Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə65/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   180

 

~ 206 ~ 


 

olunur ki, onlar hava keçirən deyildir.  

Ağac  (palıd)  qablar  uzun  əsrlər  boyu  Ģərabların  yetiĢdirilməsi 

üçün  istifadə  olunur.  Odur  ki,  Ģərab  materiallarının  belə  qablarda 

yetiĢməsi  ilə  bağlı  böyük  təcrübə  toplanmıĢ  və  təcrübi  üsullar 

iĢlənib  hazırlanmıĢdır.  Çəllək  və  butların  baĢlıca  xüsusiyyətləri 

onların  nisbətən  böyük  olmayan  tutumu,  qaz  keçirən  divarları, 

palıd taxtasından həll olan maddələrin Ģəraba keçirilmə xüsusiyyəti 

və böyük xüsusi səthə malik olmasıdır.  

Ağac qablara oksigen oduncağın (taxtanın) məsamələrindən və 

Ģərabın  sərbəst  səthindən  daxil  olur.  Oksigenin  daxilolma  sürəti 

temperaturun  dəyiĢməsindən,  buxarlanma  intensivliyindən  və 

oksigenin  kimyəvi  sorbsiyasından  asılı  olaraq  dəyiĢir.  Oksigenin 

reaksiyaya  daxilolma  sürəti  onun  taxtanın  məsamələrindən  keçmə 

sürətini  bir  neçə  dəfə  üstələyir.  Buna  görə  də  daxil  olan  oksigen 

sürətlə sərf olunur və Ģərabın müxtəlif dərinliklərində onun miqdarı 

fərqli olur. Qabın tutumu nə qədər az olarsa, onun xüsusi səthi bir 

o  qədər  çox  olur  və  nəticədə  oksigenin  əsas  miqdarı  Ģərabın 

səthindən daxil olur.  

YetiĢdirilmə  prosesində  oksigen  Ģəraba,  həmçinin  köçürmələr-

də,  qabın  baĢının  doldurulmasında,  yapıĢqanlama  və  digər  texno-

loji əməliyyatlarda  daxil  olur.  Odur  ki,  Ģərabı  yetiĢdirdikdə  böyük 

miqdarda oksigen iĢtirakı ilə intensiv oksidləĢmə-reduksiya reaksi-

yaları baĢ verir. J.Ribero-Qayona görə tutumu 22,5 dal olan çəllək-

lərdə hər litr Ģərab birinci ilə 50 mq, sonrakı illər 30-40 mq oksigen 

mənimsəyir.  

Əgər Ģərab palıd qablarda mötədil və aĢağı temperaturda yetiĢ-

dirilirsə,  həll  olan  oksigenin  miqdarının  və  oksidləĢmə-reduksiya 

potensialının  azalması,  yalnız  aĢağı  qatlarda  müĢahidə  olunur. 

Yuxarı  qatlarda  isə  oksigen  sərfiyyatı  qapağın  bərk  bağlanması 

hesabına  formalaĢır.  Temperaturun  yuksəlməsi  ilə  aĢağı  qatlarda 

həll olan oksigen reaksiyaya daxil olur və onun mənimsənilməsi ilə 

oksidləĢmə-reduksiya potensialı 250 mV və daha aĢağıyadək azala 

bilir. Əgər Ģəraba  yenidən oksigen daxil olarsa, oksidləĢmə-reduk-

siya potensialı yuksəlir. 

ġərab  materialını  iri  ağac  qablarda  (butlarda)  yetiĢdirdikdə 




 

~ 207 ~ 


 

çəlləklərdəkinə  nisbətən  az  miqdarda  oksigen  tələb  olunur,  lakin 

tutumun  artırılması  ilə  cavan  Ģərab  materialı  tədricən  yetiĢir.  Ona 

görə  də  butlarda  adətən  əvvəlcədən  intensiv  oksigen  iĢlənməsini, 

baĢqa sözlə  çəlləklərdə yetiĢdirilməni keçən Ģərabları saxlayırlar.  

Ağac qablarda  yetiĢdirilmə yüksək keyfiyyət təmin etsə də, bir 

sıra  çatıĢmazlıqları  vardır:  Ģərabın  müxtəlif  dərinliklərində  oksid-

ləĢmə-reduksiya  prosesləri  qeyri-bərabər  gedir,  oksigen  rejiminin 

dəqiq  hesabatının  tənzimlənmə  imkanları  istisnadır  və  bu,  alınan 

Ģərabın əsasən qeyri-cinsli keyfiyyətdə alınmasına səbəb olur; ağac 

qablarda  Ģərabın  itkisi  çox  olur,  əsasən  də  buxarlanma  hesabına 

itkilər  baĢ  verir;  çəlləklərdə  saxlama  böyük  zəhmət  və  xərc 

hesabına baĢa gəlir. 

 Ġri 

hermetikləĢdirilmiĢ 

qabların 

divarlarının 

oksigen 

keçirməyən  olması  ilə  bağlı  onlarda  yetiĢdirmə  Ģəraiti  ağac 

qablardakı  Ģəraitdən  əsaslı  Ģəkildə  fərqlənir.  Ġri  rezervuarlarda 

yetiĢdirmə  köçürmələrarası  dövrlərdə  oksigensiz  Ģəraitdə  aĢağı 

oksidləĢmə-reduksiya  potensialında  gedir  və  Ģərabın  yetiĢmə 

prosesi  güclü  Ģəkildə  ləngiyir.  Bu  zaman  Ģərabın  dərin  qatlarında 

bir  sıra  maddələr  reduksiya  olunur  və  əmələ  gələn  birləĢmələr 

Ģəraba  xoĢagəlməz  hidrogen  sulfid  -  lax  yumurta  iyi  verir  və  s. 

Həmin  müddətdə  iri  qabdakı  Ģərab  səthindən  hava  ilə  təmasda 

olarsa,  üst  hissədə  oksidləĢdirici  proseslər  dərinləĢir  və  süfrə 

Ģərablarında  aerob  mikroorqanizmlər  inkiĢaf  edir.  Ona  görə  də 

Ģərab materialını metal və dəmir-beton rezervuarlarda yetiĢdirdikdə 

oksigen  rejimi  və  texnoloji  təlimata  uyğun  qaydada  oksidləĢmə-

reduksiya proseslərinin gediĢi Ģərabın tipindən və onun istehsalının 

konkret  Ģəraitindən  asılı  olaraq  tənzimlənir.  Ġri  rezervuarlarda 

oksidləĢmə-reduksiya  proseslərinin  gediĢi  müxtəlif  üsullarla 

tənzimlənir: mütəmadi aparılan açıq köçürmələrlə; Ģəraba müəyyən 

dozada  oksigen  yaxud  hava  vurulması  ilə;  müəyyən  səviyyədə 

oksidləĢmə-reduksiya  proseslərinin  gediĢini  təmin  etmək  üçün 

xüsusi üsullarla (avtomatlaĢdırılmıĢ və axın). 

Müxtəlif  tip  Ģərabların  yetiĢdirilməsi  üçün  lazım  olan  oksigen 

dozası  temperaturdan  və  Ģərab  materialının  kimyəvi  tərkibindən 

asılıdır:  ümumi  və  amin  azotunun,  fenol  birləĢmələrinin,  alde-



 

~ 208 ~ 


 

hidlərin, sulfit anhidridinin miqdarı, hidrogen ionlarının qatılığı və 

s. pH nə qədər aĢağı olarsa, Ģərabın yetiĢdirilməsi üçün bir o qədər 

çox oksigen dozası tələb olunur.  

HermetikləĢdirilmiĢ  iri  rezervuarlarda  Ģərab  materialını  yetiĢ-

dirdikdə  oksigenin  ümumi  miqdarı,  həmçinin  Ģərabın  tipindən, 

temperatur  və  digər  Ģərtlərdən  asılıdır.  Süfrə  Ģərab  materialını 

yetiĢdirdikdə  az,  tündlərdə  isə  əksinə,  yüksək  doza  tələb  olunur. 

Məsələn,  süfrə  Ģərab  materialının  yetiĢdirilməsinin  bütün  dövrü 

ərzində oksigenin dozası 30-35 mq/dm

3

, portveynlər 50-65, madera 



150-300 mq/dm

3

-dir.  



YetiĢdirmənin  baĢlanğıc  mərhələsində  oksigen  çox  vurulmaqla 

proses  nisbətən  yüksək  oksidləĢmə-reduksiya  potensialı  səviyyə-

sində aparılır. YetiĢdirmənin sonunda oksigenin dozası azaldılır və 

oksidləĢmə-reduksiya potensialı aĢağı düĢür.  

 Əgər  Ģərabı  oksigensiz  Ģəraitdə  yetiĢdirmək,  yaxud  saxlamaq 

tələb  olunursa,  texnoloji  qablar  hermetikləĢdirilir,  yaxud  Ģərabın 

səthi xüsusi hermetikləĢdirici tərkiblə – hermetiklə örtülür. 

Markalı Ģərabların ümumi yetiĢdirilmə müddəti Ģərabın tipindən 

və  oksidləĢmə-reduksiya  və  digər  proseslərin  getmə  Ģəraitindən 

asılıdır.  TurĢ  süfrə  və  muskat  Ģərablar  üçün  bu  müddət    məhsul 

ilindən  sonrakı  1  yanvardan  hesablanmaqla  -  1,5  il,  tünd  və  bəzi 

desert Ģərablar üçün - 2,5-3 il və daha çox ola bilər.  



 

 

 

 



 

 

 



 

 

 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə