili  iĢçi  orqanlı  sızdırıcılar  Ukrayna,  Rusiya,  Gürcüstan, 

Ġtaliya, Fransa, Ġspaniya, ABġ, Almaniya, Bolqarıstan, Macarıstan 

və b. ölkələrdə buraxılır. ġnekli sızdırıcıların əsas göstəricilərindən 

biri Ģirə çıxımıdır. MDB ölkələrində bu göstərici 1ton üzümdən 50-

55  dal,  uzaq  xaricdə  60  dal  təĢkil  edir.  KeçmiĢ  SSRĠ-də 

məhsuldarlığı  saatda  10  tondan  100  tonadək  olan  VSSġ  və  VSN 

Ģnekli sızdırıcıları buraxılırdı (Ģəkil 4.10). 

Xaricdə  müxtəlif  məhsuldarlığa  malik  Ģlneliki  sızdırıcıları 

aĢağıdaki  firmalar  buraxır:  Diemme,  Siprem,  Sernagietto,  Garolla 

(Ġtaliya);  Marzola,  Lorza  (Ġspaniya);  Gog  et  Cie,  Blachere,  Pera, 



 

~ 125 ~ 


 

Mabille (Fransa); Schenq (AFR) və b. 

 

Şəkil 4.9. Zərbəli-mərkəzdənqaçma əzici-daraqayıranın sxemi 

 

 



 

     Şəkil 4.10.  Şnekli sızdırıcı VSSŞ-20 

1-şirənin  götürülməsi  üçün  boru;  2-ötürücü;  3-əzintinin 

vurulması üçün boru; 4-bunker; 5-şnek; 6-dəlinmiş slindr; 7-

dəlinmiş konus; 8-çıxma yolu; 9-şirə toplayıcısı; 10-gövdə 

 

 



 

~ 126 ~ 


 

Son  illər  xaricdə  Materiel  Pera  S.A.  firmasının  təkif  etdiyi 

Ģnekli sızdırıcılar istifadə olunmaqdadır. Firma sızdırıcıları tutumu 

80,  150  və  250  hl  olmaqla  3  modeldə  buraxır.  Üzümün  ümumi 

miqdarına  görə  ayrılan  Ģirə  85%  təĢkil  edir.  Sıcdırıcıdan  Ģirənin 

həm bütöv salxımdan, həm də əzildikdən sonra ayrılması, əzintidən 

daraq  kənarlaĢdırıldıqdan  sonra,  həmçinin  maĢınla  yığılmıĢ 

üzümdən Ģirə almaq üçün istifadə olunur.    



Preslər  (sıxıcılar)  iĢ  prinsipinə  görə  fasiləli  və  fasiləsiz  olur. 

Fasiləli preslər hidravlik və pnevmatik olmaqla iki yerə bölünür və 

onların da hər ikisi səbətli (kameralı) olur. Fasiləsiz iĢləyən preslər 

Ģnekli, lentli və mexaniki ola bilir. ġnekli preslər bir Ģnekli və iki 

Ģnekli; mexaniki preslər isə vintli, yuxarı və aĢağı təzyiqli preslər 

kimi  fərqləndirilir.  MDB  ölkələrində  son  vaxtlara  qədər  Ģnek  tipli 

fasiləsiz  preslərdən  (VPO-20,  VPO-30)  istifadə  olunmaqdadır.  Bu 

preslər daxil  olan  əzintini  mailli,  yaxud  horizontal  slindrdə  yavaĢ-

yavaĢ fırlanan bir və ya iki Ģnekin köməyi ilə sıxır (Ģəkil 4.11). 

  

 



Şəkil 4.11. Fasiləsiz işləyən şnekli pres VPO-20A                                                             

1-rama;  2-reduktor;  3-elektrik  mühərriki;  4-bunker;  5-

KORPUS; 6-dəlinmiş baraban; 7-sıxıcı şnek; 8-bağlayıcı konus; 

9-hidroslindr;  10-nasos;  11-dayaq;  12-xırda  dəlinmiş  baraban; 

13-altlıq; 14-nəqletdirici şnek 

 

Ağır mərkəzdənqaçma qüvvəsi ilə iĢləyən əzicilər kütləvi beton 



özüllər üzərinə qurulur, preslər daxildən tunc Ģneklə təchiz olunur 

ki,  onun  da  çəkisi tondan  yuxarı  olur.  ―Səxavətli‖  sovet  hökuməti 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə