Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
26
yev leytenant hərbi rütbəsinə yiyələnir.
Şəkildə Fikrət Nəbiyev qrup tələbələri ilə birlikdə. (çıxış edərkən).
İnstitutu bitirən Nəbiyev təyinat
əsasında
«Azərelektroterm» İstehsalat Birliyinə göndərilir. O, əvvəllər
texnoloq işləyir. Sonra isə sex rəisi vəzifəsinə irəli çəkilir.
Sonralar «Bakelektroavtomat» zavodunda böyük bir sexin rəisi
kimi fəaliyyət göstərir. Təqribən 600 nəfər işçisi olan bir sexə
rəhbərlik etmək asan məsələ deyildi. Fikrət bu işin öhdəsindən
məharətlə gəlir. Plan və tapşırıqları vaxtında və artıqlaması ilə
yerinə yetirir. Təqribən dörd ildən yuxarı bir müddət ərzində sex
rəisi işləyir.
Eyni zamanda Könüllü xalq drujinasının rəhbərlərindən biri
olan Nəbiyev əvvəlcə Sovet İttifaqı Kommunist Partiyasına üzv
qəbul edilir. Sonra isə milis orqanlarında işləmək üçün daxili işlər
nazirliyinə təqdimat verilir və işə götürülmə ərəfəsində Fikrəti
Daxili İşlər Nazirliyində işlə təmin etmək əvəzinə, tez-tələsik
Moskvaya hərbi qulluğa göndərirlər.
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
27
Şəkildə Fikrət Nəbiyev hərbi and içərkən.
İdman ustası Mirəli Seyidovun rəhbərliyi altında karate
idman növü ilə 3 ildən artıq bir müddət ərzində məşğul olmuş
Fikrətin bədəni və yumruqları dəmir kimi bərk idi. O, idman
ustaları olan Gülmurad, Çingiz kimi dostları ilə bir zalda məşq
etmişdir. Tibbi müayinədən keçən vaxt həkimlər onun
göstəricilərinin adi haldan çox fərqli olduğunu görüb,
təəccüblənmişdilər...
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
28
Şəkildə Fikrət Nəbiyev hərbi təlim zonasında (soldan ikinci).
Moskvada hərbi hissənin mərkəzi orqanında kadrlar
şöbəsinin rəisi onu generalın qəbuluna aparır. Generalla qarşı-
qarşıya oturan Nəbiyevin «seykənləri» onun gözündən yayınmır.
Fikrətin dediklərindən:
«Generalla qarşı-qarşıya oturmuşduq. Mənim əllərim stolun
üstündə idi. O, məndən soruşdu: « Вы спортсмен ». Mən cavab
verdim ki, «da». O gülümsəyib soruşdu: « У нас есть такое ме-
сто. Там много раз преступления были. Там угон машины,
изнасилования, солдаты убивали друг-друга. Вы сможете там
порядок наводить?» Mən ona cavab verdim ki, « Служу Совет-
скому Союзу!» O çox şad oldu və kadrlar şöbəsinin rəisinə
mənim əmrimi verməyi tapşırdı.
«...Artıq Moskva ətrafı rayonlardan birində - Kolomna
şəhərindəyəm». Nəzarət məntəqəsindən keçib qarnizonda
yerləşən hərbi hissəyə özümü təqdim etdim.
...Mən rota komandirinin müavini kimi siyasi sahəyə
baxırdım. Siyasi məşğələlərin təşkili və aparılması mənim
sərəncamımda idi. Eyni zamanda müəyyən oyunların, filmlərin
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
29
göstərilməsindən tutmuş bütün rota həyatı ilə bağlı məsələlərə
mən baxırdım.
Şəkildə Fikrət Nəbiyev öz əsgərləir ilə birlikdə
(Moskva, 1984).
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
30
Şəkildə Fikrət Nəbiyev zabitlərlə birlikdə
(soldan ikinci, oturmuş vəziyyətdə, Xarkov, 1983).
Fikrət Nəbiyev az bir müddətdə əvvəlcə rotada sonra isə
bütün batalyonda hərbi nizam intizamı həyata keçirə bilir. Onun
hərtərəfli hazırlığı nəticəsində bütün əsgər və zabit heyəti onunla
razılaşmağa məcbur olur. Batalyonun şəxsi heyəti onun göstərişi
ilə dayandığı zaman milçək uçsa onun da səsi eşidilirdi. Belə bir
sual ortaya çıxır. Niyə məhz vəzifəcə yüksək, qulluq etdiyi
müddətə görə daha çox təcrübə qazanmış zabitlər buna nail ola
bilməmişdilər? Əvvəla ona görə ki, davranış qaydalarına əməl
etmək hər bir insanın işi deyildi. Onların çoxu demək olar ki, içki
düşkünü olduğundan özlərini həm əsgərin, həm də öz zabit
yoldaşlarının gözündən salmışdılar. Bir də hərbi hissədə iş
görmək üçün iradəli olmalısan. Bu keyfiyyət isə onlarda yox
dərəcəsində idi. Öz verdiyi sözə əməl etmək, özünü aparmağı
bilmək hər insana xas ola bilməz. Fikrət Nəbiyev rotada qayda
yaratmaq üçüe müəyyən profilaktik tədbirlər həyata keçsirir. Bir
gün Fikrət bir karateçi -boksçunun öz əsgər yoldaşlarına əziyyət
verdiyini eşidir. Onu Lenin otağına (Leninskaya komnata) dəvət
edir. Leninin zaldakı heykəlini kənara çəkdirir. Əsgərləri də
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
31
oturacaqlarda oturtdurur. Ayağının çəkmələrini, corabını soyunur.
Həmin o «zülmkar» əsgərin də döyüş vəziyyətinə gəlməsini tələb
edir. Əlbəyaxa döyüş başlayır. Döyüşün gedişində Fikrət «mavaşi
geri» zərbəsi ilə rəqibinin başına ayaqla yaxşı bir şapalaq vurur.
Şapalağın şaqqıltısından «zülmkar qoçunun» gözü partlayır.
Onun zülmündən cana doymuş bütün əsgər heyəti ayağa durub
komandirin qələbəsini məhəbbət dolu alqışlarla qiymətləndirir.
Rotanın «zülmkar» bir starşinası isə rotadan başqa hərbi hissəyə
qaçıb gedir.
Başqa rotalarda da müəyyən «qoçular» var idi. Onlardan
biri ilə Fikrət meşədə qarşılaşmalı olur. Fikrət onun da hesabını
verir. Üçüncü bir rota komandiri Fikrət Nəbiyevi öz rotasına
dəvət edir. Komandirin otağında döyülməkdən gözləri belə
görünməyən əsgər və iki bığıburma cantaraq əsgər var idi. Ko-
mandir Fikrətə bu əsgərlərin öhdəsindən gələ bilmədiyini söyləyir
və ondan kömək etməsini xahiş edir. Bu rotada da «qoçuların»
missiyasına son qoyulur. Bu cür macəra xarakterli cəzalar
verməklə özbaşınalığın qarşısı alınırdı.
...Bir gün əsgərlərin birinin hər gün üz-gözünün şişmiş,
qaralmış görən Fikrət onu yanına çağırır. Bunun kim tərəfindən
edildiyini soruşur. Əsgər əvvəlcə bu şişlərin guya maşının detal-
larının onun üstünə düşməsi nəticəsində baş verdiyini söyləyir.
Sonra hər şeyi etiraf edən Vaytkus adlandırılan bu əsgər söyləyir
ki, bəs bütün əsgərlər məni vurur. Kim məşq etmək istəyirsə,
mənim üstümə gəlir. Çox maraqlıdır. Belə bir vəziyyətdən Fikrət
Nəbiyev necə çıxacaqdır? O, şəxsi heyətə düzlən komandası
verir. Vaytkusu qarşıya çıxarıb şəxsi heyətə müraciət edərək
deyir: «Вы его знаете?» Hamı gülür: «Да, знаем, это Вайткус».
Yəni həmin o məşq mişeni kimi istifadə etdiyimiz o məzlum
əsgər! Fikrətin bu situasiyada dediyi sözlər belə olur: «Да, этот
человек до этого дня был Вайткус! А с сегодняшнего дня он
мой близкий друг! Кто его тронет передо мной будет за это
отвечать».
Artıq bir aydan sonra Vaytkusu tanımaq olmur. Kökəlmiş,
gülərüz, heç bir yerində zədəsi olmayan əsgər olmuşdu bu Vayt-
Dostları ilə paylaş: |