Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
32
kus! Fikrət ondan soruşur: Ну, Вайткус, как дела?
Vaytkus ona
cavab verir ki, komandir, вы знаете, сейчас, все боятся меня.
Fikrət onun qoluna əlini vurub deyir ki, наверное, у тебя появи-
лись мускулы...
Hərbi qarnizonun başqa batalyonlarında da müxtəlif
«oyunlar» həyata keçirilir, azərbaycanlıları yeri gəldi-gəlmədi
«qauptvaxt» cəza rotasına göndərirdilər. Bu haqda Fikrət
Nəbiyevə dolayı yollarla məlumat
çatan kimi o hərbi hissənin
komandirinə zəng vurub onların buraxılmasını istəyirdi. İstək
dərhal yerinə yetirilirdi. Çox qəribədir. Batalyon komandirlərinin
əmrlərini Fikrət Nəbiyevin istəyindən üstün tutmayan cəza rota-
sının komandirinin hərəkətini nə ilə izah etmək olar?
Əvvəla, burada şəxsi keyfiyyətə üstünlük verilirdi. Sonra isə
cəza rotasının komandiri karate idman növü ilə məşğul olmaq
üçün Fikrətdən müəyyən təlimatlar almaq fikrində idi.
Göründüyü kimi, Fikrət milli zəmində də çox iş görürdü.
Beləliklə, batalyonda bütün qoçuluq missiyasını həyata
keçirməyə qabil olan qüvvələrin hərəkətlərinə son qoyuldu...
Fikrətə qarşı qarnizondan kənarda müəyyən təxribat işləri
həyata keçirilirdi. Məsələn, bir gün Fikrət mindiyi maşına bir
başqa adamın oturduğunu görür. Fikrət maşının şoferi Qandabu-
radan
soruşur ki, « кто это?» Qandabura cavab verir ki, это мой
родственник və əlavə edir ki, он скоро сойдет. Fikrət bunu belə
xatırlayır: Hava soyuq, yer buz, yolun kənarları iki metr
hündürlükdə qar yığınları altında idi. Meşənin ortasında o,
naməlum şəxs maşını saxlatdı. Mən maşından düşüb ona yol
verməli oldum. Bizim maşınla iki metr hündürlükdə qar dağının
arasında çox kiçik bir məsafə vardı. Naməlum şəxs mənim
yanımdan birtəhər keçmək əvəzinə məni qabağına qatıb «Davay,
poqovorim» deyib əlini cibinə atdı. Elə bu vaxt mən ona cəld
hərəkətlə iki şapalaq vurdum. Hərif səndələdi. Mən
ona yax-
ınlaşıb var qüvvəmlə başına zərbə endirdim. O huşunu itirdi.
Keçib maşına oturdum. Mənim əsgərim ağlayırdı. O, mənə
məlumat verdi ki, həmin şəxs onu cibindən çıxardığı xəncərlə
hədələmiş və məni öldürmək üçün gəldiyini söyləmişmiş...
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
33
Başqa bir təxribat hadisəsi. Maşınla Moskva aeroportuna
getmək istəyən komandiri Fikrət yola salmalı olur. Yeni il
gecəsidir. Maşın qarşıda yolun ortasında qoyulmuş qaz balonları
ilə dolu lapetlə toqquşur. Xoşbəxtlikdən, balonlardan heç biri
partlamır. Fikrət ortada oturduğundan onun üz-gözü və ayağının
biri ağır zərbəyə məruz qalsa da, sümüklərinə heç nə olmur. O
biri komandirin isə hər iki ayağı və bədəninin sümükləri qırıq-
qırıq olur və hərbidən tərxis olunur...
Bütün
bunlara baxmayaraq, Fikrət öz hərəkətlərini elə qurur
ki, heç bir qanun pozuntusuna yol verməsin. Artıq Fikrət
müəllimin dövründə batalyonun şəxsi heyəti hərbi qanunlara tam
cavab verirdi. Onun qabiliyyəti sayəsində hərbi hissədə il yarım
xidmət etmiş əsgərlə, təzəcə hərbi hissəyə qədəm qoymuş əsgər
arasında heç bir fərq müşahidə edilmirdi. O, əsgərlər arasındakı
ayrı-seçkilik münasibətlərinə son qoymuşdu.
Fikrətin atası vəfat etdiyi üçün o hərbi hissədə ancaq iki il
işləyə bilir. Evə, ailəyə qayıtmaq lazım gəlir. Əsgər
və zabitlər
onu məyusluqla yola salırlar. Bir çox komandirlər etiraf edirlər
ki, Fikrət getsə hərbi hissə yenə əvvəlki kimi yaramaz hala
düşəcəkdir.
Fikrətin tələbə yoldaşı olmuş Vahid Səfərovun
dediklərindən:
- Bəli, artıq bir il olardı ki, Fikrət Moskvadakı hərbi hissədə
işləmirdi. Biz mülki geyimdə birlikdə Bakıdan Moskvaya getdik.
Səhərdir. Hərbi hissəyə bir neçə kilometr var. Biz söhbət edə-edə
yolun kənarı ilə piyada gedirdik. Elə bu vaxt möcüzə baş verdi.
Yolun o biri tərəfində hərəkət edən maşın kolonu öz istiqamətini
dəyişib bizim getdiyimiz istiqamətdə bir-birinin dalınca
düzülməyə başladı. Əsgərlər maşından düşüb sevinclə «ko-
mandir!» deyə-deyə Fikrət müəllimin üstünə atıldılar. Milli
mənsubiyyətindən asılı olmayaraq bu əsgərlər elə bil ki,
öz vali-
deynlərini tapmışdılar. Öz fiziki imkanlarına görə bizdən bəlkə
bir qədər qüvvətli görünən bu əsgərlər sevinclərindən ağlaşırdı-
lar…
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
35
Şəkildə Fikrət Nəbiyev döyüş dostları Şəfayət Əliyev, Kamil
Qədimov və Şakir müəllimlə birlikdə
Rota komandiri Kamil Qədimovun dediklərindən:
«Mənim rotam getdikcə mənə qulaq asmaq istəmirdi.
Səbəbi
də o idi ki, rotada təxribatçılar var idi. Onlar nəyin bahas-
ına olursa-olsun rotanı əllərinə keçirmək məqsədini qarşılarına
qoymuşdular. Bu barədə Fikrət müəllimə məlumat verdim. Ko-
mandir rotanı düzdürdü. Rotanın qarşısında Fikrət müəllim, mən
və həmin o insanlar var idi ki, onlar artıq rotada hökmranlıq
etməyə başlamışdılar. Fikrət onlardan soruşdu ki, sizin yeriniz
haradır? Onlar baş üstə, baş üstə deyib öz yerlərinə əkildilər.
Fikrət müəyyən profilaktik tədbirlər
həyata keçirdikdən sonra
mənim bu rotanın komandiri olduğumu təsdiqlədi və qanunu po-
zanın cəzalandırılacağını söylədi. Tezliklə, həmin təxribatçılar
batalyondan uzaqlaşdılar. Biz Azərbaycanda ilk dəfə milli ordunu
yaratmağa müvəffəq olduq. Qəhrəmanımız Şirin Mirzəyev,