Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə66/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   180

 

~ 209 ~ 


 

Onuncu fəsil

 

ŞƏRABIN DUDULDULMA VƏ SABİTLƏŞDİRİLMƏ 

ÜSULLARI

 

Hazır  Ģərabın  əsas  keyfiyyət  göstəricilərindən  biri  onun  duru 

olması və bu xassənin uzun müddət saxlamasıdır. ġərabı durultmaq 

üçün  aĢağıdakı  texnoloji  üsullar  tətbiq  olunur:  fiziki,  fiziki-

kimyəvi, biokimyəvi və kimyəvi.  

1)  Fiziki  –  buraya  çökdürmə,  süzmə  (filtrasiya),  sentrifuqadan 

keçirilmə, termiki iĢlənmə (isti və soyuqla) aiddir. Son halda Ģərab 

ya  soyuqla  –  donma  temperaturunadək  soyudulur,  yetiĢdirilir, 

nəticədə davamsız birləĢmələr çökür, sonra həmin Ģəraitdə süzülür; 

yaxud  isti  ilə  –  qısamüddətli  (pasterizə,  qaynar  doldurma)  və  ya 

uzunmüddətli  qızdırma  (xüsusi  tip  Ģərablar  –  madera,  xeres, 

portveyn, marsala və bəzi desert Ģərablar) aparılır.  

2)  Fiziki-kimyəvi  –  buraya  üzvi  və  mineral  maddələrlə  Ģərabın 

yapıĢqanlanması  aiddir.  ġəraba  üzvi  (jelatin,  balıq  yapıĢqanı, 

yumurta  ağı,  kazein)  yaxud  qeyri-üzvi  maddələr  (bentonit, 

poliakrilamid, silisium 4 oksid və s.) bulanıqĢəkilli komponentlərin 

çökməsini  təmin  edən  (zülallar,  fenol  maddələri,  poliĢəkərlər) 

maddələr əlavə olunur.  

3)  Biokimyəvi  –  ferment  preparatlarından  istifadə  edərək 

Ģərabın  tərkibində  olan  zülal  və  digər  yüksək  molekullu 

komponentlərin  parçalanmasıdır.  Bu  məqsədlə  pektolitik  və 

proteolitik təsirli ferment preparatlarından istifadə olunur.  

4)  Kimyəvi  –  Ģəraba  müxtəlif  kimyəvi  maddə  və  birləĢmələr 

(sarı  qan  duzu,  sulfit,  sorbin,  askorbin,  metaĢərab  turĢuları  və  s.) 

əlavə  etməyə  və  əsasən  metalların  artıq  miqdarının  kənarlaĢ-

dırılmasına  əsaslanır.  Həmin  maddələr  Ģərabın  komponentləri  ilə 

reaksiyaya  girərək  çöküntüyə  gedən  komplekslər  əmələ  gətirir  və 

nəticədə Ģərab sabitləĢir.  

Təcrübədə  çox  vaxt  yuxarıdakı  üsulları  birləĢdirən  Ģərab 

materiallarının  kompleks  iĢlənmə  sxemi  də  istifadə  olunur.  Belə 

iĢlənmə  nəticəsində  cavan  Ģərab  materialından  davamsız  kolloid 



 

~ 210 ~ 


 

birləĢmələrin  ayrılması  və  sonrakı  çökməsi  prosesi  sürətlənir. 

Bundan  baĢqa  hazır  Ģərabda  bulanmaların  mümkün  səbəbləri 

aradan qaldırılmaqla, xəstəlik və nöqsan ehtimalı olmur.  



 

10.1. Fiziki 

işləmə

 

üsulları

 

10.1.1. 

Şərabın

 

süzülməsi

 

10.1.1.1. Süzücü materiallar

 

 ġirə  və  Ģərab  istehsalının  elə  mərhələsi  olur  ki,  onların 

süzgəcdən keçirilməsi xüsusi aktuallıq kəsb edir. Məsələn, məhlulu 

kobud  hissəciklərdən  təmizləmək  üçün;  termiki  iĢlənmədən  sonra; 

hazır  məhsulu  qablara  doldurduqda  və  digər  hallarda.  Süzülmə 

zamanı  gözcüyünün  böyüklüyü  müxtəlif  olan  süzgəc  material-

larından  istifadə  olunur.  Bu  zaman  bərk  hissəciklər  iki  yolla  – 

süzgəcdə  çökmə  və  məsamələrdə  adsorbsiya  olunmaqla  maye 

hissədən  ayrılır.  Birinci  halda  süzücü  təbəqədəki  məsamələrdən 

böyük  olan  hissəciklər  keçə  bilməyib  təbəqə  üzərinə  çökür  və 

müxtəlif  qarıĢıqlardan  ibarət  (Ģərab  daĢı  kristalları,  mikroorqa-

nizmlər,  zülal  maddələri,  qabıq  və  lət  hissəcikləri  və  s.)  çöküntü 

əmələ gətirirlər.  

Ġkinci halda isə məsamələrin diametrindən kiçik olan hissəciklər 

süzüntüyə  keçir  və  yaxud  məsamələrin  divarlarında  sorbsiya 

olunaraq  saxlanır.  Bu  vəziyyətdə  təbəqə  üzərində  demək  olar  ki, 

çöküntü əmələ gəlmir.  

ġərabçılıqda  süzücü  materialın  düzgün  seçilməsi  olduqca 

vacibdir. Ġstifadə olunan süzücü material aĢağıdakı tələblərə cavab 

verməlidir.  1.ġəraba  kimyəvi  cəhətdən  neytral  olub,  onda  həll  ol-

mamalıdır;  2.Bulanlıq  əmələ  gətirən  hissəcikləri  və  mikroorqa-

nizmləri  yüksək  səviyyədə  sorbsiya  etməlidir;  3.Təzyiq  yüksəl-

dikdə  belə,  yumĢaq  mikroməsaməli  quruluĢu  saxlamalıdır;  4.Me-

xaniki möhkəm olmalıdır və s.  

Süzücü  material  kimi  pambıq  və  sintetik  parçadan  (kapron), 

azbest,  sellüloza,  diatomit  və  süzücü  kardonun  xüsusi  markaların-




 

~ 211 ~ 


 

dan istifadə olunur. 



Sellüloza. Ġstənilən bitki hüceyrəsində qılafın əsasını təĢkil edir. 

Süzücü  təbəqə  hazırlamaq  üçün  onun  təmizlənmiĢ  ağ  rəngli 

kütləsindən istifadə olunur. Onu oduncaqdan xırdalama və liqnini 

həll  etmək  üçün  kimyəvi  parçalama  yolu  ilə  xüsusi  iĢləməklə 

alırlar. 

Sellüloza  lifləri,  süzücü  kağız  və  kardon  lövhəciklərin  əsasını 

təĢkil  edir.  Bu  məqsədlə  onun  tam  təmiz  formasından  istifadə 

olunur. Yalnız tərkibində az miqdarda (50 mq/kq) bəzi kationlar – 

kalsium,  maqnezium  və  dəmir  olur.  Sellüloza  neytral  olmasına 

baxmayaraq, bir çox preparatlar üçün onun yuyulması tələb olunur. 

Bu  ilk  növbədə  Ģəraba  verilən  «kağız»  təminin  yaranmasının 

qarĢısını almıĢ olur.  

Sellüloza həll olmamaq, ĢiĢmək və adsorbsiya etmək xassəsinə 

malikdir.  Belə  ki,  o,  suyu  adsorbsiya  edərək  ĢiĢir  və  nəticədə 

süzülməni təmin edən məsamələrin  həcmi azalmıĢ olur. Ona görə 

də  mineralsızlaĢdırılmıĢ  suda  ĢiĢən  süzgəc  lövhələri  məhsuldarlığı 

tədricən azaldır. Məlum olmuĢdur ki, məhlulda kationların yüksək 

miqdarı  ĢiĢməni  azaldır.  Buradan  belə  nəticəyə  gəlmək  olar  ki, 

suya nisbətən Ģərabda sellüloza təbəqəsinin ĢiĢməsi çox zəif olur. 

Süzücü    parçalar,  əsasən  cavan  Ģərab  materialı,  Ģirə,  maya  və 

bərk çöküntülərin ayrılmasında istifadə olunur.  



Diatomit (kizelqur, infuzor torpağı) –  yüngül, quru halda açıq-

boz, sarıtəhər, yaxud ağ rənglidir. Tərkibi əsasən (55-95%) silisium 

4-oksiddən ibarətdir.  

Diatomit  çətin  duruldulan  materialların  çökdürülməsində  zülali 

durulducu  maddələrlə  birlikdə  istifadə  olunur.  Diatomitdən  həm 

yapıĢqan  maddəsi  kimi,  həm  də  süzgəc  materialı  kimi  istifadə 

olunur.  

Azbest  –  Ģərabçılıq  məhsullarını  süzmək  üçün  geniĢ  istifadə 

olunan  materiallardandır.  Onun,  zərif  lifli  sulfidli  ağac  sellülozası 

ilə  qarıĢığı  süzücü  kütlə  kimi  tətbiq  olunur.  Onların  nisbətindən 

asılı olaraq süzgəc kütləsinin markası da dəyiĢir. Özlülüyü az olan 

məhlulları  süzmək  üçün  YAK-1;  özülülüyü  çox,  selikli  məhlullar 

üçün YAK-2; özülülüyü orta səviyyədə olan tünd və desert Ģərablar 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə