Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə67/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   180

 

~ 212 ~ 


 

üçün isə YAK-3 markalı süzgəc materialı istifadə olunur.  



Süzücü  kardon  –  Ģərabçılıqda  geniĢ  istifadə  olunur.  400x800 

və  510x620  mm  ölçülü  nazik  təbəqə,  həmçinin  xarici  diametri 

605±2 mm və daxili 69±0,5 mm ölçülü dairə formasında hazırlanır. 

Süzücü  kardonun  tərkibinə  müxtəlif  üsullarla  iĢlənmiĢ  sellüloza, 

xrizotil azbesti və xırdalanmıĢ diatomit daxildir.  

Lövhəli süzgəclərdə süzücü lövhə kimi T və ġ  markalı kardon 

tətbiq  olunur.  T  kardonun  məhsuldarlığı  ġ-yə  nisbətən  25-30% 

yüksəkdir.  Sterilizə  məqsədli  süzmədə  ġ  markalı  lövhə  və  tərki-

bində diatomit olan KTF-1, KTF-2, KOF-3, KFġ markalı lövhələr-

dən  istifadə  olunur.  Ölkəmizdə  həmçinin  «Seitz»  firmasının 

(Almaniya) buraxdığı lövhələrdən də geniĢ istifadə olunmaqdadır. 

Süzülmə  prosesində  Ģəraba  daxil  olan  oksigenin  miqdarını 

azaltmaq  məqsədilə  yüksək  məhsuldar  nasos  və  süzgəclərdən 

istifadə  olunaraq  süzmənin  qısa  müddətdə  baĢa  çatmasına  nail 

olunur. 

Membran  süzgəclərin  hazırlandığı  material  süzülmənin 

səmərəsinə əsaslı təsir göstərir. Bu baxımdan dünyanın ən qabaqcıl 

firmaları səmərəli iĢlər aparmaqla,bəzi membranlar istehsal edərək 

,  istifadəyə  vermiĢlər.  Sellüloza  əsasında  ABġ-ın  ―Abkor‖  firması 

–HFA-100  və  HF-300;  AFP-in  ―ġlyayxer  və  ġul‖  firması  E142, 

E141,  AS64,  AS62,  AS63,  AS61;  Danimarkanın‖DDC‖  firması- 

500, 600, və 800 markalı membranlar istehsal edir. 

MDB-nin  ―Polimersintez‖  Elm  istehsalat  Birliyi  -  YAM-50M, 

YAM-100M, YAM-150M, YAM-200M, YAM-500M markalı ase-

tat-sellüloza  membranları  buraxır.  Asetatsellüloza  membranlarının 

müsbət cəhətləri ilə yanaĢı, bir sıra çatıĢmazlıqları da mövcuddur. 

Belə  ki,  onlar  PH  yalnız  4,5-8,8  olduqda  iĢləməklə,  bir  çox 

həlledicilərə və mikroorqanizmlərə kifayət qədər davamlı deyillər. 

Bundan  baĢqa,  yarımçıq  qurulduqda  belə,  onların  məsamələyinin 

azalması davam edir.  

Hazırda  poliamid  membranlar  geniĢ  tətbiq  olunmaqdadır.  Bu 

tipli-  poiamid  və  polimid  membranlar  -  ―Dorr  Oliver‖,  ―Dou‖, 

―Abkor‖,  ―Amikon‖  (ABġ)  firmaları  tərəfindən  istehsal  olunmaq-

dadır.  MDB-də  ―Xim  volokno‖  fenil-2s-poliamiddən  ibarət  mem-



 

~ 213 ~ 


 

brana  malik  YVA  markalı  lifli  ultirafiltirasiya  aparatı;  ―Polimer-

sintez‖ EĠB isə, YPM  markalı poliamid ultirafiltirasiya membranı 

istehsal  edir.  Poliamid  membranlar,  əsaslara  kimyəvi  baxımdan 

yüksək davamlı olmaqla, mineral turĢulara davamlılığı pis deyildir. 

OksidləĢdiricilərin təsirinə dözümsüz olub, bərpası çətinlik törədir. 

Asetatsellüloza membranlarına nisbətən keçiriciliyi zəifdir.  

Müasir  membranlar  üçün,  əsas  material  polisulfondur.  Dünya-

nın  polisulfon membran  istehsal edən nəhəng firmaları aĢağıdakı-

lardır:  ―Asaxi  kasey‖,  ―Torey‖,  ―Kurare‖,  ―Nitto  denko‖,  ―Misu-

busi  reyon‖  (Yaponiya);  ―DealineyĢi‖,  ―Dou‖,  ―Osmoniks‖, 

―Romikon‖ (ABġ). Bu membranlar yüksək temperatur (80-100

0

C) 


və  geniĢ  PH  diapazonunda  (1-13)  səmərəli  iĢləyirlər.  Onlar 

oksidləĢdiricilərə yüksək davamlı olmaları ilə də seçilirlər. 

Hazırda,  yüksək  istismar  və  ayırıcı  xassələrə  malik,  kombinə 

edilmiĢ  polisulfonomid  membranlarının  buraxılmıĢı  üçün  iĢlər 

aparılmaqdadır. 

Qeyri-üzvü  maddələrdən  də  membranlar  buraxılmaqdadır.  Bu 

membranlar, əsasən keramika, ĢüĢə  və  metaldan hazırlanır. Qeyri-

üzvü  və  üzvü  membranların  qarıĢığından  da  bir  neçə  tip  mem-

branlar hazırlanmıĢdır.  

Qeyri-üzvü membranlar, yüksək təzyiqə (1,5 MPa, bəzi hallarda 

5 MPa-a qədər), temperatura (350

0

C-dən yüksək) və müxtəlif üzvü 



həlledicilərə  davamlı  olmaqla,  PH-ın  geniĢ  diapazonunda  iĢləmə 

imkanına malikdirlər. 

 

10.1.1.2. 

Filtrlər

 (

süzgəclər

 ġərabçılıq  sənayesində  əsasən  fasiləli  iĢləyən  süzgəclərdən 

istifadə olunur. Onlar vəzifəsinə (durulducu, sterilizəedici), süzgəc 

təbəqəsinə  (yumĢaq,  parça,  yarımməsaməli  və  bərk  təbəqəli), 

təzyiq yaratma üsuluna və quruluĢuna görə fərqlənir. 

Fasiləsiz iĢləyən süzgəclərdən Ģərabçılıqda tətbiq olunan kame-

ralı avtomat sıxıcı-süzgəc və vakuum-süzgəclərdir. Hər ikisi maya 

çöküntüsünü  ayırmaq  üçün  aparılan  kobud  süzmədə  tətbiq 




 

~ 214 ~ 


 

olunmaqla, Ģərabçılıqda kifayət qədər geniĢ yayılmıĢdır. 



Yuyub  ayırma  süzgəcləri.  Fasiləli  iĢləyən  süzgəclər  olub, 

istifadə  olunan  süzücü  təbəqəyə  görə  parça  və  bərk  arakəsməli 

olurlar.  Birinciyə  misal  olaraq,  ilkin  Ģərabçılıqda  olduqca  geniĢ 

yayılmıĢ SMF-600 ikinci qrupa isə FPO-6 markalı süzgəci göstərə 

bilərik.  SMF-600  süzgəci  slindrĢəkilli  rezervuardan  və  onun 

daxilində  quraĢdırılmıĢ  süzücü  elementlərdən  (arakəsməli  tor  ilə 

parçadan qayrılmıĢ çexoldan) ibarətdir. 

Bu  süzgəclərdə  süzücü  kütlə  rolunu  42  ədəd  arakəsməli  tor  ilə 

parçadan  qayrılmıĢ  çexol  oynayır.  ġərab  həmin  çexollardan 

keçirilərək  süzülür.  Süzülmə  prosesində  çexollar  çirkləndiyindən 

Ģərabın  keçməsi  çətinləĢir,  rezervuarda  təzyiq  yüksəlir  və  ayrılan 

süzüntünün  miqdarı  azalır.  Təzyiq  0,18  MPa  çatdıqda  süzülmə 

dövrünün  baĢa  çatdığı  məlum  olur.  Növbəti  mərhələdə  çexollar 

yuyulur və kompressordan istifadə etməklə qurudulur. 

Bərk  arakəsməli  yuyub  ayırma  süzgəclərində  (FPO-6),  əvvəl-

kindən  fərqli  olaraq  Ģərab  bərk  arakəsmələrdən,  daha  doğrusu, 

diatomit təbəqəsindən süzülür. Süzgəc rezervuardan, onun daxilin-

də  yerləĢdirilmiĢ  süzücü  elementlərdən,  diatomit  suspenziyası  ha-

zırlayan  qarıĢdırıcı  rezervuardan,  Ģərabı  və  suspenziyanı  vuran 

nasosdan ibarətdir. Qurğuda baxıĢ aynası da mövcuddur. 

Süzücü elementlər iri metal ələklərdən təĢkil olunmuĢ lövhələr 

kimi  özünü  göstərir.  Ġri  ələk  hər  iki  tərəfdən  xırda  metal  ələklərlə 

kipləĢdirilmiĢdir.  Məhz  diatomit  həmin  xırda  ələklərin  üzərinə 

yaxılır. 

Süzməyə  baĢlamazdan  əvvəl  süzgəc  hazırlanmalıdır.  Bu  məq-

sədlə  lövhələrin  üzərinə  süzgəc  materialı  yaxılır.  Bu  süzgəclərdə 

YAK-1,  YAK-2  və  YAK-3  markalı  süzücü  liflərdən  istifadə 

olunur. Onlarda azbest, yaxud diatomitin miqdarı uyğun olaraq 70, 

40 və 30% təĢkil edir. 

Ümumiyyətlə,  istər  parça,  istərsə  də  bərk  arakəsməli  yuyub 

ayırma süzgəclərinin iĢ prinsipi eynidir. 

Lövhəli  sıxıcı  süzgəclər.  ġərabçılıq  sənayesində  yarımkeçirici 

arakəsməli bu tip süzgəclərdən geniĢ istifadə olunur. Onlar müxtə-

lif  quruluĢ  və  markalarda  buraxılmasına  baxmayaraq,  iĢləmə 



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə