✦ ✦ ✦ Sona Xəyal ✦ ✦ ✦
14
gözəl bir salon təsvir edir: İşıqlar yanır. Salon doludur. Adamlar
gözəldir. Buradakı kişilərin hamısı ağıllı, sağlam, qeyrətli, qoçaq-
dır. Qadınların hamısı qəşəng, məlahətli, mehribandır. Burada bir
qadın hamıdan daha gözəldir. Salonda bütün bunları görən bir adam
da var və o özünü də ağıllı, gözəl, ədalətli, qoçaq, güclü, istedadlı,
şən hiss edir, sevir, sevilir və s. Birdən yazıçı yazır ki: “Musiqi
qurtardı” və onun bütün dedikləri bir anda əksinə olur. Salonda yenə
də işıq yanır. Amma salondakı qəndillər hisli, tutqundur. Adamlar
zövqsüz geyinib, sözlər mənasızdır, kişilər axmaqdır, qeyrətsizdir.
Qadınlar da çirkindir, qabadır. Salonda bir qadın var, o əvvəlki kimi
gözəldir amma onun deyil. O özü də ağılsızdır, zalımdır, çirkindir,
darıxır, kədərlidir və s. Sonluq belədir: ”Heç kəsi sevmirəm. Heç kəs
də məni sevmir”. Yazıçı burada musiqinin gücünü, onun nələrə qadir
olduğunu diqqətə çatdırır. Burada “Şopenin balladası” adlı miniatür
də diqqəti çəkir. Şopenə qulaq asan kişiyə dünya gözəl görünür.
Qadınını yanına çağırır. Onu öpdükcə, saçlarını oxşadıqca ona elə
gəlir ki, Şopenin musiqisini oxşayır.
Yəhya Seyidovun “Ədəbiyyat və incəsənət” qəzetinin 1970-ci il,
19 dekabr tarixli sayında gedən “Ümüd limanına doğru” məqaləsində
Anarın yaradıcılığının əsas səciyyəvi cəhətlərindən bəhs olunur.
Həmin məqalədən bəzi mqamları diqqətə çatdırmaq istəyirik: ”Anarın
hekayə və povestləri həmişə maraqla qarşılanır. Bu istedadlı nasirin
qələmindən çıxanlar asan, hətta deyərdim ki, birnəfəsə oxunur, amma
unudulmur, uzun müddət düşündürür... Anarın qələmə aldığı material
da, yazı üslubu da özünəməxsusdur... Anar canlı adamları təsvir edir,
real tiplər yaradır. Özünün bu tiplərə aydın münasibətini oxucuya da
aşılamağı, onu müasir meşşanlığın böyük ictimai zərəri haqda
düşündürməyi bacarır. Oxucunun təsvir olunana münasibəti məhz
yazıçının göstərdiyinə emosional əlaqəsi, təfərrüatı və sözləri seçmək
məharəti ilə müəyyənləşir. O sevir, nifrət edir, acıyır...”
Yazıçının 60-cı illər yaradıcılıq məhsulu olan, Rübabə Murado-
vanın xatirəsinə həsr olunmuş “Qaragilə” hekayəsində isə həbsdən
çıxan, ölümdən başqa bir şey düşünməyən Kazımın Mihini tapması,
onun yaşadığını, öz nəğmələrini oxuduğunu biləndən sonra artıq
ölmək fikrindən daşındığını, bundan sonra yalnız pul yığıb bir radio
almaq üçün işləyəcəyinə qərar verdiyini görürük.
✦ ✦ ✦ Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦
15
II cilddə “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərində də
musiqili anlar yaşanılır. Burada lirik qəhrəmanın xalq mahnılarını
dinlədiyinin, klassik musiqiyə rəğbət bəslədiyinin şahidi oluruq..
III cilddə bir sıra sənətkarlara həsr olunmuş əsərlər vardır. “Qara
Qarayevə rekviyem”də görkəmli musiqi xadiminin ölümündən
mütəəssir olan yazıçının həzin ağısını eşidirik. “Ömrümüzün çeşidli
çağlarında Qarayev musiqisi qəlblərimizi qürurla və ümüdlə doldu-
rurdu. Bizə güc verirdi. Təsəlli verirdi. Həyatın faciəvi ziddiyyətlərini
anladır, gələcəyə inanmağa çağırırdı.” yazan müəllif bəstəkarın
yaradıcılığından danışır və qeyd edir ki, Qara sənətindən keçmiş
zamanda danışmaq düzgün deyil. Çünki o təkcə bugünün deyil, həm
də gələcəyin musiqisidir. Yazının əvvəlində bağda səslənən Qara
Qarayevin matəm odasının pəncərədən salona dolmasını obrazlı
şəkildə təsvir edən yazıçı sonda fikrini belə bitirir: ”Meydan Qarayev
musiqisini oxuyur, Qarayev musiqisi ölümə meydan oxuyur. Qara
Qarayev öldü, bu gündən onun ölümsüzlüyü başlandı.”
Tanınmış pianoçu və pedaqoq Elmira Səfərovanın vəfatının
40-cı günündə əlinə qələm alan Anar həm gözəl bir sənətkara, həm
yaxşı bir dosta, həm də bacısı qədər əziz olan bir qohumuna ağı
deyərək yazır: ”Onun itkisinə indiki və sabiq tələbələri, yoldaşları,
dostluq etdiyi insanlar və ya elə sadəcə bu nadir şəxsiyyətlə təmasda
olan hər kəs dərindən və ürəkdən kədərləndi. Elmira təkin dostluq
etməyi bacaranlar az olur. O, peşəsində olduğu kimi dostluqda da
sadiq və etibarlıydı, dostluq münasibətlərinə də sevdiyi işinə
yanaşdığı kimi məsuliyyət və fədakarlıqla yanaşırdı.”
Yazıçının dostu Emin Sabitoğluya həsr etdiyi “Eminə ağı” adlı
yazıda bir qədər də dərin, ağır kədərin şahidi oluruq. Təkcə sənətkar
deyil, həm də yaxın bir dost itirən Anarın burada təəssüf hissi ilə
son həftənin xoşbəxtliyindən danışması, dostuna “Əlvida” deməsi
və onun ölümünə onun hədiyyəsi olan qələmlə yazdığı ağı
oxucularda kədər və təəssüf doğurur:
Sənsiz qalan bu dünyam
həsrətli bir aləmdir,
Kədərdi, dərddi, qəmdi,
hıçqırıqdı, ələmdir.
✦ ✦ ✦ Sona Xəyal ✦ ✦ ✦
16
Əlimdə bu qələm də
Sənin son hədiyyəndir–
QARA YAZAN qələmdir.
Bu cilddə Anarın “Gecə düşüncələri”ndə də maraqlı detallar var.
Yazıçının musiqi ilə bağlı fikirlərini oxuyanda təkcə ədəbiyyat
adamının deyil, sanki bir musiqiçinin fikirləri təsirini bağışlayır.
Müəlif yazır: ”Motsartın musiqisini Mortsart yazıb, Baxın musi-
qisini–Allah. Albioninin Adajiosu da ilahi əsərdir. Baxın xoralları,
Vivaldinin musiqisi, Şubertin “Ave Mariya”sı–bütün bu möcüzələri
doğurub-yapan xristian mədəniyyətinə necə düşmən gözüylə ba-
xasan?” Yadıma bir epizod düşdü. Bir dəfə televiziyada, səhv
etmirəmsə, “Ailələr və talelər” verilişində Zemfira xanım Anar
haqqında danışanda, onun bütün musiqiçiləri tanıdığını bildirdi.
Dedi ki, bir dəfə yoxlamaq üçün səhnəyə yenicə çıxan gənc
müğənni haqqında soruşdum, gördüm ki, hətta gəncləri belə tanıyır.
Anar “Gecə düşüncələri”ndən birində yazır: ”Klassik Qərb musiqisi
kasetlərini almışam, dinləyir, hey dinləyirəm. Gəncliyim ədə-
biyyatın, kinonun cazibəsində keçdi, qocalığımın təsəllisi, deyəsən,
musiqi olacaq.” Anar Qərb musiqisindən, sənətkarlarından danışsa
da, onun qəhrəmanları ən çox milli musiqimizi dinləyirlər.
Bu cildə Anarın musiqi ilə bağlı şeirləri də daxil edilmişdir:
”Qədim xalq mahnısını dinləyərkən”, Emin Sabitoğlunun ad gü-
nündə yazılmış “Aşıqsayağı”. Bundan başqa burada mahnı mətnləri
də yer alır: Vaqif Səmədoğluya ünvanlanmış C. Quliyevin musiqi
bəstələdiyi ”Sonun sonsuzluğu”, Emin Sabitoğlunun musiqi bəs-
tələdyi “Telefon avtomatlar”, “Düşürsən yadıma yağanda yağışlar”,
Təhminə filmindən mahnı”, “Təhminənin mahnısı”, “Həsrət mah-
nısı”, “Qaravəlli” tamaşasından mahnı”, Xəyyam Mirzəzadənin
musiqi bəstələdiyi “Qayalar”.
V cildə daxil edilmiş pyeslərdə də ara-sıra mahnılar, musiqilər
var. Bunsuz olmaz, çünki, Anar yaradıcılığını musiqisiz təsəvvür
etmək mümkün deyildir.
Ssenarilərin və tərcümələrin toplandığı VI cilddə “Dədə Qor-
qud” kino-dastanında maraqlı bir mənzərə var: ”Dədə Qorqud
qopuz çalırdı. Onu vurmaq istəyən ala ilan birdən dayandı, qopuzun
sədaları altında qıvrılıb geri çəkildi, sürünüb getdi.
Dostları ilə paylaş: |