Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
60
bələdəm. Vətən uğrunda kimin zəhməti varsa, o dövlətimiz
tərəfindən layiqincə qiymətləndirilsin.
Batalyon komandiri İbad Həsənovun dediklərindən:
Fəqət zirvələrdən baxan kəslərin,
Qanı bu torpağa axan kəslərin,
Canını odlara yaxan kəslərin
Şəninə heykəllər ucalacaqdır.
Ona xor baxanı kor eyləyəcək,
Vətən müqəddəsdir, Vətən ocaqdır.
Tarix bildirəcək, haqq söyləyəcək,
Vətəni satanlar tapılacaqdır.
Mən buna əminəm. Haçansa Vətəni tamahının qurbanı
eləyənlər öz layiqli cəzasını almalıdır. Kimin ki, bu vətən
uğrunda zəhməti var, Allahdan arzu edirəm ki, bizim dövlətimiz
bunu layiqincə qiymətləndirsin. Biz buna inanır və bilirik ki, bu
belə olacaq. Fikrət Nəbiyev belə oğlanlardan biridir.
Komandir batalyonun müavini Şəfaət Əliyevin ifadəsi: -
Bir şeyi də qeyd edim. Azərbaycan xalqı sabiq prezidentimiz
Heydər Əliyevə çox şey borcludur. Azərbaycanın demokratik bir
dövlət olması, atəşkəsi qoruyub saxlaması, Azərbaycanda
gənclərin yenidən şəhid olmaması mərhum prezidentimiz Heydər
Əliyev cənablarının siyasəti nəticəsində mümkün olmuşdur. Hal-
hazırda onun oğlu İlham Əliyev cənabları həmin yolu davam et-
dirir. Heydər Əliyev cənabları Azərbaycan xalqına çox töhfələr
vermişdir. Heydər Əliyev cənabları Azərbaycanın ümummilli
lideridir, dünya səviyyəli siyasətçidir. Türk dünyasında belə
deyirlər ki, o dahinin qarşısında Azərbaycan xalqı çox şey bor-
cludur. Bunu da qeyd edə bilərəm ki, kapitan İbad Həsənov, kapi-
tan Fikrət Nəbiyev, kapitan Kamil Qədimov Heydər Əliyev qu-
ruculuğu, Heydər
Əliyev rəhbərliyi, Heydər
Əliyev
vətənpərvərliyi altında fəaliyyət göstərmiş vətəndaşlardır. Yəni
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
61
Azərbaycan xalqının dövlətinin azadlığı, demokratiyası,
Azərbaycan xalqının nurlu gələcəyinin yaranması, gənclərin
həyata baxışı, hamısı Heydər Əliyev siyasəti sayəsində for-
malaşmışdır. Bu faktları danmaq olmaz. Biz hörmətli
prezidentimizə dayağıq, onun siyasətini dəstəkləyirik. Onun
dövləti idarəetmə mexanizminə, gələcək siyasətinə inanırıq.
Əminəm ki, Azərbaycan Avropada tanınan bir dövlət olacaq.
Fikrət Nəbiyev: - Mən sizin hər birinizlə fəxr edirəm. Mən
ilk gündən sizin kimi qardaşlarla, Sizin kimi yüksək mənliyə,
ideala malik olan təmiz adamlarla fəxr etmişəm. Bu gün
Azərbaycan torpağının bir hissəsi erməni və rus faşistləri
tərəfindən zəbt olunub. Bizim İbad müəllim kimi, Şirin Mirzəyev
kimi qəhrəmanlarımız olmasa, Şəfayət kimi, Kamil kimi, Vüqar
kimi yüzlərlə cəsarətli cəngavərlərimiz olmasa bu gün
Azərbaycan torpağı yox idi. Bizim Heydər Əliyev kimi
qəhrəmanlarımız olmasaydı, hakimiyyətə gəlməsəydi, öz siyasəti
nəticəsində müharibəni dayandırmasaydı Qarabağ torpağı artıq
hissə-hissə zəbt olunmuşdu. Yəqin ki, bu belə olmalıydı. Əhalinin
ancaq bir hissəsi Arazdan o tərəfə İrana keçə biləcəkdi, bir hissəsi
təcavüzün qurbanı olacaqdı. Sağ qalanlar İranda qışqırıb
deyəcəkdi ki, Bakı bizimdir. Dahi şairimiz Nizami Gəncəvinin
belə misrası var: «Hünərə göz yummaq bir hünər deyil». Heç ol-
masa qəhrəmanlıq səviyyəsində
iş görən insanları
qiymətləndirmək lazımdır. Etiraf etmək lazımdır ki, Məmməd,
Əli, Həsən qəhrəmandır. O, vətən yolunda, dövlətçilik yolunda
əziyyət çəkən, torpağın zəbt olunmasının qarşısını alan insandır.
Biz o vaxt əsgər hazırlığı ilə bağlı elə vəziyyət yaratmışdıq ki,
uzun müddət Ağdam ərazisi boyu erməni rus təcavüzkarları
tərəfindən zəbt olunmasına qarşı sədd yaranmışdı. Təkcə Ağdam
bölgəsində 2000-dən çox ancaq bizim əsgərimizvə zabitimizin
döyüş fəaliyyəti olmuşdur. Bu əsgərlər təcavüzkarların qarşısını
almışdır. Bu əsgərlərin həm fiziki, həm də mənəvi hazırlığı çox
güclü idi. Onlar bir nəfəsə dağa dırmaşıb düşə bilirdilər. Bunları
deməkdə məqsədim odur ki, əsgər olaraq bu bizim borcumuz idi.
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
62
Biz bir azərbaycanlı kimi bu işi görməliyik. Bu təcavüz təkcə
milli ayrıseçkiliyin nəticəsi idi. Bu azərbaycanlı olduğumuza görə
bizə olunan təcavüz idi. Məsələn, 1941-45-ci illər müharibəsində
milli qaynaqdan söhbət gedə bilməzdi. Qarabağ döyüşü milli
dəyərlərə malik olan qəhrəmanlıq döyüşü idi. Bunu etiraf etmək
lazımdır.
Sizin hamınıza öz minnətdarlığımı bildirirəm. Sizin fik-
rinizi, ürək sözünüzü eşitdim. Mənim arzum ondan ibarətdir ki,
siz neyləyim, necə eyləyim sualı altında qalmayasınız. Biri var
kimsə nəsə desin, biri var özün görəsən. Sizin şəxsinizdə
cəngavər ruhlu bütün insanlara uzun ömür, ailə səadəti, gələcək
həyatda müvəffəqiyyət arzu edirəm.
Batalyon komandirinin müavini Şəfayət Əliyev: Fikrət
müəllim biz də sizə tutduğumuz yolda uğurlar, can sağlığı, səadət
arzu edirik. Allah öz cəlalı xatirinə ürəyinizdəki niyyəti
qəlbinizdə qoymasın, həyata keçirsin. Sizin timsalınızda İbad
Həsənova can sağlığı, uzun ömür, Kamil Qədimova, Vüqar qar-
daşıma, ümumən Azərbaycan xalqının gənclərinə uzun ömür, can
sağlığı, mehribanlıq, səadət diləyirəm. Şəxsən sizin içinizdə, əldə
etdiyiniz nailiyyətlərə qibtə edirəm. Allah cəlalı xatirinə sizin tut-
duğunuz yolda sizin nə fikir, nə arzularınız varsa, həyata keçirsin.
Biz də bir Azərbaycanlı kimi, yoldaş kimi, keçmiş zabit kimi,
Sizinlə, İbad müəllimlə, Mustafa Əliyevlə hal-hazırda 70 yaşlı
polkovnik-leytenant, 70 yaşlı ağsaqqalla fəxr edək.
Batalyon komandiri İbad Həsənov: Bir keçmiş döyüşçü,
bir Azərbaycanlı kimi mənim bir arzum var. Tezliklə müharibə
olsun və biz müharibə yolu ilə öz torpaqlarımızı azad edək.
Batalyon komandirinin müavini Şəfaət Əliyev: - Mən
bunu arzulamazdım. Azərbaycan xalqının elə gözəl ordusu var ki,
bizə ehtiyac qalmayacaq.
Mən onu demək istərdim ki, prezidentimizin siyasətinin da-
vamçısı İlham Əliyev cənabları torpaqlarımızı sülh yolu ilə azad
Dostları ilə paylaş: |